Məhkəmə qərarları › İş №e-2(003)-1392/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1392/2025

17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1392/2025 17.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu, iddiaçı Azərbaycan Beynəlxalq Bankı» ASC-nin Cavabdeh qarşı "ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, müəyyənetdi: İddiaçı Azərbaycan Beynəlxalq Bankı» ASC-nin Cavabdeh qarşı "ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Sabunçu filialı ilə X5 arasında bağlanmış BPM**********44 nömrəli xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən X4 illik 18 faizlə 28 ay müddətinə 2300 manat məbləğində nağd kredit və illik 24 faizlə 36 ay müddətinə 300 manat məbləğində kart krediti verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 146167 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 502 saylı, xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh X3 vərəsəsi kimi tanınmışdır və o miras əmlakdan tam hissədə pay almışdır. Bankın Sabunçu filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X3 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 2027.13 manat əsas borc və vəfat etdiyi tarixə qədər hesablanmış 4.05 manat faiz borcu olmaqla, cəmi 2031.18 manat borcu, kart limiti üzrə isə xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2025-ci ilədək 300 manat əsas borc və 21.97 manat faiz borcu olmaqla, cəmi 321.97 manat borcu qalmışdır. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 43.50 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhumX2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-44642/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə X3 vərəsəsi Cavabdeh iddiaçı"xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 2027.13 manat əsas borc və vəfat etdiyi tarixə qədər hesablanmış 4.05 manat faiz borcu olmaqla, cəmi 2031.18 manat borcu, kart limiti üzrə isə 300 manat əsas borc və 21.97 manat faiz borcu olmaqla, cəmi 321.97 manat borcunun, və ödənilmiş 43.50 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı «"xxxx" ASC-nin Sabunçu filialı ilə X5 arasında bağlanmış BPM**********44 nömrəli xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən X4 illik 18 faizlə 28 ay müddətinə 2300 manat məbləğində nağd kredit və illik 24 faizlə 36 ay müddətinə 300 manat məbləğində kart krediti verilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, X3 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 2027.13 manat əsas borc və vəfat etdiyi tarixə qədər hesablanmış 4.05 manat faiz borcu olmaqla, cəmi 2031.18 manat borcu, kart limiti üzrə isə xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2025-ci ilədək 300 manat əsas borc və 21.97 manat faiz borcu olmaqla, cəmi 321.97 manat borcu qalmışdır.. İş materiallarında olan 146167 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2020ci il tarixində vəfat etmişdir. İşin materiallarında olan Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 502 saylı, xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh X3 vərəsəsi kimi tanınmışdır və o miras əmlakdan tam hissədə pay almışdır. İşin materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin sürətindən görünür ki, X3 Bank Respublika ASC-də ümumi çıkisi 159 qram olan 1 adda qızıl əşyası girov qismində ibarətdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış BPM**********44 nömrəli xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən X4 illik 18 faizlə 28 ay müddətinə 2300 manat məbləğində nağd kredit və illik 24 faizlə 36 ay müddətinə 300 manat məbləğində kart krediti verilmişdir. Lakin borclu şəxs X5 öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə cavabdehin banka ümumilikdə 2353,15 AZN məbləğində borcu qalmışdır. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və oğlu Cavabdehnın vəfat etmiş şəxsin qanun üzrə vərəsəsi müəyyən edilməsi üçün vərəsəlik işi açılmışdır. Cavabdeh X2 qalmış qızılı miras əmlak kimi qəbul etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, əsas borc və faizlər qanun üzrə vərəsəsi qismində tanınmış X3 Cavabdeh tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1151-ci məcəlləsinə uyğun olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1315 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, X8-ağa oğlu müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X5 öldüyündən, Cavabdeh onun vərəsəsi olduğundan və X2 miras qalmış əmlak vərəsəlik qaydasında mülkiyyət əldə etdiyindən bununla da, Cavabdeh borclu kimi mövcud kredit borcunu tam ödəməyə borclu olduğundan, iddia əsaslıdır. Buna görə də iddia təmin edilərək, kredit borcu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 43,5 manat məbləğində dövlət rüsumunun alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu Cavabdeh alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2027.13 manat əsas borc və vəfat etdiyi tarixə qədər hesablanmış 4.05 manat faiz borcu olmaqla, cəmi 2031.18 manat borcu, kart limiti üzrə isə 300 manat əsas borc və 21.97 manat faiz borcu olmaqla, cəmi 321.97 manat borcunun, və ödənilmiş 43.50 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı olmaqla cəmi 2397,05 manat pul tutularaq "xxxx" ASC –nə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar