Məhkəmə qərarları › İş №e-2(003)-1381/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1381/2023

21.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1381/2023 21.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən vurulmuş 15875,98 manat məbləğində zərərin və ödənilmiş 137,63 manat dövlət rüsumunun əvəzini, ümumilikdə 16013,61 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2022-ci il tarixində AKX-04449xx/xx-2022 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00900 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2014-cü il tarixli 083862 saylı akt əsasında 100,80 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 248,10 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 258,70 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 799,20 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 745,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1214,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 53,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 159,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 265,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 67 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 284,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 583,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 504 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2008,80 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat, cəmi 15 926,48 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymişdir. Cavabdeh 100,80 manat məbləğində, 50,50 manat ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldo və Gazrep üzrə ümumi 15875,98 (on beş min səkkiz yüz yetmiş beş manat 98 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi məktublar məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh oğlu iddia tələbini qismən etiraf edərək izahatında bildirdi ki, 2014-cü ildə ünvanına quraşdırılmış sayğac sökülərək aparılmışdır. Bundan sonra İddiaçı İB-nin ərazi idarəsinin sahə müfəttişi X2 ona qaz turbasına sayğacdan kənar xəttin çəkilməsini və ona buna görə hər ay 30 manat məbləğində pul verməsini təklif etmişdir. O da bu təkliflə razılaşmışdır. Bundan sonra həmin şəxs özü qaz turbasına qaynaq vasitəsilə xətt qoşmuş və o, 2022-ci ilin fevral ayına kimi həmin xətdən istifadə etmiş və hər ay Mehmana 30 manat pul vermişdir. Daha sonra istifadə etdiyi qaza görə ona 6000 manatdan çox borcun olduğu bildirilmiş və həmin pul ondan tələb edilmişdir. Bundan sonra o, Mehmanla əlaqə saxlamış, Mehman isə işdən çıxdığını və istədiyi yerə şikayət edə bilməsini söyləmişdir. Bundan sonra o, Mehman barədə şifahi qaydada polis orqanı müraciət etmişdir. Mehman barəsində yazılı qaydada hər hansı bir hüquq mühafizə orqanına şikayət etməmişdir. O, borcun silinməsi barədə məhkəməyə müraciət etmiş, lakin iddiası təmin edilməmişdir. İzahatında həmçinin bildirmişdir ki, onun yaşadığı evdə dördgöz qaz sobası və kombi aparatı vardır. Evində əvvəllər yalnız dördgöz qaz sobası olmuş, kombi aparatını isə təxminən 2021-ci ildə evinə quraşdırmışdır. Tərtib edilmiş aktlar barəsində heç vaxt məlumatı olmamış, həmin aktlar onun iştirakı olmadan tərtib edilmişdir. İddiaçının əməkdaşları onun yaşadığı evin içərisində olmamış və baxış keçirməmişlər. Tərtib edilmiş aktların surətləri ona təqdim edilməmişdir. Ona görə də həmin aktlarla razılaşmır. Belə ki, o, Lerik rayonunda çox zaman olur, Bakı şəhəri Qala qəsəbəsində olan evində olduğu vaxtlarda evini elektrik avadanlıqları vasitəsilə qızdırmışdır. Qazdan yalnız dördgöz sobası vasitəsilə istifadə etmişdir. Ünvanına sayğac quraşdırıldıqdan sonra isə həmin qeyri-qanuni xətt kəsilmişdir. Bundan sonra o, qeyri-qanuni xətdən istifadə etməmişdir. Qeyd olunanlara əsasən iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin hesab edir ki, 2019-cu ilədək yaranmış borcun ondan tələb edilməsi ilə bağlı 5 illik iddia müddəti ötürülmüşdür. Ona görə də iş üzrə iddia müddəti tətbiq edilməklə 2019-cu ilədək hesablanmış borcun tutulması hissəsində təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə, tərəfindən iş üzrə cavabdehin Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Südçülük sovxozunda yerləşən evinə keçirilmiş yerli baxış zamanı müəyyən olundu ki, cavabdehin yaşadığı ev 3 otaq və 1 mətbəxdən ibarət tikilidir. Evin mətbəxində yalnız dördgöz qaz sobası vardır, otaqlarında isə kombi aparatının radiatorları var. Kombi aparatı evin qabaq divarına, evin pilləkənin sağ hissəsində yerləşdirilmişdir. İş materiallarında olan aktlara əlavə edilmiş fotoşəkillər cavabdehin yaşadığı ünvanın fotoşəkilləridir. Yerli baxışda iştirak etmiş İddiaçı İB Bakı RQSD Qazın balansı və satışı şöbəsinin mühəndisi X3 bildirmişdir ki, o, 2021-ci ildən İddiaçı İB-də işləyir. Cavabdehin yaşadığı ünvana mütəmadi olaraq onun və digər əməkdaşlar tərəfindən baxış keçirilmişdir. Keçirilmiş baxışlar zamanı cavabdeh tərəfindən qeyri-qanuni xətt vasitəsilə qazdan istifadə etdiyi aşkar edilmiş və həmin xətt qaynaq vasitəsilə ləğv edilmişdir. Lakin cavabdeh yenidən qaz turbasına qeyri-qanuni xətt qoşmuş və qazdan istifadə etmişdir. Qeyri-qanuni xəttin ləğv edildiyi vaxtlarda cavabdeh iştirak etməmiş və onun yaşadığı ünvana baxış keçirilməmişdir. Belə ki, keçirilən baxışlar zamanı evdə heç kim olmamışdır. Ona görə də tərtib edilmiş aktlar cavabdehin iştirakı olmadan və evə baxış keçirilmədən tərtib edilmişdir. İş materiallarında olan qaz paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı İstehsalat Biriliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan cavabdehin adına olan abonent saldosundan ( abonent kodu **********00900) görünür ki, cavabdehin abonent hesabına aktlar əsasında 2014-cü ilin fevral ayında 100,80 manat, 2016-cı ilin fevral ayında 100,80 manat, 2016-cı ilin oktyabr ayında 248,10 manat, 2016-cı ilin dekabr ayında 258,70 manat, 2017-ci ilin fevral ayında 799,20 manat, 2017-ci ilin aprel ayında 745,20 manat, 2018-ci ilin yanvar ayında 1214,60 manat, fevral ayında 53,20 manat, mart ayında 159,80 manat, aprel ayında 265,60 manat, may ayında 67 manat, iyul ayında 133,20 manat, avqust ayında 133,20 manat, noyabr ayında 284,40 manat, dekabr ayında 142,20 manat, 2019-cu ilin yanvar ayında 142,20 manat, fevral ayında 142,20 manat, mart ayında 142,20 manat, aprel ayında 142,20 manat, 2020-ci ilin aprel ayında 885,60 manat, may ayında 583,20 manat, iyun ayında 194,40 manat, iyul ayında 194,40 manat, avqust ayında 194,40 manat, sentyabr ayında 194,40 manat, oktyabr ayında 194,40 manat, noyabr ayında 295,20 manat, dekabr ayında 295,20 manat, 2021-ci ilin yanvar ayında 295,20 manat, fevral ayında 295,20 manat, mart ayında 295,20 manat, aprel ayında 295,20 manat, may ayında 194,40 manat, iyun ayında 194,40 manat, iyul ayında 194,40 manat, avqust ayında 194,40 manat, sentyabr ayında 295,20 manat, oktyabr ayında 504 manat, noyabr ayında 648 manat, dekabr ayında 648 manat, 2022-ci ilin yanvar ayında 648 manat, fevral ayında 648 manat, mart ayında 2008,80 manat və iyun ayında 362,88 manat olmaqla, ümumilikdə 15926,48 manat məbləğində borc hesablanmışdır. Həmçinin həmin abonent saldosundan görünür ki, 2014-cü ilin fevral ayında olan akt üzrə hesablanmış 100,80 manat məbləğində pul cavabdeh tərəfindən ödənilmiş, ünvana xx.xx.2022-ci il tarixdə sayğaz quraşdırılmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçınə qarşı 6177,60 manat borcun silinməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qeyd olunan Qaydaların tələblərindən görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İş üzrə cavabdehdən tələb olunan borc məbləğinin əsasını onun tərəfindən dəfələrlə, yəni 2014-cü ilin fevral ayından 2022-ci ilin iyun ayınadək təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktlarının aşkar edilməsi barədə tərtib edilmiş aktların təşkil etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğunu və doğruluğunu sübut etmək vəzifəsi bu aktları qəbul etmiş orqanın, yəni iddiaçının üzərinə düşür. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iş üzrə cavabdeh tərəfindən 2014-cü ildən 2022-ci ilin iyul ayınadək (cavabdehin yaşadığı ünvana sayğac quraşdırılanadək) qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə edilmişdir. Həmçinin müəyyən olunur ki, cavabdeh tərəfindən qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə hallarının aşkar edilməsi barədə aktların tərtibi zamanı onun iştirakı təmin olunmamış və onun yaşayış sahəsində olan avadanlıqlara baxış keçirilmədən həmin aktlar tərtib edilmişdir. Hazırda cavabdehin ünvanında olan avandalıqlar kombi aparatından və PQ-4dən ibarətdir. İşin müəyyən olunmuş hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, qeyri-qanuni xətt vasitəsilə istifadə edilməsi nəticəsində dəymiş zərərin dəyəri barədə sübut etmək yükü iddiaçının üzərinə düşür. Belə ki, dəymiş zərərlər, məhz iddiaçı tərəfindən tərtib edilmiş aktlar əsasında hesablandığından yuxarıda qeyd olunduğu kimi həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğunu və doğruluğunu sübut etmək vəzifəsi bu aktları qəbul etmiş orqanın, yəni iddiaçının üzərinə düşür. Həmçinin məhkəmə, 2014-cü ilin fevral ayında tərtib edilmiş akt əsasında hesablanmış 100,80 manat məbləğində borcun tələb edilməsini əsassız hesab edir ki, belə ki, işin müəyyən olunmuş hallarından (abonent saldosundan) görünür ki, həmin borc cavabdeh tərəfindən ödənilmişdir. Məhkəmə, cavabdeh tərəfindən qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə edilməsi hallarının aşkar edilməsi barədə tərtib edilmiş aktları tədqiq edərək hesab edir ki, bir çox aktlar əsasında itirilmiş təbii qazın dəyərinin hesablanması tam əsaslı deyildir. Belə ki, qazdan kənar xətt vasitəsilə istifadə edilməsi faktlarının aşkar edilməsi barədə tərtib edilmiş aktlardan və həmin aktlar əsasında dəymiş ziyanın bərpasına dair tələbnamələrdən görünür ki, cavabdehin ünvanında PQ-4 (dördgöz qaz sobası), kombi, QSSQ (qeyri standard su qızdırıcısı), radiator, dəmir soba və iran sobası avadanlıqları nəzərə alınmaqla aktlar tərtib edilmiş və həmin avadanlıqlar nəzərə alınmaqla itirilmiş təbii qazın dəyəri hesablanmışdır. İddiaçı tərəfindən isə məhz həmin avadanlıqların hər biri vasitəsilə cavabdeh tərəfindən təbii qazdan istifadə edilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etməsi nəticəsində dəymiş zərərin dəyəri cavabdehin istifadəsində olan avadanlıqlar nəzərə alınmaqla hesablanmalıdır. xx.xx.2016-cı il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2016-cı il tarixli qərar ilə PQ4 və kombi üçün ümumilikdə 2481 m3 həcmində 248,10 manat dəyərində (2481 x 0,10 ) dəymiş ziyan, xx.xx.2016-cı il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2016-cı il tarixli qərar ilə PQ4 və kombi üçün ümumilikdə 2587 m3 həcmində 258,70 manat dəyərində (2587 x 0,10 ) dəymiş ziyan, xx.xx.2017-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2017-ci il tarixli qərar ilə PQ4 və kombi üçün ümumilikdə 3996 m3 həcmində 799,20 manat dəyərində (3996 x 0,20 ) dəymiş ziyan, xx.xx.2017-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2017-ci il tarixli qərar ilə PQ4 və kombi üçün ümumilikdə 3726 m3 həcmində 745,20 manat dəyərində (3726 x 0,20 ) dəymiş ziyan, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2018-cı il tarixli qərar ilə PQ4 və kombi üçün ümumilikdə 6073 m3 həcmində 1214,60 manat dəyərində (6073 x 0,20 ) dəymiş ziyan hesablanmışdır. Qeyd olunan aktlar əsasında iş üzrə cavabdehin istifadəsində olan avadanlıqlar nəzərə alınmaqla dəymiş ziyanın hesablanması aparıldığından məhkəmə hesab edir ki, həmin aktlar əsasında cəmi 3265,8 manat borcun cavabdehdən tələb olunması əsaslıdır. xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2018-ci il tarixli qərar ilə PQ-4, dəmir soba və QSQ üçün ümumilikdə 266 m3 həcmində 53,20 manat dəyərində (266 x 0,20 ) dəymiş ziyan, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2018-ci il tarixli qərar ilə PQ-4 və radiator üçün ümumilikdə 799 m3 həcmində 159,80 manat dəyərində (799 x 0,20 ) dəymiş ziyan, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2018-ci il tarixli qərar ilə PQ-4 və radiator üçün ümumilikdə 1328 m3 həcmində 265,60 manat dəyərində (1328 x 0,20 ) dəymiş ziyan, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2018-ci il tarixli qərar ilə PQ-4 və QSSQ üçün ümumilikdə 335 m3 həcmində 67 manat dəyərində (335 x 0,20 ) dəymiş ziyan, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2018-ci il tarixli qərar ilə PQ-4 və QSSQ üçün ümumilikdə 666 m3 həcmində 133,20 manat dəyərində (666 x 0,20 ) dəymiş ziyan, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2018-ci il tarixli qərar ilə PQ-4 və QSSQ üçün ümumilikdə 666 m3 həcmində 132,20 manat dəyərində (666 x 0,20 ) dəymiş ziyan, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2018-ci il tarixli qərar ilə PQ-4, QSSQ və dəmir soba üçün ümumilikdə 2844 m3 həcmində 284,40 manat dəyərində (2844 x 0,20 ) dəymiş ziyan, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2018-ci il tarixli qərar ilə PQ-4, QSSQ və dəmir soba üçün ümumilikdə 1422 m3 həcmində 142,20 manat dəyərində (1422 x 0,20 ) dəymiş ziyan, xx.xx.2019-cü il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2019-cü il tarixli qərar ilə PQ-4, QSSQ və dəmir soba üçün ümumilikdə 1422 m3 həcmində 142,20 manat dəyərində (1422 x 0,20 ) dəymiş ziyan, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2019-cu il tarixli qərar ilə PQ-4, QSSQ və dəmir soba üçün ümumilikdə 1422 m3 həcmində 142,20 manat dəyərində (1422 x 0,20 ) dəymiş ziyan, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2019-cu il tarixli qərar ilə PQ-4, QSSQ və dəmir soba üçün ümumilikdə 1422 m3 həcmində 142,20 manat dəyərində (1422 x 0,20 ) dəymiş ziyan, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2019-cu il tarixli qərar ilə PQ-4, QSSQ və dəmir soba üçün ümumilikdə 1422 m3 həcmində 142,20 manat dəyərində (1422 x 0,20 ) dəymiş ziyan, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2019-cu il tarixli qərar ilə PQ-4, QSSQ və dəmir soba üçün ümumilikdə 1422 m3 həcmində 142,20 manat dəyərində (1422 x 0,20 ) dəymiş ziyan, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2020-ci il tarixli qərar ilə PQ-4, QSSQ və dəmir soba üçün ümumilikdə 8856 m3 həcmində 885,60 manat dəyərində (8856 x 0,10 ) dəymiş ziyan, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2020-ci il tarixli qərar ilə PQ-4 və QSSQ üçün ümumilikdə 5832 m3 həcmində 583,20 manat dəyərində (5832 x 0,10 ) dəymiş ziyan, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2020-ci il tarixli qərar ilə PQ-4 və QSSQ üçün ümumilikdə 1944 m3 həcmində 194,40 manat dəyərində (1944 x 0,10 ) dəymiş ziyan, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2020-ci il tarixli qərar ilə PQ-4 və QSSQ üçün ümumilikdə 1944 m3 həcmində 194,40 manat dəyərində (1944 x 0,10 ) dəymiş ziyan, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2020-ci il tarixli qərar ilə PQ-4 və QSSQ üçün ümumilikdə 1944 m3 həcmində 194,40 manat dəyərində (1944 x 0,10 ) dəymiş ziyan, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2020-ci il tarixli qərar ilə PQ-4 və QSSQ üçün ümumilikdə 1944 m3 həcmində 194,40 manat dəyərində (1944 x 0,10 ) dəymiş ziyan, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2020-ci il tarixli qərar ilə PQ-4 və QSQ üçün ümumilikdə 1944 m3 həcmində 194,40 manat dəyərində (1944 x 0,10 ) dəymiş ziyan, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2020-ci il tarixli qərar ilə PQ-4, QSSQ və dəmir soba üçün ümumilikdə 2952 m3 həcmində 295,20 manat dəyərində (2952 x 0,10 ) dəymiş ziyan, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2020-ci il tarixli qərar ilə PQ-4, QSSQ və dəmir soba üçün ümumilikdə 2952 m3 həcmində 295,20 manat dəyərində (2952 x 0,10 ) dəymiş ziyan, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2021-ci il tarixli qərar ilə PQ-4, QSSQ və dəmir soba üçün ümumilikdə 2952 m3 həcmində 295,20 manat dəyərində (2952 x 0,10 ) dəymiş ziyan, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2021-ci il tarixli qərar ilə PQ-4, QSSQ və dəmir soba üçün ümumilikdə 2952 m3 həcmində 295,20 manat dəyərində (2952 x 0,10 ) dəymiş ziyan, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2021-ci il tarixli qərar ilə PQ-4, QSSQ və dəmir soba üçün ümumilikdə 2952 m3 həcmində 295,20 manat dəyərində (2952 x 0,10 ) dəymiş ziyan, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2021-ci il tarixli qərar ilə PQ-4, QSSQ və dəmir soba üçün ümumilikdə 2952 m3 həcmində 295,20 manat dəyərində (2952 x 0,10 ) dəymiş ziyan, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2021-ci il tarixli qərar ilə PQ-4 və QSSQ üçün ümumilikdə 1944 m3 həcmində 194,40 manat dəyərində (1944 x 0,10 ) dəymiş ziyan, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2021-ci il tarixli qərar ilə PQ-4 və QSSQ üçün ümumilikdə 1944 m3 həcmində 194,40 manat dəyərində (1944 x 0,10 ) dəymiş ziyan, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2021-ci il tarixli qərar ilə PQ-4 və QSSQ üçün ümumilikdə 1944 m3 həcmində 194,40 manat dəyərində (1944 x 0,10 ) dəymiş ziyan, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2021-ci il tarixli qərar ilə PQ-4 və QSSQ üçün ümumilikdə 1944 m3 həcmində 194,40 manat dəyərində (1944 x 0,10 ) dəymiş ziyan, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2021-ci il tarixli qərar ilə PQ-4, QSSQ və dəmir soba üçün ümumilikdə 2952 m3 həcmində 295,20 manat dəyərində (2952 x 0,20 ) dəymiş ziyan, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2021-ci il tarixli qərar ilə PQ-4, QSSQ, 2 ədəd dəmir soba və iran sobası üçün ümumilikdə 5040 m3 həcmində 504 manat dəyərində (5040 x 0,10 ) dəymiş ziyan, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2021-ci il tarixli qərar ilə PQ-4, QSSQ, 2 ədəd dəmir soba və iran sobası üçün ümumilikdə 5400 m3 həcmində 648 manat dəyərində (5400 x 0,12) dəymiş ziyan, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2021-ci il tarixli qərar ilə PQ-4, QSSQ, 2 ədəd dəmir soba və iran sobası üçün ümumilikdə 5400 m3 həcmində 648 manat dəyərində (5400 x 0,12) dəymiş ziyan, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2022-ci il tarixli qərar ilə PQ-4, QSSQ, 2 ədəd dəmir soba və iran sobası üçün ümumilikdə 5400 m3 həcmində 648 manat dəyərində (5400 x 0,12) dəymiş ziyan, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2022-ci il tarixli qərar ilə PQ-4, QSSQ, 2 ədəd dəmir soba və iran sobası üçün ümumilikdə 5400 m3 həcmində 648 manat dəyərində (5400 x 0,12) dəymiş ziyan, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2022-ci il tarixli qərar ilə PQ-4, QSSQ, 2 ədəd dəmir soba və iran sobası üçün ümumilikdə 16740 m3 həcmində 2008,80 manat dəyərində (16740 x 0,12) dəymiş ziyan, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2022-ci il tarixli qərar ilə PQ-4 və QSSQ üçün ümumilikdə 3024 m3 həcmində 362,88 manat dəyərində (3024 x 0,12) dəymiş ziyanın, cəmi 12559,88 manat dəymiş ziyanın cavabdehdən tələb olunması qismən əsaslıdır. Belə ki, həmin aktlar əsasında itirilmiş təbii qazın dəyəri hesablanan zaman, cavabdehin istifadəsində olmayan (və ya istifadəsində olması sübut olunmayan) avadanlıqlar nəzərə alınmış, bununla da cavabdehdən tələb olunan hər akt üzrə dəymiş zərərin dəyəri şişirdilmişdir. Ona görə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hər akt üzrə cavabdeh tərəfindən qeyri-qanuni xətt vasitəsilə istifadə edilmiş təbii qazın dəyərinin hesablanması üçün onun istifadəsində olan avandanlıqlar (cihazlar) nəzərə alınmalıdır. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2018-ci il tarixli qərara uyğun olaraq PQ-4 üçün 8,6 manat (43 m3 x 0,20 =8,6) dəyərində, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2018-ci il tarixli qərara uyğun olaraq PQ-4 üçün 53,20 manat (266 m3 x 0,20 ) dəyərində, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2018-ci il tarixli qərara uyğun olaraq PQ-4 üçün 59 manat (295 m3 x 0,20 ) dəyərində, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2018-ci il tarixli qərara uyğun olaraq PQ-4 üçün 28,8 manat (144 m3 x 0,20 ) dəyərində, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2018-ci il tarixli qərara uyğun olaraq PQ-4 üçün 43,2 manat (216 m3 x 0,20 ) dəyərində, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2018-ci il tarixli qərara uyğun olaraq PQ-4 üçün 43,2 manat (216 m3 x 0,20 ) dəyərində, xx.xx.2018ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2018-ci il tarixli qərara uyğun olaraq PQ-4 üçün 86,4 manat (432 m3 x 0,20 ) dəyərində, xx.xx.2018ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2018-ci il tarixli qərara uyğun olaraq PQ-4 üçün 43,2 manat (216 m3 x 0,20 ) dəyərində, xx.xx.2019cü il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2019-cü il tarixli qərara uyğun olaraq PQ-4 üçün 43,2 manat (216 m3 x 0,20 ) dəyərində, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2019-cu il tarixli qərara uyğun olaraq PQ-4 üçün 43,2 manat (216 m3 x 0,20 ) dəyərində, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2019-cu il tarixli qərara uyğun olaraq PQ-4 üçün 43,2 manat (216 m3 x 0,20 ) dəyərində, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2019-cu il tarixli qərara uyğun olaraq PQ-4 üçün 43,2 manat (216 m3 x 0,20 ) dəyərində, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2020-ci il tarixli qərara uyğun olaraq PQ-4 üçün 259,2 manat (2592 m3 x 0,10 ) dəyərində, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2020-ci il tarixli qərara uyğun olaraq PQ-4 üçün 86,4 manat (1,2 m3 x 24 saat x 30 gün x 0,10azn ) dəyərində, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2020-ci il tarixli qərara uyğun olaraq PQ-4 üçün 86,4 manat (864 m3 x 0,10 ) dəyərində, xx.xx.2020ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2020-ci il tarixli qərara uyğun olaraq PQ-4 üçün 86,4 manat (864 m3 x 0,10 ) dəyərində, xx.xx.2020ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2020-ci il tarixli qərara uyğun olaraq PQ-4 üçün 86,4 manat (864 m3 x 0,10 ) dəyərində, xx.xx.2020ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2020-ci il tarixli qərara uyğun olaraq PQ-4 üçün 86,4 manat (864 m3 x 0,10 ) dəyərində, xx.xx.2020ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2020-ci il tarixli qərara uyğun olaraq PQ-4 üçün 86,4 manat (864 m3 x 0,10 ) dəyərində, xx.xx.2020ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2020-ci il tarixli qərara uyğun olaraq PQ-4 üçün 86,4 manat (864 m3 x 0,10 ) dəyərində, xx.xx.2020ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2020-ci il tarixli qərara uyğun olaraq PQ-4 üçün 86,4 manat (864 m3 x 0,10 ) dəyərində, xx.xx.2021ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2021-ci il tarixli qərara uyğun olaraq PQ-4 üçün 86,4 manat (864 m3 x 0,10 ) dəyərində, xx.xx.2021ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2021-ci il tarixli qərara uyğun olaraq PQ-4 üçün 86,4 manat (864 m3 x 0,10 ) dəyərində, xx.xx.2021ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2021-ci il tarixli qərara uyğun olaraq PQ-4 üçün 86,4 manat (864 m3 x 0,10 ) dəyərində, xx.xx.2021ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2021-ci il tarixli qərara uyğun olaraq PQ-4 üçün 86,4 manat (864 m3 x 0,10 ) dəyərində, xx.xx.2021ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2021-ci il tarixli qərara uyğun olaraq PQ-4 üçün 86,4 manat (864 m3 x 0,10 ) dəyərində, xx.xx.2021ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2021-ci il tarixli qərara uyğun olaraq PQ-4 üçün 86,4 manat (864 m3 x 0,10 ) dəyərində, xx.xx.2021ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2021-ci il tarixli qərara uyğun olaraq PQ-4 üçün 86,4 manat (864 m3 x 0,10 ) dəyərində, xx.xx.2021ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2021-ci il tarixli qərara uyğun olaraq PQ-4 üçün 86,4 manat (864 m3 x 0,10 ) dəyərində, xx.xx.2021ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2021-ci il tarixli qərara uyğun olaraq PQ-4 üçün 86,4 manat (864 m3 x 0,10 ) dəyərində, xx.xx.2021ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2021-ci il tarixli qərara uyğun olaraq PQ-4 üçün 86,4 manat (864 m3 x 0,10 ) dəyərində, xx.xx.2021ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2021-ci il tarixli qərara uyğun olaraq PQ-4 üçün 103,68 manat (864 m3 x 0,12) dəyərində, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2021-ci il tarixli qərara uyğun olaraq PQ-4 üçün 103,68 manat (864 m3 x 0,12) dəyərində, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2022-ci il tarixli qərara uyğun olaraq PQ-4 üçün 103,68 manat (864 m3 x 0,12) dəyərində, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2022-ci il tarixli qərara uyğun olaraq PQ-4 üçün 103,68 manat (864 m3 x 0,12) dəyərində, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2022-ci il tarixli qərara uyğun olaraq PQ-4 üçün 103,68 manat (1.2 m3 x 24 saat x 30 gün x 0,12 azn) dəyərində, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2022-ci il tarixli qərara uyğun olaraq PQ-4 üçün 103,68 manat (864 m3 x 0,12) dəyərində, cəmi 2974,88 manat dəyərində dəymiş ziyanın müəyyən edilir ki, həmin zərərin dəyməsi daha ağlabatan olmaqla mütənasibdir. Bununla da müəyyən edilir ki, cavabdehin təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etməsi nəticəsində iddiaçıya 6240,68 manat (3265,8 manat + 2974,88 manat) dəyərində maddi zərər dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək cavabdehdən 6240,68 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 137,63 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 82,40 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan məbləğ isə iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə, yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, iddia qismən təmin edilməklə dəymiş maddi zərərə görə 6240,68 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 82,40 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 6240,68 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 82,40 manat tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan 55,23 manat hissəsi İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar