Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1453/2025 29.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli borc müqaviləsi üzrə yaranmış 42500 manat məbləğində pul vəsaitinin, 10.000 manat məbləğində ona vurduğu maddi zərərin, cəmi 52500 manat məbləğində pulun, iddia qaldırılması üçün ödədiyi 247,50 manat məbləğində dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh xx.xx.2021-ci il tarixdə 54700 manat məbləğində borca pul vermişdir. Aralarında bağlanmış borc müqaviləsinin 2-ci bəndinə əsasən "borc alan” kreditin 4750 manatını xx.xx.2021-ci il tarixində, qalan 49950 manatını isə 48 ay ərzində hər ay 1000 (min) manat olmaqla xx.xx.2025-ci il tarixədək, qalan 950 manatını isə xx.xx.2026-cı il tarixinədək "Borc verən”ə qaytarmağı öhdəsinə götürmüşdür. Belə ki, Cavabdeh məndən aldığı 54700 manat məbləğində borcdan xx.xx.2021-ci il tarixində 4750 manatı vermiş, 2021-ci ilin dekabr və yanvar aylarında 4150 manat pul vermiş, qalan 45800 manat borcdan isə xx.xx.2022-ci il tarixdə -1000 manat, xx.xx.2022- ci il tarixdə - 200 manat, xx.xx.2022-ci il tarixdə - 200 manat, xx.xx.2022- ci il tarixdə - 100 manat, xx.xx.2022-ci il tarixdə - 100 manat, xx.xx.2022-ci il tarixdə - 100 manat, xx.xx.2022-ci il tarixdə - 100 manat, xx.xx.2022-ci il tarixdə - 200 manat, xx.xx.2023-cü il tarixdə - 200 manat, xx.xx.2023-cü il tarixdə - 200 manat, xx.xx.2023-cü il tarixdə - 300 manat, xx.xx.2023-cü il tarixdə - 100 manat, xx.xx.2023-cü il tarixdə - 200 manat, xx.xx.2023-cü il tarixdə - 100 manat, xx.xx.2024-cü il tarixdə - 100 manat, xx.xx.2024-cü il tarixdə - 100 manat ödəniş etmişdir, xx.xx.2024-cü il tarixə 42500 manat borcu qalmışdır. Borc müqaviləsinin 8-ci bəndinə əsasən, "Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Həmin müqavilənin 9-cu bəndinə əsasən, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. xx.xx.2024-cü ilədək Cavabdeh xx.xx.2021-ci il tarixli Borc müqaviləsi üzrə 42500 manat borcu vardır. Cavabdehə dəfələrlə yaranmış borcu ödəməsi barədə xəbərdarliq edilməsinə baxmayaraq o, borcu ödəməkdən boyun qaçırmışdır. Hazırda Cavabdeh xx.xx.2021-ci il tarixli Borc müqaviləsi üzrə ödənilməmiş borcu 42500 manat təşkil edir, həmin borcu bu günə kimi ona verməkdən boyun qaçırır, müxtəlif bəhanələr gətirir. Artıq 10 aydan artıq müddət keçməsinə baxmayaraq 42500 manat məbləğində pul vəsaitini cavabdehdən ala bilmir. Daha sonra iddiaçı, iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək cavabdehdən 42500 manat məbləğində pul vəsaitinin və 217,50 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa oxşar izahat verdi və cavabdehdən 42500 manat məbləğində pul vəsaitinin və 217,50 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və cavabdehdən 42500 manat məbləğində pul vəsaitinin və 217,50 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışına hazırlıq iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, iddiaçı ilə arasında borc müqaviləsi bağlanmışdır və hazırda qalıq qalmış 42500 manat hissəsini qəbul edir.10000 manat maddi zərəri isə qəbul etmir. Məhkəmə, işdə iştirak edən şəxsləri izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - borc verən İddiaçı ilə borcalan Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış və notarial qaydada təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, borcverən borcalana 54700 manat məbləğində pulu borca vermiş, borclan kreditin 4750 manatını xx.xx.2021-ci il tarixində, qalan 49950 manatını isə 48 ay, hər ay 1000 manat olmaqla xx.xx.2025-ci il tarixinədək, qalan 950 manatını isə xx.xx.2026-cı il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. - iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən aralarında bağlanmış xx.xx.2021-ci il tarixli borc müqaviləsi üzrə artıq 9 aydır ki, heç bir ödənişin aparılmaması, yaranmış 42500 manat borcun 3 iş günü ərzində ödəməsi barədə cavabdehə xəbərdarlıq edilmiş, əks halda qanunvericiliyə uyğun şəkildə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. -********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 247,50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. - 741.1-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. -742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının: - 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.2-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılmış hallarından müəyyən edilir ki, iş üzrə tərəflər arasında notarial qaydada təsdiq edilmiş borc müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 54700 manat məbləğində pul borca verilmişdir. Bu müqaviləyə əsasən cavabdeh, borca götürülmüş pul məbləğini hissələr şəkildə qaytarması barədə öz üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri vaxtı-vaxtında yerinə yetirməmişdir. Həmçinin müəyyən olunur ki, hazırda cavabdehin iddiaçıya 42500 manat məbləğində borcu qalmışdır. Bu hal cavabdeh tərəfindəndə mübahisələndirilməmişdir. Cavabdeh tərəfindən iddiaçı ilə arasında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı, qalıq qalmış 42500 manat məbləğində borcun vaxtından əvvəl qaytarmasını tələb etməkdə haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 42500 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Həmçinin iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 247,50 manat məbləğində dövlət rüsumuna görə iddia tələbinə mütənasib olaraq 217, 50 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun artıq hissəsi, 30 manatı iddiaçının özünə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 42500 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 217,50 manat tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun artıq hissəsi, yəni 30 manatı İddiaçı geri qaytarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-1453/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1453/2025
29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver