Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-157/2021 19.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı ayrılmış torpaq sahəsinə kanalizasiya borusunun və kanalizasiya quyusunun ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən Xəzər Rayon Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 59 saylı sərəncamı və eyni tarixli “Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında” müqavilə əsasında İddiaçı üçün ayrılmış 200 kv.metr sahəsinin daxilinə özbaşına olaraq çəkdiyi kanalizasiya borusu və torpaq sahəsində daşdan hörməklə inşa etdiyi kanalizasiya quyusunun cavabdehin şəxsi vəsaiti hesabına sökülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Xəzər Rayon Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 59 saylı sərəncamı ilə, Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il 595 saylı məktubu rəhbər tutularaq, Qala Bələdiyyəsinin ərazisində onun üçün 200 kv.m torpaq sahəsi ayrılmışdır. Bələdiyyə sərəncamının 2-ci bəndinə uyğun olaraq tərəfindən AR NK-nin xx.xx.1998-ci il tarixli qərarına müvafiq olaraq torpağın dəyəri xx.xx.2005-ci il tarixdə Bank hesabına ödənilmişdir. Bələdiyyə sərəncamının 3-cü bəndinə uyğun olaraq, torpaq sahəsinin dəyəri ödənildikdən dərhal sonra, xx.xx.2005-ci ildə “Bələdiyyə torpağın mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsi” və Akt rəsmiləşdirilməklə, ayrılmış torpaq sahəsinə dair sxem və baş plan tərtib olunmuşdur. Bələdiyyə qərarı ilə torpaq sahəsi onun (istifadəsinə) mülkiyyətinə verilmiş, torpaq sahəsini digər torpaq sahələrindən və yoldan ayırmaq məqsədilə daş hasarla hasarlamışdır. Bütün bunlarla yanaşı, torpaq sahənin ümumi girişinə qapı quraşdırılmamışdır. Belə bir vəziyyətdən istifadə edən cavabdeh özünün fərdi evindəki kanalizasiya borusunu aradakı yolun hərəkət hissəsindən qazaraq - kanalizasiya borusunu onun torpaq sahəsinə çəkmiş və onun torpaq sahəsinin ortasında kanalizasiya tullantıları məqsədilə daş hörgüsü qaydasında quyu hörmüş və bu quyuya cavabdehin yolun əks tərəfindəki evinin ayaq-yolu və hamam çırak suları onun torpaq sahəsinə axıdılmaqla, onun öz torpaq sahəsində istifadə etməyinə maneçiliklər törədilməklə, hüquqları pozulmuşdur. Cavabdeh həm onun hüquqlarını pozur, həm də sanitarepidemoloji vəziyyətə zidd hərəkətlər edir. Torpaq sahəsinə məişət tullantıları atmaqla ərazisi zibil ilə doludur. Qeyd olunanlara əsasən, Cavabdeh tərəfindən Xəzər Rayon Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 59 saylı sərəncamı və eyni tarixli “Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında” müqavilə əsasında İddiaçı üçün ayrılmış 200 kv.metr sahəsinin daxilinə özbaşına olaraq çəkdiyi kanalizasiya borusu və torpaq sahəsində daşdan hörməklə inşa etdiyi kanalizasiya quyusunun cavabdehin şəxsi vəsaiti hesabına sökülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, 1997-ci ildən ona 12 sot torpaq sahəsi məxsusdur. O, öz torpaq sahəsində evini və kanalizasiya quyusunu tikmişdir. Orada iddiaçının torpaq sahəsi olmayıb. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən İbrahimov Rövşən Namiq oğlu ifadəsində göstərmişdir ki, İddiaçı ilə həmkəndlidirlər. Onlar hal-hazırda Qala qəsəbəsində qonşudur. Həmin torpaq onun yaşadığı ev ilə üzbəüz yerləşir. Həmin torpaq sahəsində qonşu İxtiyar və qardaşı anbar salıb. Həmin torpaq sahəsi İxtiyarın evinin arxa hissəsində yerləşir. İddiaçı ona həmin torpaq sahəsini bələdiyyədən aldığını bildirmişdir. Digər şahid X3 ifadəsində bildirmişdir ki, İddiaçı ilə həmkəndlidirlər. Onlar halhazırda Qala qəsəbəsində qonşudur. Qonşuluqda İddiaçı torpaq sahəsi var. Həmin torpaq sahəsində heç bir tikili yoxdur. İddiaçı öz yaşadığı ev həmin torpaq sahəsində bir az uzaqdadır. Həmin torpaq sahəsində kanalizasiya tikiblər. Digər şahid X4 ifadəsində bildirmişdir ki, İddiaçı ilə həmkəndlidirlər. Onlar halhazırda Qala qəsəbəsində qonşudur. O, digər şahidlərin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Əzizbəyov rayonu X1 xx xxxxxx 2005-ci il tarixli 59 saylı sərəncamının surətindən görünür ki, İddiaçı Qala qəsəbəsində 200 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin sərəncama əsasən, Qala Bələdiyyəsi ilə İddiaçı arasında Qala qəsəbəsində 200 kv.m. torpaq sahəsinin alqı-satqısına dair eyni tarixli müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş Xəzər rayonu Qala Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Qala bələdiyyəsi tərəfindən xx xxxxxx 2005-ci il tarixli 59 saylı sərəncam əsasında İddiaçı 200 kv.m. torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsinin eskiz layihəsi mövcuddur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 575 saylı sərəncamının surətindən görünür ki, Cavabdeh Qala qəsəbəsində Q-05 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. Məhkəmə sorğusu ilə alınaraq iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının İ Müavininin xx.xx.2021-ci il tarixli 80A saylı məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı və Cavabdeh istifadələrində olan torpaq sahələrinə Qala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən baxış keçirilmişdir. Belə ki, Stansiya Qala yaşayış massivində vətəndaş İddiaçı müraciətində qeyd etdiyi torpaq sahəsi Cavabdeh istifadəsində olan torpaq sahəsindən aralıda yerləşir və mübahisəli torpaq sahəsinin Cavabdeh torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Bundan başqa, İddiaçı təqdim etdiyi sənəddə torpaq sahəsi 0.02 ha göstərilmişdir ki, faktiki olaraq həmin torpaq sahəsi də yerində 0.02 ha-dır. Torpaq sahəsinə dair Ə.X2 tərəfindən verilmiş plan sxemi mövcuddur və vergi ödəyicisi kimi Qala bələdiyyəsindən qeydiyyatdan keçmişdir. Cavabdeh istifadəsində olan torpaq sahəsi İddiaçı torpaq sahəsindən aralı yerləşməklə yanaşı, həm də həmin torpaq sahələri arasında, həmin ərazidə yaşayan digər qonşuların da istifadə etdiyi maşın yolu mövcuddur. Bundan əlavə, Əzizbəyov RİH Başçısının xx.xx.1997-ci il tarixli, 575 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin hansı koordinatlarda ayrılmasını təyin etmək mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən irəli sürülən tələblər sübutlarla öz təsdiqini tapmış, Qala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən keçirilən yerli baxış, tərəflərlə eyni küçədə yaşayan qonşuların ifadələri, iş materialları və işin məhkəmə iclasında müəyyən edilən hallarından görünür ki, Cavabdeh özünə məxsus olan torpaq sahəsindən tamamilə ayrı ərazidə yerləşən, İddiaçı Qala Bələdiyyəsi tərəfindən ayrılan torpaq sahəsində kanalizasiya tikməklə iddiaçının torpaq sahəsindən istifadəsinə maneə yaradır. Bununla da iddiaçı öz qanuni mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadə imkanından məhrum olmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan kanalizasiyanın inşa edilməsinə cavabdehin hüququ olmamışdır, həmin kanalizasiya iddiaçının maraqlarına toxunub, hüquqlarını pozduğundan, cavabdehin vəsaiti hesabına sökülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.8. maddəsindən görünür ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2. maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndindən görünür ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 93-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, torpaq sahəsinə dair əqdlər yazılı formada, əqdləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilir. Torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh tərəfindən Xəzər Rayon Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 59 saylı sərəncamı və eyni tarixli “Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında” müqavilə əsasında İddiaçı üçün ayrılmış 200 kv.metr sahəsinin daxilinə özbaşına olaraq çəkdiyi kanalizasiya borusu və torpaq sahəsində daşdan hörməklə inşa etdiyi kanalizasiya quyusu Cavabdeh vəsaiti hesabına sökülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən Xəzər Rayon Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 59 saylı sərəncamı və eyni tarixli “Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında” müqavilə əsasında İddiaçı üçün ayrılmış 200 kv.metr sahəsinin daxilinə özbaşına olaraq çəkdiyi kanalizasiya borusu və torpaq sahəsində daşdan hörməklə inşa etdiyi kanalizasiya quyusu Cavabdeh vəsaiti hesabına sökülsün. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 10 (on) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-157/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-157/2021
19.03.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver