Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1427/2023 24.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı QSC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı QSC arasında imzalanmış xx.xx.2021-ci il tarixli 021A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 7239,24 manat məbləğində kredit borcu, 400,80 manat məbləğində faiz borcu və 103,92 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 7743,96 manat məbləğində borcun və ödənilmiş 97,44 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi G.Ə.Hüseynova iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2021-ci il tarixdə bağladığı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.4583 faiz olmaqla 36 ay müddətinə hissə hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. O, dəfələrlə ödənişləri yubatmış, xx.xx.2022-ci il tarixdən ödənilməsi nəzərdə tutulmuş aylıq kredit və faiz borcunu qaytarmamışdır. Cavabdeh müqavilə üzrə müəyyən edilmiş faiz borcunu qaytarmadığından xx.xx.2023-cü il tarixə faiz borcu 400,80 manat təşkil edir. Cavabdehin xx.xx.2023-cü il tarixə cərimə borcu 103,92 manat təşkil edir. Eyni zamanda düşünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 021A********** saylı kredit müqaviləsi ləğv edilməlidir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, o, İddiaçı QSC ilə xx.xx.2021-ci il tarixli 021A********** saylı kredit müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən bank ona aylıq 1.4583 faiz dərəcəsi olmaqla 36 ay müddətinə hissə hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit vermişdir. O, öhdəliklərini bir müddət icra etdikdən sonra maddi imkanı pisləşdiyindən ödənişləri apara bilməmişdir. Hazırda o, bankın kredit razılaşmasının ləğv edilməsi tələbi ilə razıdır. Həmin müqavilə üzrə düzgün hesablanan əsas və faiz borcunu hissə-hissə banka qaytaracaqdır. İddia ərizəsinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1.-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 021A********** saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana istehlak məqsədi ilə 10000 manatı illik 1,4583 faiz olmaqla 36 ay müddətinə kredit alana verməyi, kredit alan isə krediti və faizi ödəniş planına uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 7.20-ci bəndindən müəyyən olunur ki, borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödəməlidir. Kredit müqaviləsinin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 021A********** saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, borclu kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 360 manat, xx.xx.2024-cü il tarixdə isə 377,36 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2021-ci il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borca görə 7239,24 manat, faiz borcuna görə 400,80 manat, cərimə borcuna görə 103,92 manat olmaqla cəmi 7743,96 manat borcu vardır. Gecikmə günlərinin sayı 120 gün təşkil edir. İddiaçı QSC-nin Cavabdeh ünvanladığı xəbərdarlıqdan müəyyən olunur ki, bank borcluya borc qaytarılmadığı halda kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, borcun tam həcmdə tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin müqavilə öhdəliklərini icra etməməsi nəticəsində borc verənə əsas borca görə 7239,24 manat, faiz borcuna görə 400,80 manat və cəriməyə görə 103,92 manat borcunun yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının kredit müqaviləsinin ləğv edilməsinə, cavabdehdən əsas borca görə 7239,24 manat, faiz borcuna görə 400,80 manat və cəriməyə görə 103,92 manat tutulması tələbini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 021A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə əsas borca görə 7239,24 manat, faiz borcuna görə 400,80 manat, cəriməyə görə 103,92 manat olmaqla cəmi 7743,96 manat borc və dövlət rüsumuna görə 97,44 manat olmaqla ümumilikdə, 7841,40 (yeddi min səkkiz yüz qırx bir manat, qırx qəpik) İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-1427/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1427/2023
24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver