Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1409/2024 16.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, Cavabdeh3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair mülki işə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11 avqust 2021-ci il tariхli, 109804-246403\1 nömrəli krеdit müqaviləsi üzrə 13038,33 manat məbləğində əsas bоrcun və 129,52 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə X6 arasında bağlanmış 11 avqust 2021-ci il tariхli, 109804-246403\1 nömrəli krеdit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 19,5% dərəcəsi ilə 14000 manat məbləğində krеdit vеrilmişdir. X6 11 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. X3 vərəsələrinin olubolmaması araşdırılarkən məlum olmuşdur ki, X4 dair xx.xx.2022-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir ki, X3 vərəsəsi kimi arvadı Cavabdeh3, qızı Cavabdeh1 və oğlu Cavabdeh2 tanınmış və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən X1 miras qalan əmlakdan vərəsələrin hər biri 1/3 hissədə pay almışlar. Bundan sonra X3 vərəsələri olaraq kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 xəbərdarlıq məktubu göndərilmiş, lakin Banka olan borc ödənilməmişdir. 29 dekabr 2023-cü il tarixinə kredit müqaviləsi üzrə 13038,33 manat məbləğində əsas bоrc və 0 manat faiz borcu оlmaqla, ümumilikdə 13038,33 manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 iddia tələbini qəbul etdiyini, bankdan krediti mərhum əri X3 götürdüyünü, ərinin xərçəng xəstəliyindən əziyyət çəkdiyini bildirmişdir. Cavabdeh əlavə olaraq qeyd etmişdir ki, təmizlik işləri ilə məşğul olaraq uşaqların təhsil xərclərini ödəyir. Cavabdeh aylıq ödəniş məbləğinin onun aylıq gəlirinə uyğun olaraq müəyyən edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2007-ci il tarixdə doğulmuşdur. İddiaçı ASC ilə X6 arasında bağlanmış 109804-246403/1 nömrəli, 11 avqust 2021ci il tarixli kredit müqaviləsindən görünür ki, cavabdehə 30 ay müddətinə ilik 19,5% ödəmək şərtilə 14000 manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlindən görünür ki, X6 11 sentyabr 2021-ci il tarixdən 11 avqust 2024cü il tarixədək İddiaçı ASC-yə hər ay 516,73 manat (sonuncu ay 516,75 manat) manat ödəməyi öhdəsinə götürmüşdür. TT21223XDLXF nömrəli, 11 avqust 2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən X2 14000 manat məbləğində pul ödənilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X3 İddiaçı ASC-yə 11 avqust 2021-ci il tarixli kredit müqaviləsi üzrə 13038,33 manat əsas borcu vardır. İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, bank cavabdehləri borc barədə xəbərdar edərək gecikdirilmiş borcun ödənilməsini tələb etmiş, əks təqdirdə cavabdehin barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. “ExpressPay” ödəniş sisteminin xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzindən görünür ki, iddiaçı tərəfindən 129,52 manat məbləğində dövlət rüsumu ödənilmişdir. AZ-İİ seriyalı, 209064 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 11 noyabr 2021-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 1697 nömrəli məktubundan görünür ki, xx.xx.2021ci il tarixdə vəfat etmiş X3 vərəsəlik işinin açılmasına dair mərhumun arvadı Cavabdeh3, qızı Cavabdeh1 və oğlu Cavabdeh2 müraciət etmiş və onlar hər biri miras əmlakdan 1/3 hissədə paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdırlar. Məhkəmə iclasında tədqiq edilmiş, yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, "xxxx" ASC ilə X6 arasında bağlanmış 11 avqust 2021-ci il tarixli kredit müqaviləsinə əsasən X4 illik 19,5 faizlə 36 ay müddətinə 14000 manat məbləğində kredit verilmişdir. X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 X1 miras qalmış əmlaka dair qanun üzrə vərəsələri qismində tanınmşlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1151-ci məcəlləsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Beləliklə hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri vardır, həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Kreditor müqavilə üzrə malik olduğu hüquqlardan istifadə edə bilər. Cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçının pulun qaytarılmasını, həmçinin borc üzrə razılaşdırılmış faizin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. İş materiallarından görünür ki, Cavabdeh2 18 yaşına çatmamışdır. Buna görə də iddia tələbinə Cavabdeh2 aid hissədə xitam verilməlidir. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X6 öldüyünə görə Cavabdeh3 və Cavabdeh1 onun vərəsələri olduqlarından və X1 miras qalmış əmlak vərəsəlik qaydasında mülkiyyət əldə etdiyindən, bununla da, Cavabdeh3 və Cavabdeh1 borclu kimi mövcud kredit borcunu əldə edilmiş tam hissəyə uyğun ödəməyə borclu olduqlarına görə iddia əsaslıdır. Buna görə də iddia təmin edilərək kredit borcu cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 129,52 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faiziməbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 129,52 manat məbləğində dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 birgə qaydada 13038,33 manat əsas borc və 129,52 manat dövlət rüsumu olmaqla cəmi 13157,85 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 birgə qaydada 13038,33 (on üç min otuz səkkiz manat, otuz üç qəpik) manat əsas borc və 129,52 (yüz iyirmi doqquz manat, əlli iki qəpik) manat dövlət rüsumu olmaqla cəmi 13167,85 (on üç min yüz altmış yeddi manat, səksən beş qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-1409/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1409/2024
16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver