Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1444/2023 27.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunacaq pul vəsaiti hesabına borcun ödənilməsi, fərdi yaşayış evindən çıxarılması və əmlakın boşaldılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci i tarixli, nzaz12620 saylı Kredit müqaviləsi üzrə 29092,52 manat məbləğində əsas kredit borcun, kreditdən istifadəyə görə 1605,13 manat məbləğində faiz borcunun və 1894,3 manat məbləğində dəbbə borcun, cəmi 32591,95 manat borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yannda DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 187,78 manat məbləğində pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında 0,0294 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 143,3 m2 olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilk satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına tələbin təmin edilməsi, ipoteka predmeti tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında 0,0294 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 143,3 m2 olan fərdi yaşayış evindən çıxarılması və əmlakın boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2021-ci il tarixli, nzaz12620 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Nizami” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, nzaz12620 saylı Kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 19 % dərəcəsi olmaqla 36 ay müddətinə 40000 manat məbləğində kredit verilmişdir. xx.xx.2021 -ci il tarixli, nzaz12620 saylı Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlər dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh2 oğlu öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixli, nzaz12620 saylı Kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 29092,52 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 1605,13 manat məbləğində faiz borcu və 1894,3 manat məbləğində dəbbə borcu, cəmi 32591,95 manat təşkil edir. xx.xx.2021-ci il tarixli, nzaz12620 saylı Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 iinvnında 0,0294 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 143,3 m2 olan fərdi yaşayış evi, xx.xx.2021-ci il tarixli, nzaz12620 saylı İpoteka müqaviləsinə əsasən İddiaçı ASC qarşısında yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, nzaz12620 saylı Kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. İddiaya baxılması zamanı iddiaçının nümayəndəsi Əbilfəz Zeynallı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 kredit müqaviləsi üzrə 29092,52 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 5304,48 manat məbləğində faiz borcu, cərimə borcuna görə 5051,05 manat olmaqla, cəmi 39448,05 manatın, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 208,35 manat məbləğində, cəmi 253.35 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvmnda 0,0294 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 143,3 m2 olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 xx.xx.2021-ci il tarixli, nzaz12620 saylı Kredit müqaviləsi üzrə cəmi 39448,05 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 208,35 manat məbləğində, cəmi 253,35 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmeti tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında 0,0294 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 143,3 m2 olan fərdi yaşayış evindən çıxarılması və əmlakın boşaldılması ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2021 -ci il tarixli, nzaz12620 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra məhkəmə baxışında iddiaçının nümayəndəsi Əbilfəz Zeynallı iddia tələbinin həcminin azadılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 kredit müqaviləsi üzrə 29092,52 manat məbləğində əsas kredit borcunun, kreditdən istifadəyə görə 26092,52 manat məbləğində əsas kredit borcunun, kreditdən istifadəyə görə 6072,39 manat məbləğində faiz borcunun, cərimə borcuna görə 5934,96 manat olmaqla, cəmi 38099,87 manatın, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 208,35 manat məbləğində, cəmi 253.35 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəlıəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Namazov küçəsi, 8-ci döngə, 10B ünvnında 0,0294 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 143,3 m2 olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 17.11,2021-ci il tarixli, nzaz12620 saylı Kredit müqaviləsi üzrə cəmi 38099,87 manatın, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 208,35 manat məbləğində, cəmi 253.35 maııat məbləğində pulun iddiaçı "xxxx" ASC-nə ödənilməsi, ipoteka predmeti tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvnında 0,0294 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 143,3 m2 olan fərdi yaşayış evindən çıxarılması və əmlakın boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2021 -ci il tarixli, nzaz12620 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən mülki iş üzrə iddia tələbinin “ipoteka predmeti tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında 0,0294 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 143,3 m2 olan fərdi yaşayış evindən çıxarılması və əmlakın boşaldılması” hissəsində icraata xitam verilmişdir. İddiaçının nümayəndəsi Əbilfəz Zeynallı ərizə ilə məhkəməyə müraciət edərək iştirakları olmadan işə baxılmasını vəqətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinin qismən etiraf edərək izahatında bildirdi ki, əsas borcun qəbul etdiyini, faiz və cərimə borcunun qəbul etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinin qismən etiraf edərək izahatında bildirdi ki, əsas borcun qəbul etdiyini, faiz və cərimə borcunun qəbul etmədiyini bildirdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: -İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, nzaz12620 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə bank tərəfindən Cavabdeh2 36 ay müddətinə, illik 19% dərəcəsi ilə 40000 manat məbləğində kreditin verilməsi haqqında bağlanmışdır. Həmin müqavilənin 4.3.5-ci bəndinə əsasən borc alan bu müqavilə üzrə ona verilmiş krediti və onun faizini vaxtında ödəmədikdə (lazımınca öhdəliyi ən azı bir dəfə pozduqda), habelə bu müqavilə ilə müəyyən edilmiş hər hansı bir öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor bu müqaviləyə xitam verilib-verilməməsindən asılı olmayaraq kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər. -ödəniş qrafikindən görünür ki, Cavabdeh2 yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 1466,16 manat, sonuncu ayı isə 1469,50 manat məbləğində pulu ödəməklə yerinə yetirməlidir. -xx.xx.2021-ci il tarixli, nzaz12620 nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, həmin müqavilə ipoteka saxlayan İddiaçı ASC, ipoteka qoyan Cavabdeh1 və borcalan Cavabdeh2 arasında bağlanmışdır ondan ötrü ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, nzaz12620 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin təminatı kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verdiyi ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********52-10301 olan xx.xx.2019-cu il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 2 ünvanında istifadədə olan 0.0294 ha torpaq sahəsində yerləşən 143.3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini İddiaçı ASC qarşısında ipoteka ilə yüklü etmişdir (ipoteka müqaviləsinin 2 və 3-cü bəndlərinə əsasən). -Cavabdeh2 notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, birgə nikah dövründə əldə edilmiş arvadı Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən 143.3 kv.m fərdi yaşayış evini və 0.0294 ha torpaq sahəsinin satılmasına etiraz etmir, eyni zamanda bəyan etmişdir ki, aralarında satılan əmlakın hüquqi rejimi müəyyən edən nikah müqaviləsi bağlanmamış, müqavilədə nəzərdə tutulmuş müddətdə fərdi yaşayış evini və torpaq sahəsini tərk etməyi, pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən görünür ki, ünvan 1 saylı fərdi yaşayış evi (0.0294 ha torpaq sahəsindən və 143.3 kv.metr evdən ibarət) Cavabdeh1 mülkiyyətindədir. -"xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, X1 məxsus olan ünvan 1 saylı fərdi yaşayış evinin bazar dəyəri 90000 manat, likvid dəyəri isə 72000 manat təşkil edir. -Cavabdeh2 ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli, nzaz12620 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə yaranmış borc barədə məlumat göstərilməklə yaranmış borcun 3 iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə qanunamüvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. - Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixli, nzaz12620 nömrəli kredit müqaviləsi xx.xx.2023-cü il tarixə olan borc barədə məlumat verilmiş, məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutma yönəldilməsi üçün notariat qaydasında təsdiqlənmiş razılaşmanın bağlanması təklif edilmiş, əks təqdirdə kredit müqaviləsi üzrə banka olan borc dərhal ödənilməzsə, ipoteka predmetinə tutma yönəldilməsi məqsədilə qanunvericiliklə və ipoteka müqaviləsi ilə nəzərdə tutulmuş tədbirlər, o cümlədən ipoteka predmetinə notairusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə tədbirlər görüləcəyi və həmin tədbirlər nəticəsində əldə olunan vəsait borcun ödənilməsinə yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. Həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinin tələblərinə əsasən bu bildirişi rəsmən qəbul etmələri və banka olan kredit borcunu dərhal ödənilməsi tələb olunmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin ünvan 3 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, cavabdehlər tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinin tələblərin rəhbər tutaraq, ipoteka predmetlərini tutmanın yönəldilmsi haqqında bildirişlərin qeydə alınması xahiş olunmuşdur. -Müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişlərdən görünür ki, yuxarıda qeyd olunan bildirişlərin qeydə alınması üçün iddiaçı tərəfindən cəmi 45 manat pul ödənilmişdir. -********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 187,78 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 20,57 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh2 xx.xx.2021-ci il tarixli, nzaz12620 nömrəli kredit müqaviləsi üzrə 29092,52 manat əsas borcu, 1605,13 manat faiz borcu, 1894,3 manat cərimə borcu, cəmi 32591,95 manat borcu vardır. -xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən və xx.xx.2023-cü il tarixli orderdən görünür ki, nzaz12620 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 tərəfindən 1000 manat və 2000 manat məbləğlərində ödənişlər aparılmışdır. -xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh2 xx.xx.2021-ci il tarixli, nzaz12620 nömrəli kredit müqaviləsi üzrə 26092,52 manat əsas borcu, 6072,39 manat faiz borcu, 5934,96 manat cərimə borcu, cəmi 38099,87 manat borcu vardır. İş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/3784- 9/3956 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən, Cavabdeh1 məxsus fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə likvid dəyəri təqribən 106000 manat, hazırki orta bazar qiymətlərin uyğun ümumi dəyəri isə təqribən 118000 manat məbləğində müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manatdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, nzaz12620 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqavilə əsasında bank tərəfindən Cavabdeh2 36 ay müddətinə, illik 19% dərəcəsi ilə 40000 manat məbləğində kreditin verilmişdir. Həmçinin ipoteka saxlayan İddiaçı ASC, ipoteka qoyan Cavabdeh1 və borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, nzaz12620 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən kredit müqaviləsinin təminatı qismində Cavabdeh1 tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 2 ünvanında istifadədə olan 0.0294 ha torpaq sahəsində yerləşən 143.3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini İddiaçı ASC qarşısında ipoteka ilə yüklü etmişdir. Məhkəmə qeyd edir ki, qeyd olunan hallar işin mübahisə edilməyən hallarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. -399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. -421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -421.3-cü maddəsinə əsasən Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öz riski ilə kredit müqaviləsi bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. O, kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımi qaydada icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Lakin bu zaman məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində cavabdehdən 1605,13 manat məbləğində faiz borcunu və 1894,3 manat cəriməni tələb etməklə, daha sonra məhkəmədə iddia tələbini həmin hissədə artıraraq 6072,39 manat faiz borcun və 5934,96 manat cərimənin tutulmasını tələb etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı cavabdehə qarşı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, nzaz12620 nömrəli kredit müqaviləsi birtərəfli qaydada ləğv edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Həmçinin həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Odur ki, işin hallarından görünür ki, Cavabdeh2 iddiaçıya 26092,52 manat əsas, 1605,13 manat faiz və 1894,3 manat dəbbə borcu vardır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 26092,52 manat məbləğində əsas borca münasibətdə cavabdehlərdən 1894,3 manat dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçının xeyrinə 700 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin borcun tutulması hissəsi qismən təmin edilməklə Cavabdeh2 əsas borc üzrə 26092,52 manat, faiz borcu üzrə 1605,13 manat, dəbbə borcu üzrə 700 manat olmaqla cəmi 28397,65 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün çəkilmiş xərcə görə Cavabdeh2 45 manat tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, tələbin ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracdan satılması, kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə görə Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1, 34.1.3 və 34.1.4cü maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, öhdəliyin 90 təqvim günündən çox müddətdə gecikdirdiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən ipoteka predmetinə yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddia həmin hissəsi iddia tələbi təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Namazov küçəsi, 8-ci döngədə yerləşən 10B saylı fərdi yaşayış evinə (0.0294 ha torpaq sahəsindən və 143.3 kv.metr evdən ibarət) yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Qeyd olunana əsasən məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında mübahisə olduğundan, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, ipoteka predmeti olan Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Namazov küçəsi, 8-ci döngədə yerləşən 10B saylı fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid dəyəri) iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyi əsasında məhkəmə tərəfindən 106000 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iş üzrə dövlət rüsumunun tutulması və aparılmış ekspertiza tədqiqatının dəyərinin tutulması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən cavabdeh ödənilmiş dövlət rüsumuna görə 175,19 manat pul tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Həmçinin iş üzrə Cavabdeh2 iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək qarşısında qoymasını və ipoteka predmetinin ilkin satış qiyməti məhz cavabdeh tərəfindən mübahisələndirilməsi əsasında məhkəmə tərəfindən müvafiq ekspertizanın təyin edilməsinə zərurətin yaranmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh2 alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə məhkəmə göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 əsas borc üzrə 26092,52 manat, faiz borcu üzrə 1605,13 manat, dəbbə borcu üzrə 700 manat olmaqla cəmi 28397,65 manat məbləğində borc, bildirişlərin qeyd alınması üçün ödənilmiş 45 manat və dövlət rüsumu görə 175,19 manat, ümumilikdə 28617,84 manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, tələb, ipoteka predmeti olan Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Namazov küçəsi, 8-ci döngədə yerləşən 10B saylı fərdi yaşayış evinə (0.0294 ha torpaq sahəsindən və 143.3 kv.metr evdən ibarət) yönəldilməli və həmin daşınmaz əmlak ilkin satış qiyməti (likvid qiyməti) 106000 manat olmaqla açıq hərracdan satılmalı, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına Cavabdeh2 tərəfindən iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənməli olan ümumilikdə 28617,84 manat məbləğində borc ödənilməli, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına borc məbləği qaytarıldıqdan sonra qalıq qalmış məbləğ Cavabdeh1 qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməlidir. Ödənilmiş dövlət rüsumunun 12,59 manat hissəsi iddiaçının özünə aid edilməli, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh2 alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 əsas borc üzrə 26092,52 manat, faiz borcu üzrə 1605,13 manat, dəbbə borcu üzrə 700 manat olmaqla cəmi 28397,65 manat məbləğində borc, bildirişlərin qeyd alınması üçün ödənilmiş 45 manat və dövlət rüsumu görə 175,19 manat, ümumilikdə 28617,84 manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tələb, ipoteka predmeti olan Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Namazov küçəsi, 8-ci döngədə yerləşən 10B saylı fərdi yaşayış evinə (0.0294 ha torpaq sahəsindən və 143.3 kv.metr evdən ibarət) yönəldilsin və həmin daşınmaz əmlak ilkin satış qiyməti (likvid qiyməti) 106000 manat olmaqla açıq hərracdan satılsın. İpoteka predmetinin satışından əldə olunan vəsait hesabına Cavabdeh2 tərəfindən iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənməli olan ümumilikdə 28617,84 manat məbləğində borc ödənilsin. İpoteka predmetinin satışından əldə olunan vəsait hesabına borc məbləği qaytarıldıqdan sonra qalıq qalmış məbləğ Cavabdeh1 qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 12,59 manat hissəsi iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh2 alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlikedən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №e-2(003)-1444/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1444/2023
27.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver