Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-154/2023 16.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan "xxxx" ASCCavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 002827 saylı Bank Xidmətləri Müqaviləsinə xx.xx.2017-ci il tarixində bağlanmış 5 saylı əlavəyə əsasən cavabdehə 24 ay müddətinə 29 faiz dərəcəsi ilə 1000,0 manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq cərimələri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 2736,70 manat təşkil edir. Bundan 818,77 manat əsas, 1052,65 manat faiz borcu, 750,88 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 114,40 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Ona görə də cavabdehdən 818,77 manat məbləğində əsas borc, 1052,65 manat faiz borcu, 750,88 manat məbləğində cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün 5 faiz olmaqla 114,40 manat faiz borcu və 47,37 manat dövlət rüsumunun ləğv prosessində olan "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmişdir, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, həqiqətən bankdan 1000,0 manat məbləğində kredit götürüb və ödənişlər də edib. Bu qədər borcun necə yarandığını bilmir. Məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş müqavilənin surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 002827 saylı Bank Xidmətləri Müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə 29 faiz dərəcəsi ilə 1000,0 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun xx.xx.2022-ci il tarixə banka xx.xx.2017-ci il tarixli müqavilə üzrə 818,77 manat məbləğində əsas borc, 1052,65 manat faiz borcu, 750,88 manat məbləğində cərimə, 114,40 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 2736,70 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli bildirişindən görünür ki, cavabdehə yaranmış borcun qaytarılması haqqında bildiriş göndərilmiş və 3 gün ərzində borcun ödənilməsi xahiş olunmuşdur. İş üzrə təyin edilmiş məhkəmə qərardadına əsasən verilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8430 saylı rəyinə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2017-ci il tarixli, 002827 saylı kredit razılaşması şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2019-cu il tarixədək (müqavilənin bitmə tarixi) banka olan borcu 1343,56 manat məbləğində müəyyən olunur. O cümlədən xx.xx.2019-cu il tarixə əsas borc üzrə 945,30 manat, faiz borcu üzrə 533,89 manat müəyyən olunur. Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2017-ci il tarixli, 002827 saylı kredit razılaşması şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2022-ci il tarixədək (sualdakı tarix) banka olan dövrün faiz (müqavilə müddəti bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla banka olan borcu 1479,18 manat məbləğində müəyyən olunur. O cümlədən xx.xx.2022-ci il tarixə əsas borc üzrə 945,30 manat, faiz borcu üzrə 398,26 manat, 5%-lə faiz borcu 135,62 manat müəyyən olunur. Məhkəmə iclasında izahatı alınmış Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X1 məhkəməyə bildirdi ki, iş üzrə ekspert rəyi onun tərəfindən verilmişdir. Həmin rəydə texniki səhvə yol verilərək rəqəmlərin yeri dəyişik yazılmışdır. Belə ki, Cavabdeh xx.xx.2019-cu il tarixə əsas borc üzrə 945,30 manat, faiz borcu üzrə 398,26 manat, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 945,30 manat, faiz borcu üzrə 533,89 manat, 5%-lə faiz borcu 135,62 manat müəyyən olunur. İş materiallarından görünür ki, iddia ərizəsi üçün iddiaçı tərəfindən 47,37 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 60.3-cü maddəsinə əsasən, ləğvetmə komissiyasının təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası ləğv edilən hüquqi şəxsin adından məhkəmədə çıxış edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit xətti müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit xətti müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit üzrə əsas borcu ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və əldən çıxmış faydanın ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun və gecikdirlmiş vaxt üçün hesablanmış faiz borcu hissəsində təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/8430 saylı rəyindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixə əsas borc üzrə 945,30 manat, faiz borcu üzrə 398,26 manat, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 945,30 manat, faiz borcu üzrə 533,89 manat, 5%-lə faiz borcu 135,62 manat təşkil edir. Göründüyü kimi iddiaçının iddia tələbində əsas borc və gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu üzrə tələb etdiyi məbləğ ekspertin müəyyən etdiyi məbləğdən daha az məbləğ təşkil edir. Məhkəmə ekspertizanın qeyd olunan kredit müqaviləsi üzrə əsas borca və gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu hissəsində ekspert rəyi ilə razılaşmır. Beləki, məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən, hesab edir ki, iddiaçının iddia tələbi əsas borc və gecikdirlmiş faiz borcu hissəsində təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun və gecikdirlmiş vaxt üçün hesablanmış faiz borcu hissəsində təmin edilməli, Cavabdeh 818,77 manat məbləğində kredit borcu və 114,40 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən faiz borcunun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/8430 saylı rəyindən görünür ki, Cavabdeh "xxxx" ASC-yə xx.xx.2019-cu il tarixə (müqavilə müddətinin sonuna) faiz borcu 398,26 manat təşkil edir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyini faiz borcu hissəsində sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia qismən təmin edilərək, cavabdehdən kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə yaranmış 398,26 manat faiz borcu cavabdehdəm tutulmalıdır. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə həmçinin iddianın dəbbə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə pulu əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən dəbbə pulu 750,88 manat məbləğində deyil, 40,0 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə həmçinin iddianın 47,37 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 24,0 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nə ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun 23,37 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı ləğv prosesində olan "xxxx" ASC xeyrinə Cavabdeh 818,77 manat əsas, 398,26 manat faiz, 40,0 manat cərimə, 114,40 manat məbləğində müqavilə müddəti bitdikdən sonra 5%-lə hesablanmış faiz və ödənilmiş 24,0 manat dövlət rüsumu olmaqla, cəmi 1395,43 manat məbləğində pul vəsaiti tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ət etdi: İddia qismən təmin edilsin. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə Cavabdeh 818,77 manat əsas, 398,26 manat faiz, 40,0 manat cərimə, 114,40 manat məbləğində müqavilə müddəti bitdikdən sonra 5%-lə hesablanmış faiz və ödənilmiş 24,0 manat dövlət rüsumu olmaqla, cəmi 1395,43 manat pul vəsaiti tutulsun. Ödənilmiş dövlət rüsumunun 23,37 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-154/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-154/2023
16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver