Məhkəmə qərarları › İş №e-2(003)-144/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-144/2022

05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-144/2022 05.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 200000 (iki yüz) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 26.11.2019cu il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh oğlu İddiaçı 26.02.2020-ci il tarixədək qaytarmaq şərtilə 200000 (iki yüz min) manat məbləğində pul borc almışdır. Artıq müqavilənin müddətinin bitməsindən 1 ildən artıq vaxt keçsə də Cavabdeh pulu iddiaçıya qaytarmaqdan imtina edir. Bu da iddiaçının mülki qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarını pozur. Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 51 saylı notariat ofisində təsdiqlənmiş 26.11.2019-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı tələbi onunla əsaslandırılmışdır ki, ilk İddiaçı onu adadaraq həmin tarixdə sonuncu ilə imzalanmış icarə müqavilələrinin arasına kredit müqaviləsini qoyaraq qarşılıqlı iddiaçıya icarə müqaviləsi adı ilə imzalatmasını, qarşılıqlı iddiaçı Cavabdeh 26.11.2019-cu il tarixdə heç bir pul vəsaitini verməməsini, qarşılıqlı iddiaçı Cavabdeh 26.11.2019-cu il tarixli kredit müqaviləsindən tamamilə xəbərsiz olduğunu, ilk iddiaçı Zahir Qəribovun onu aldadaraq icarə müqavilələrinin nüsxələrinə imzalamaq adı ilə imzalatmışdir. Əslində ilk İddiaçıla qarşılıqlı iddiaçı Cavabdeh arasında 26.11.2019-cu il tarixdə kredit müqaviləsi imzalanmamışdır və ilk İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh kredit (borc) pul verməmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh 26.11.2019-cu il tarixli kredit müqaviləsi barədə ümumiyyətlə xəbərsiz olmuş və yalnız ilk İddiaçı ona qarşı Xəzər rayon Məhkəməsində mülki iddia qaldırdığı zaman məhkəmə hazırlıq iclasında xəbər tutmuşdur ki, belə bir kredit müqaviləsi mövcuddur və başa düşmüşdür ki, 26.11.2019-cu il tarixdə onunla ilk İddiaçı arasında Bakı şəhəri 51 saylı notariat ofisində ilk İddiaçı nümayəndə qismində onunla imzaladığı 2 icarə müqaviləsinə imza edərkən həmin kredit müqaviləsini də icarə müqavilələrinin arasına qoyaraq ona imzalatmışdır və qarşılıqlı iddiaçı Cavabdeh kredit müqaviləsinə baxmadan, onu oxumadan icarə müqaviləsi hesab edərək həmin müqaviləyə imza etmişdir. Müqavilələr təsdiqlənən Bakı şəhəri 51 saylı notariat ofisində ona bu barədə deyilməmişdir ki, o, eyni zamanda ilk iddiaçı Zahir Qəribovla 200.000 manatlıq kredit müqaviləsi bağlayır. Qarşılıqlı iddiaçı Cavabdeh 26.11.2019-cu il tarixdə kredit müqaviləsini bağlamaq iradə ifadəsi olmamışdır, o, ilk iddiaçı tərəfindən aldadılaraq özü bilmədən müqaviləyə imza etdirilmişdir, qarşılıqlı iddiaçı Cavabdeh iradə ifadəsi zədələnmişdir. Hazırki qaşılıqlı iddia ilə etibarlığı mübahisələndirilən 26.11.2019-cu il tarixli kredit müqaviləsi tərəflər arasında bağlanmamışdan əvvəl tərəflər kredit müqaviləsinin mühüm şərtləri barədə nəyinki razılaşmamışlar, ümumiyyətlə borc məsələsi barədə tərəflər arasında heç bir söz-söhbət olmamışdır. Çünki buna zərurət yox idi, nədə ki, qarşılıqlı iddiaçı Cavabdeh buna maddi ehtiyacı yox idi. Belə ki, həmin tarixlərdə qarşılıqlı iddiaçı Cavabdeh böyük məbləğdə özünün şəxsi pul vəsaitləri hesabına xarici ölkələrdən xammal-material sifariş edərək Azərbayanca idxal etdirib almışdır, müvafiq gömrük xərcləri, mal dəyərinin ödənişlərini etmişdir, pul vəsaitlərini köçürmələr etmişdir, Azərbaycan daxilində müxtəlif mal-material almışdır. Həmin məbləğlərin qarşılığında qarşılıqlı iddiaçı Cavabdeh 200.000 manat ehtiyac deyildir. İlk İddiaçıla qarşılıqlı iddiaçı Cavabdeh arasında hələ 2017-ci ildən etibarən işgüzar münasibətlər yaranmışdır. İlk İddiaçı 2017-ci ildə mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 3,7769 ha torpaq sahəsini və Şabran rayonu, Mollakamallı kəndində yerləşən ümumi sahəsi 426,4 kv.m əmlak kompleksi kimi müəssisəni və 8,7 ha istehsal təyinatlı torpaq sahəsini qarşılıqlı iddiaçı Cavabdehla aralarında olan razılığa əsasən Cavabdeh idarəçiliyinə vermişdir və 2017-ci il tarixdə ilk İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh əmlakı idarə etmək üçün 5 il müddətinə notariat etibarnamə vermişdir. 2017-ci ildən qarşılıqlı iddiaçı Cavabdeh ilk iddiaçıya məxsus sözü gedən torpaq sahələrinə investisiyalar (pul vəsaitləri) yatırmaqla orada kənd təsərrüfatı təyinatlı məhsulların istehsalına başlamışdır. 2018-ci ildə ilk İddiaçı qeyd olunan torpaq sahələrini bacısı Tağıyeva Könülün adına rəsmiləşdirmişdir və 2019cu ilin noyabrında ilk İddiaçı qarşılıqlı iddiaçı Cavabdehla 2017-ci ildən olan münasibələrini icarə hüquq münasibətlərinə çevirərək rəsmiləşdirmək qərarına gəlmişlər və 2019-cu ildə qeyd olunan torpaq sahələri ilk İddiaçı bacısı Könül Tağıyevanın adına olduğundan həmin torpaqları qarşılıqlı iddiaçı Cavabdehla torpağın mülkiyyətçisi Könül Tağıyeva ilə (nümayəndəsi İddiaçı vasitəsilə) qarşılıqlı iddiaçı Cavabdeh arasında hər iki torpaq sahəsinə və əmlak kompleksinə görə icarə müqavilələri bağlamaq üçün ilk İddiaçı nümayəndə qismində icarəyə verən kimi və qarşılıqlı iddiaçı Cavabdeh icarəçi kimi Bakı şəhəri 51 saylı notariat ofisində 26.11.2019-cu il tarixdə 2 (iki) icarə müqaviləsi bağlamışlar. İcarə müqavilələri bağlanan zaman ilk İddiaçı 51 saylı notariat ofisində hazırlanmış 200.000 manat kredit verilməsi barədə kredit müqaviləsini notariatda hazırladaraq digər 2 icarə müqavilələri ilə birlikdə kredit müqaviləsini həmin müqavilələrin arasına qoyaraq qarşılıqlı iddiaçı Cavabdeh təqdim edib imzalatmışdır. Tərəflər notariat ofisində yalnız 2 icarə müqaviləsi bağlamaq üçün getmişlər və hər iki icarə müqaviləsinə icarəyəverən K.Tağıyeva (nümayəndəsi Z.Qəi'ibov vasitəsilə) icarəyə götürən Cavabdeh aylıq 300 manat icarə haqqı ödənilməklə mülkiyyətində olan torpaqlarını və əmlakını qarşılıqlı iddiaçı Cavabdeh 3 ay müddətinə icarəyə vermişdir. Necə ola bilər ki, torpaq sahələrini və əmlak kompleksini 3 ay müddətinə icarəyə verilsin, eyni vaxtda heç bir faiz tələb etmədən və öhdəliyin icrasına təminat almadan (girov, ippteka və s.) icarəçiyə 200.000 manat pulu borc versin? Bu mümkün olmayan haldır. Belə ki, qarşılıqlı iddiaçı Cavabdeh həmin dövrlərdə və sonradan qeyd olunan torpaq sahələrində parnik qurmaq üçün böyük məbləğlərdə şəxsi pul vəsaitini xərcləmişdir, onun həmin vaxtlarda 200.000 manat pula ehtiyacı yox olmamışdır. Bunun əksi olaraq ilk İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh böyük məbləğdə borcu yaranmışdır. Belə ki, qarşılıqlı iddiaçı Cavabdeh sözü gedən ərazidə yüzlərlə usta-fəhlə briqadası cəlb edərək parnik inşa etdirib qurmuş, böyük istehsal sahəsi yaratmış, məhsul istehsal elmişdir və ilk İddiaçı ona böyük məbləğdə verəcəyi (borcu) yaranmışdır. 26.11.2019-cu il tarixli kredit müqaviləsinin etibarsızlığı həmçinin ondan görünür ki, kredit müqaviləsi 26.11.2019-cu il tarixdə icarə müqavilələri ilə eyni saatda (saat 17.35-də) tərtib edilib təsdiqlənmişdir, hər üç müqavilənin reyestr nömrəsi sıra ardıcıllığı ilədir. Torpaq sahəsini və əmlak kompleksini aylıq 300 manata icarəyə verməklə yanaşı eyni vaxtda icarəçi şəxsə 200.000 manat miqdarında böyük məbləğdə pulun borc verilməsi nə inandırıcı, nə də ağlabatan deyildir. Ümumiyyətlə ilk İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh 200.000 manat borc pul verməmişdir. Qarşılıqlı iddiaçı X9 neçə müddətdir ki, ilk İddiaçı torpaq sahələrinə və əmlak kompleksinə yatırım etdiyi böyük məbləğdə pullarını tələb etsə də, ilk İddiaçı həmin pulları qaytarmaq istəmir və Cavabdeh qabaqlayaraq onu məhkəməyə vermişdir. Mübahisəli 26.11.2019-cu il tarixli kredit müqaviləsi aldatma nəticəsində tərtib edilmiş müqavilədir, aldatma halı olmasaydı, bu müqavilə bağlana bilməzdi. Qarşılıqlı iddiaçı Zahid Cəfəzov ilk İddiaçı tərəfindən aldadılaraq əsl mahiyyəti barədə məlumatsız olduğu əqdə imza etdirilməklə sonuncunun qarşısında öhdəliyinin yaranması ilə bağlı onun hüquqlarının pozulduğunu, aldadıldığnı mülki işin məhkəmənin icraatında baxıldığı vaxt bilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini etiraf etməyərək izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi əsasında Cavabdeh 200000 manat məbləğində borca pul verilmişdir. Cavabdeh həmin pul məbləğini 26.02.2020-ci il tarixədək qaytarması barədə öhdəlik götürməsinə baxmayaraq qaytarmamışdır. Əlavə olaraq bildirmişdir ki, tərəflər arasında işgüzar əlaqələr olmuş, bildiyinə görə hansısa rayonda biznes münasibətləri olmuşdur. Tərəflər arasında icazrə müqavilələrinin mövcüd olması, torpaq sahəsinin icarəyə verilməsi hesab edir ki, hazırki işə aidiyyəti yoxdur. Tərəflər arasında hər-hansı bir icarə müqaviləsinin mövcud olması borca pulun verilməməsinə əsas ola bilməz. Hesab edir ki, tərəflər arasında kredit müqaviləsinin şərtləri əvvəlcədən razılaşdırılmış, həmin kredit müqaviləsi notariusa təqdim olunmuş, notariusda öz növbəsində təsdiqləmişdir. Hesab edir ki, əgər kredit müqaviləsi tərəflər arasında imzalanmışsa, notarius təsdiqləmişsə onda notarius tərəfindən müqavilənin şərtləri izah edilmişdir. Kredit müqaviləsinin müddəti bitəndən sonra İddiaçı tərəfindən borc tələb olunmuş, birinci bu barədə Cavabdeh ilə telefon vasitəsilə əlaqə saxlayaraq tələb etmiş, daha sonra 2021-ci ilin avqust ayında rəsmi qaydada xəbərdarlıq məktubu göndərmişdir. Həmçinin bildirmişdir ki, Cavabdeh kredit müqaviləsi əsasında ona verilmiş 200000 manat borc məbləği kassa məxaric orderi əsasında bankdan özü imza etməklə almışdır.Qeyd olunanlara əsasən ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 ilkin iddia tələbini etiraf etməyək, qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh sahibkardır. İş üzrə tərəflər 2004-cü ildən yanışdırlar və dəfələrlə pulun borca verilməsi ilə bağlı münasibətləri olmuşdur. Həmçinin tərəflər arasında işgüzar münasibətlər olmuşdur. Belə ki, tərəflər arasında torpaq sahəsində birgə əkinçiliklə məşğul olunması ilə bağlı da münasibətləri olmuş, torpaq sahəsi iddiaçıya məxsus olmuş, həmin torpaq sahəsində işlərin görülməsi isə Cavabdeh tərəfindən həyata keçirilmişdir. Bu məqsədlə tərəflər arasında icarə müqavilələri bağlanılmışdır. Həmin icarə müqavilələri bağlanılan zaman sənədlərin arasında kredit müqaviləsi olmuş və Cavabdeh bilmədən sənədləri imza edərkən həmin kredit müqaviləsini imzalamışdır. Yəni Cavabdeh aldadılaraq, icarə müqavilələri adı ilə kredit müqaviləsi də imzalamışdır. Cavabdeh 1.5 il ərzində həmin kredit müqaviləsi ilə bağlı məlumatı olmamış, yalnız İddiaçı barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edəndən sonra İddiaçı ona qarşı borc tələbi ilə bağlı xəbərdarlıq məktubu göndərmişdir. Həmçinin kredit müqaviləsi üzrə 200000 manat məbləğində borc 3 aya verilmiş, həminn məbləğin isə 3 aya qaytarılması isə ağlabatan deyil. Yəni bu hal da aldatılma amillərindən biridir. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh kredit müqaviləsi əsasında borca pul almamışdır. Cavabdeh icarə müqavilələrinin bağlanmasında məcbur olunmamış, kredit müqaviləsinin bağlanılması ilə bağlı İddiaçı ilə onun arasında sövdələşmə olmamış, buna məcbur olunmamışdır. Sadəcə icarə müqavilələri bağlanılananda sənədlər arasında olmuş və onun bu barədə məlumatı olmamış, kredit müqaviləsini imzalamışdır. Bununla da aldatılmışdır. Kredit müqaviləsində olan imza Cavabdeh məxsusdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada iş üzrə üçüncü şəxs Bakı şəhəri 51 saylı Notariat ofisinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, iş üzrə üçüncü şəxs Bakı şəhəri 51 saylı Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan notarial qaydada təsdiq edilmiş X7 və Cavabdeh arasında bağlanmış 26.11.2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə, borc verən X7 tərəfindən borcalan Cavabdeh 200000 (iki yüz min) manat məbləğində pulun borc verməsi, Cavabdeh isə həmin borcu 26.02.2020-ci il tarixədək X4 qaytarması barədə öhdəlik götürməsi haqqında bağlanmışdır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş X3 və Cavabdeh Bakı şəhərinin notariusu X2 ünvaladıqları 26.11.2019-cu il tarixli ərizələrindən görünür ki, onlar notariusa ərizə ilə müraciət edərək aralarında 200000 manat məbləğində borcun verilməsi (borcun alınması) barədə razılığa gəldiklərini bildirmişlər və bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin depozit hesabına qəbul olunmasını xahiş etmişlər. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş ünvan 1 ünvanlandığı məktubundan görünür ki, X7 ilə Cavabdeh arasında bağlanılacaq kredit müqaviləsinin təsdiq ediləndən sonra Cavabdeh verilməsi üçün bankda olan depozit hesabına qəbul olunması xahiş olunmuşdur. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş 26.11.2019-cu il tarixli mədaxil orderinin surətindən görünür ki, 200000 manat məbləğində pul İddiaçı tərəfindən "xxxx" ASC-nin Azadlıq filialında Bakı şəhəri 51 saylı notariat ofisinin depozit hesabına təhvil verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin vəkil Nümayəndə1 ünvanlanmış 20.10.2021ci il tarixli məktuba əlavə edilmiş 26.11.2019-cu il tarixli 475223 saylı qəbzin surətindən görünür ki, 200000 manat məbləğində pul Cavabdeh verilmişdir. İş materiallarında olan Cavabdeh ünvanlanmış 02.08.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, X7 aralarında bağlanmış kredit müqaviləsi üzrə 200000 manat məbləğində pulu 10 gün müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə pul tələbi barədə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş X5 ilə Cavabdeh arasında bağlanmış 26.11.2019-cu il tarixli icarə müqaviləsinin surətindən görünür ki, həmin müqavilə, X1 mülkiyyətində olan ünvan 2i ünvanında yerləşən 3.7769 ha olan torpaq sahəsinin 26.02.2020-ci il tarixədək aylıq 50 manat icarə haqqı olmaqla Cavabdeh icarəyə verilməsi haqqında bağlanılmışdır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş X5 ilə Cavabdeh arasında bağlanmış 26.11.2019-cu il tarixli icarə müqaviləsinin surətindən görünür ki, həmin müqavilə, X1 mülkiyyətində olan ünvan 3i ünvanında yerləşən ümumi sahəsi olan 426.4 kv.m olan digər daşınmaz əmlakın (əmlak kompleksi kimi müəssisə) və 8.7 ha olan torpaq sahəsinin 26.02.2020-ci il tarixədək aylıq 300 manat icarə haqqı olmaqla Cavabdeh icarəyə verilməsi haqqında bağlanılmışdır. Məhkəmə ilkin və qarşılıqlı iddia tələblərinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göründüyü kimi, əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə qeyd edilən kredit müqaviləsinin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Bundan başqa, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin araşdırılmış hallarından aydın olur ki, tərəflər arasında 26.11.2019-cu il tarixli kredit müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Eyni zamanda Mülki Məcəllənin 337-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qanun tələbindən göründüyü kimi əqd o zaman etibarsız hesab edilə bilər ki, Mülki Məcəllədə nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanmış olsun. İlkin və qarşılıqlı iddia tələbləri üzrə mübahisə predmetinə daxil olan tərəflər arasında bağlanmış 26.11.2019-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsinin əsası kimi qarşılıqlı iddia tələbinin əsasları ondan ibarətdir ki, Cavabdeh həmin kredit müqaviləsinin bilmədən imzalamış, yəni aldadılaraq imzalamış, həmin kredit müqaviləsi üzrə X7 tərəfindən borca verilmiş pul onun tərəfindən alınmamış, kredit müqaviləsinin mövcudluğu barədə məlumatı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin Həmin Məcəllənin 340-cı maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2.1-ci maddəsinə əsasən şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, tərəflər arasında bağlanmış 26.11.2019-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsinin əsası kimi qarşılıqlı iddia tələbinin əsaslarına münasibət bildirərək qeyd edir ki, həmin əsaslar məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş və həmin əsaslar sübuta yetirilməmişdir. Belə ki, kredit müqaviləsinin etibarsız sayılmasının əsası kimi, həmin kredit müqaviləsinin mövcudluğu ilə bağlı məlumatın olmaması, həmin müqavilənin digər icarə müqavilələri bağlanan zamanı müvafiq sənədlərin arasında olan zaman imzalanması, bununla da aldadılması, həmin kredit müqaviləsi üzrə verilməli olan pulun alınmaması kimi əsasları məhkəmə əsassız hesab etməklə qeyd edir ki, işin araşdırılmış hallarından və iş materiallarından görünür ki, iş üzrə hər iki tərəf notariat orqanına ərizə ilə müraciət edərək aralarında 200000 manat məbləğində borcun verilməsi (borcun alınması) barədə razılığa gəldiklərini bildirmişlər və bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin depozit hesabına qəbul olunmasını xahiş etmişlər. İddiaçı tərəfindən 200000 manat məbləğində pul notariat ofisinin depozit hesabına köçürülmüş, həmin məbləğdə pul Cavabdeh tərəfindən bankdan götürülmüşdür. Eyni zamanda məhkəmə araşdırılması zamanı tərəflər arasında bağlanmış kredit müqaviləsində olan imza Cavabdeh tərəfindən mübahisələndirilməmiş və qəbul edilmişdir. O cümlədən, işin araşdırılmış hallarından müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 26.11.2019-cu il tarixli kredit müqaviləsinin müddətinin bitməsinə baxmayaraq həmin kredit müqaviləsi üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, yəni 200000 manat məbləğində pulu həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə İddiaçı qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda sadalananları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış 26.11.2019-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas müəyyən edilmədiyindən həmin müqavilə etibarsız hesab edilə bilməz və həmin müqavilə əsasında verilmiş pul borcverən şəxsə geri qaytarılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, Cavabdeh 200000 manat məbləğində pul alınaraq İddiaçı verilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh 200000 (iki yüz min) manat alınaraq İddiaçı verilsin. Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar