Məhkəmə qərarları › İş №e-2(003)-1598/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1598/2023

10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1598/2023 10.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli, 100821-163541/10 nömrəli kredit müqaviləsi üzrə 191,39 manat əsas, 2,9 manat faiz borcun, cəmi 194,29 manat borcun, xx.xx.2019-cu il tarixli 100821-163541/11 nömrəli kredit müqaviləsi üzrə 281,85 manat əsas, 3,76 manat faiz borcun, cəmi 285,61 manat borcun, ümumilikdə 479,9 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 05 iyul 2019-cu il tarixliŞ 100821-163541/10 nömrəli Güzəştli kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, ilik 1% dərəcəsi ilə 285,15 manat məbləğində kredit verilmişdir. Həmçinin İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 05 iyul 2019-cu il tarixli, 100821-163541/11 nömrəli güzəştli kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 415,4 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditlərin təsdiq olunmuş hissə-hissə ödəmə qrafiklərini pozmuşdur. Cavabdeh dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, Banka olan borcunu ödəməmişdir. 30 yanvar 2023-cü il tarixinə cavabdehin 100821-163541/10 nömrəli kredit müqaviləsi üzrə 191,39 manat məbləğində əsas və 2.9 manat faiz borcu olmaqla, cəmi 194,29 manat məbləğində, 100821-163541/11 nömrəli kredit müqaviləsi üzrə isə 281,85 manat məbləğində əsas borcu və 3,76 manat faiz borcu olmaqla, cəmi 285,61 manat məbbğində kredit borcları yaranmışdır. Güzəştli kredit müqavilələrinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqavilələrə əsasən ödəniş cədvəllərində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan kreditləri vaxtında ödəməmiş və nəticədə gecikdrilmiş kredit yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin göndərilmiş zərf rabitə orqanı tərəfindən üzərində “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cü il tarixli, 100821-163541/10 nömrəli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən cavabdehə 60 ay müddətinə illik 1 faiz ödəmək şərtilə 285,15 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş qrafikinin surətindən görünür ki, cavabdeh yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək ilk 12 ayı 0,24 manat, digər aylarda isə 6,06 manat, sonuncu ay isə 6,21 manat ödəniş etməklə yerinə yetirməsi barədə məsuliyyət götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, 100821-163541/10 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2023-cü il tarixinə 191,39 manat əsas, 2,9 manat faiz, cəmi 194,29 manat borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 100821-163541/10 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə ona qarşı məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cü il tarixli 100821-163541/11 nömrəli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən cavabdehə 60 ay müddətinə illik 1 faiz ödəmək şərtilə 415,40 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş qrafikinin surətindən görünür ki, cavabdeh yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək ilk 12 ayı 0,35 manat, digər aylarda isə 8,83 manat, sonuncu ay isə 8,93 manat ödəniş etməklə yerinə yetirməsi barədə məsuliyyət götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, 100821-163541/11 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2023-cü il tarixinə 281,85 manat əsas, 3,76 manat faiz, cəmi 285,61 manat borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 100821-163541/11 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materialları ilə müəyyən edilir ki, iş üzrə tərəflər arasında kredit müqavilələri bağlanmış və 100821-163541/10 nömrəli kredit müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 1 faiz ödəmək şərtilə 285,15 manat, 100821-163541/11 nömrəli kredit müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 1 faiz ödəmək şərtilə 415,40 manat kredit verilmişdir. Borcalan (cavabdeh) kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəlikləri lazimi qaydada icra etməmiş və kredit müqavilələrinin şərtlərini pozmuşdur. Onun iddiaçı qarşısında maliyyə arayışlarında qeyd məbləğlərdə icra edilməmiş pul öhdəlikləri yaranmışdır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2019cu il tarixli, 100821-163541/10 nömrəli kredit müqaviləsi üzrə 191,39 manat əsas, 2,9 manat faiz borcu, cəmi 194,29 manat borc, xx.xx.2019-cu il tarixli, 100821-163541/11 nömrəli kredit müqaviləsi üzrə 281,85 manat əsas, 3,76 manat faiz borcu, cəmi 285,61 manat borc, ümumilikdə 479,9 manat borc və ödənilmiş dövlət rüsumuna görə 39,54 manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 100821-163541/10 nömrəli kredit müqaviləsi üzrə 191,39 manat əsas, 2,9 manat faiz borcu, cəmi 194,29 manat borc, xx.xx.2019-cu il tarixli, 100821-163541/11 nömrəli kredit müqaviləsi üzrə 281,85 manat əsas, 3,76 manat faiz borcu, cəmi 285,61 manat borc, ümumilikdə 479,9 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar