Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1476/2023 25.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə 24 sentyabr 2019-cu il tarixdə rəsmi nikaha girib ailə qurmuşdur. Həmin nikahdan 23 oktyabr 2020-ci il təvəllüdlü X4 doğulmuşdur. Cavabdehlə ailə qurduqdan sonra onlar bir müddət ailədə normal münasibətdə yaşamışlar. Lakin sonradan cavabdehlə onların xasiyyətləri bir-birinə uyğun gəlməmişdir. Aralarındakı münasibət dözülməz həddə çatıb və bu səbəbdən də boşanmaq istəyir. İddiaçı fikrinin qəti olduğunu və boşanmaq istədiyini bildirdi. Nikahları formal xarakter daşıyır. Cavabdehlə barışmağı, ailə həyatlarını qoruyub saxlamaq mümkün deildir. Ona görə də aralarında olan 3 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən bağlanmış 24 sentyabr 2019-cu il tarixli 3329 saylı rəsmi nikah qeydiyyatının pozulmasına, boşanmadan sonra uşağının onun yanında qalmasına və uşağın saxlanması üçün cavabdehdən onun xeyrinə hər ay sabit pul məbləğində 175,0 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1549/2021nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsilə iddia təmin edilmiş, iddiaçı X5 ilə Cavabdeh arasında 24 sentyabr 2019-cu il tarixdə 3 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində akt qeydləri kitabında 3329 nömrə qeyd ilə rəsmiləşdirilmiş nikah pozulmuş, Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 23 oktyabr 2020-ci il təvəllüdlü X4 anası X2 yanında qalması və Cavabdeh 02 mart 2021-ci il tarixdən başlayaraq 23 oktyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175,0 manat sabit pulməbləğində aliment tutularaq X3 ödənilməsi qət olunmuşdur. Müəyyən olunmuş alimentin məbləği həddindən artıq aşağı müəyyən olunduğu üçün təkbaşına bir qadın olaraq övladının saxlanması və tərbiyə olunması onun üçün bir sıra çətinliklər yaradır. Cavabdehin kifayət qədər gəlirləri vardır və hesab edirəm ki, bir uşaq üçün qanunla müəyyən olunmuş 220 manat məbləğində aliment məbləğini rahatlıqla ödəyə bilər. Əlavə olaraq, aliment məbləğinin artırılması və uşağa 3 yaşına çatanadək qulluğa görə aliment tələbi ilə bağlı Mediasiya prosesində cavabdeh dəvət olunmuş və bununla bağlı ona ilkin İMS-dan sonra prosesin davam etdirilə bilməməsi barədə müvafiq arayış təqdim edilmişdir. Ona görə də Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 1549/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin olunmuş 23 oktyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175,0 manat sabit pul məbləğində alimentin həcminin artırılması, yəni hər ay 220 manat sabit pul məbləğində alimentin və uşaq üç yaşı tamam olanadək ona qulluğa görə hər ay 100 manat, toplam olaraq 320 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı Həsənli İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, iddia tələblərini əsassız və qanunsuz hesab edir. İddiaçı ilə 24 sentyabr 2019-cu il tarixdə rəsmi şəkildə nikaha girmiş və bu nikahdan 23 oktyabr 2020-ci il təvəllüdlü X4 anadan olmuşdur. Xəzər rayon Məhkəməsinin 2(003)- 1549/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikaha xitam verilmiş və hər ay ondan 175,0 manat məbləğində alimentin tutulması qət olunmuşdur. O, həmin müddətdən məhkəmə qərarı ilə qət olunan aliment məbləğini ödəyir və ödənişlərində hər hansı bir problem yoxdur. Lakin alimentin artırılması onun üçün dolanaşığında müəyyən problemlər yaradacaqdır. Belə ki, o, hal- hazırda işləmir və alimenti hal-hazırda anası onun əvəzinə ödəyir, bu səbəbdən də alimentin məbləğinin artırılması anası üçün çox böyük çətinliklər yaradacaqdır. Uşağa qulluğa görə üç yaşına kimi hər ay 100 məbləğində pulun tutulması ilə bağlı bildirir ki, 23 oktyabr 2020-ci il təvəllüdlü X1 23 oktyabr 2023-cü il tarixdə 3 yaşı olur və bu səbəbdən də 6 ay üçün ödənilən məbləğə görə iddiaçı tərəfindən iddia qaldırılmasını düzgün hesab etmir, belə ki, iddiaçı 2 il 6 ay ərzində bu tələbi irəli sürməmiş və hesab edirəm ki tələb əsassızdır. Məhkəmə iddiaçının nümayəndə vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)- 1549/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X5 ilə Cavabdeh arasında 24 sentyabr 2019-cu il tarixdə 3 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində akt qeydləri kitabında 3329 nömrə qeyd ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 23 oktyabr 2020-ci il təvəllüdlü X1 anası X2 yanında qalması, Cavabdeh 02 mart 2021-ci il tarixdən başlayaraq 23 oktyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175,0 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan xx.xx.2020-ci il təvəllüdlü X4 doğulmuşdur. İş materiallarında olan ƏƏSMN DOST Agentliyi 4 saylı Bakı DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan xx.xx.2020-ci il təvəllüdlü X4 doğulmuşdur. Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-1549/2021 saylı qətnaməsi ilə onların arasında olan rəsmi nikah qeydiyyatı pozulmuş, uşaqlar iddiaçının himayəsində saxlanılmış və uşağın saxlanması üçün 175,0 manat məbləğində aliment tutulmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqları haqqında qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Qanunverici,uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qanunvericiliyin bu müddəasından görünür ki, alimentin müəyyən olunmuş miqdarının dəyişilməsi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə əlaqələndirilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda, nəzərə alınmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmin qərarın 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə dəuşağın böyüdüyü nəzərə alındıqda iddiaçının aldığı aliment məbləği onun maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə uşaqların mənafeyini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-1549/2021 saylı qətnaməsi ilə tutulmuş aliment məbləği dəyişdirilməli, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220,0 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin “uşaq üç yaşı tamam olanadək ona qulluğa görə hər ay 100 manat tutulması” hissəsini araşdıraraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Qanunvericiliyin tələbindən göündüyü kimi hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Lakin iddiaçı cavabdehdən uşaq üç yaşı tamam olanadək ona qulluğa görə hər ay 100,0 manat pul vəsaitinin tutulmasını tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bununla belə, məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-1549/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220,0 manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədl
Məhkəmə qərarları › İş №e-2(003)-1476/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1476/2023
25.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver