Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1653/2024 29.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh qarşı “müqavilənin ləğvi və kredit borcuna tutulmanın yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, İşin halları İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh qarşı “müqavilənin ləğvi və kredit borcuna tutulmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2021-ci il tarixli 1182/SM-21 saylı kredit müqaviləsinə əsasən yaranmış 3192,16 manat məbləğində kredit borcunun, həmçinin, ödənilmiş 52 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 3244,16 manat məbləğin Cavabdeh tutularaq “X5 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2021-ci il tarixli 1182/SM-21 saylı kredit və eyni tarixli girov müqaviləsinə əsasən, borcluya 36 ay müddətinə 13000.00 (on üç min manat, sıfır qəpik) məbləğində kredit verilmişdir. Cavabdehkredit öhdəliyini vaxtında və lazımi şəkildə icra etməmiş, nəticədə "xxxx" MMC-yə 3192,16 (üç min yüz doxsan iki manat, on altı qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinin tələblərinə əsasən yaranmış borcun ödənilməsinə və nizama salınmasına dair Pretenziya (Bildiriş) göndərilməsinə baxmayaraq cavabdeh buna məhəl qoymamış, "xxxx" MMC qarşısında öhdəliklərini icra etməməyə davam etmişdir. "xxxx" MMC ilə Cavabdeharasında bağlanmış 24 dekabr 2021-ci il tarixli 1182/SM-21 saylı kredit müqaviləsi üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktikisayına görə hər gün illik 42 %-lə hesablanır. Beləliklə, yuxarıda göstərilənlərə və qanunvericiliyin tələblərinə əsasən hesab edirəm ki, “X5 Olmayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2021-ci il tarixli 1182/SM-21 saylı kredit müqaviləsinə əsasən yaranmış 3192.16 (üç min yüz doxsan iki manat, on altı qəpik) manat məbləğində kredit borcunun və 52 manat dövlət rüsumu Cavabdeh tərəfindən “X5 Olmayan Kredit Təşkilatı” MMC-yə ödənilməlidir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda məhkəmə iclasında izahatlarında göstərmişdir ki, cavabdeh aralarında bağlanmış kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün, sonuncunun banka girov qoyduğu qızıl-zinət əşyaları hərrac vasitəsilə 11350,64 manata satılmışdır. Həmin məbləğ cavabdehin borcuna yönəldilmiş və hazırda cavabdehin 3192,16 manat ödənilməmiş əsas borcu qalmışdır. Bundan başqa, hərrac barədə cavabdehə müxtəlif tarixlərdə bildirişlər ünvanlasa da, o, həmin bildirişləri göz ardı edərək, münasibət bildirməmişdir. Hazırda da, hərrac protokolu mübahisələndirilməmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, iddiaçı ilə 5 ildən yuxarı müddətdir ki, kredit münasibətləri yaratmışdır. Bankdan pul götürəndə, ondan qızıl-zinət əşyalarını girov qoyulması xahiş olunmuş, bu səbəbdən də, qızıl-zinət əşyalarını girova qoyaraq kredit götürmüşdür. Müqavilədəki imzalar ona məxsusdur. Hazırda bank qızıl-zinət əşyalarını satmasını bildirsə də, ona qızıl-zinət əşyalarının satılacağı barədə heç bir məlumat verilməmişdir. Həmin vaxtlarda qardaşının dünyasını dəyişməsi səbəbindən Bakı şəhərində olmamışdır. Hazırda qızıl-zinət əşyalarının satılması barədə protokolu mübahisələndirməmişdir. Qızıl-zinət əşyalarının dəyəri 20000 manata yaxın olmuşdur. Ona görə də, iddianı qəbul etmir. İddia ərizəsinə etirazın dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazı daxil olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlər -xx.xx.2021-ci il tarixli, 1182/SM-21 saylı kredit müqaviləsinin surətindən görünür ki, kreditor "xxxx" MMC tərəfindən borcalan Cavabdeh 36 ay müddətinə, illik 42% olmaqla 13000 manat məbləğində kredit vermişdir. - xx.xx.2021-ci il tarixli, 85761 saylı girov müqaviləsinin surətindən görünür ki, kreditor "xxxx" MMC tərəfindən borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1182/SM-21 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh cəmi 164,6 qram çəkidə olan, 7512 manat dəyərində qızıl-zinət əşyaları girov qoymuşdur. - xx.xx.2023-cü il tarixli hərrac şurası protokolunun surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə girov qoyduğu qızıl-zinət əşyaları 11350,64 manata X1 qərara alınmışdır. - Cavabdeh ünvanlanmış “girovun satılacağı və hərracın yeri haqqında” bildirişlərin surətlərindən görünür ki, cavabdehə xx.xx.2021-ci il tarixli, 1182/SM-21 saylı kredit müqaviləsi üzrə öhdəliyini icra edilməsi, əks təqdirdə girova qoyulmuş qızıl-zinət əşyalarının satışa çıxarılaraq satışından əldə edilən pul vəsaitinin kredit borcuna yönəldiləcəyi, məbləğin artıq qalacağı halda bank hesabına yatırılacağı, kredit borcuna kifayət edilməyəcəyi halda isə, qanunvericiliyə uyğun qaydada borcun ödənilməsi məqsədilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 1182/SM-21 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 3192,16 manat məbləğində əsas borcu borcu vardır. - "xxxx" MMC-i tərəfindən - "xxxx" MMC-i tərəfindən Cavabdeh ünvanlanmış “kredit borcunun ödənilməsi barədə” bildirişin surətindən görünür ki, cavabdehə xx.xx.2021-ci il tarixli, 1182/SM-21 saylı kredit müqaviləsi üzrə 3192,16 manat məbləğində borcunun yarandığı, borcun 10 gün müddətində ödənilməsi, ödənilmədiyi halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddia ərizəsində dövlət rüsumunun haqqında məlumatdan görünür ki, iddiaçı tərəfindən 51,60 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/4500 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 24 dekabr 2021-ci il tarixli 1182/SM-21 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2024-cü il tarixə əsas borc üzrə 2903,53 manat, faiz borcu üzrə 1327,88 manat təşkil edir. Qeyd edilir ki, hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 24 dekabr 2021-ci il tarixli 1182/SM-21 №-li kredit müviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh cərimə borcu hesablanmadı. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil edir. Məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/4523 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda və xx.xx.2021-ci il tarixli "xxxx" MMC tərəfindən tərtib edilmiş 85761 nömrəli girov müqaviləsində göstərilən qızıl-zinət əşyalarının 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 15847,00 manat müəyyən edilir. Həmin qızıl-zinət əşyalarının adları və qiymətləri ayrı-ayrılıqda rəyin tədqiqi hissəsində göstərilmişdir. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8.1.2. məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 107. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, xx.xx.2021-ci il tarixli, 1182/SM-21 saylı kredit müqaviləsinə əsasən kreditor "xxxx" MMC tərəfindən borcalan Cavabdeh 36 ay müddətinə, illik 42% olmaqla 13000 manat məbləğində kredit vermişdir. xx.xx.2021-ci il tarixli, 85761 saylı girov müqaviləsinə əsasən kreditor "xxxx" MMC tərəfindən borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1182/SM-21 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh cəmi 164,6 qram çəkidə olan, 7512 manat dəyərində qızıl-zinət əşyaları girov qoymuşdur. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh kreditin qaytarılması və faizlərin ödənilməsi üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə banka borcu yaranmışdır. İddiaçı hazırkı iddia ilə əlaqədar 51,60 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri vardır, həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Kreditor müqavilə üzrə malik olduğu hüquqlardan istifadə edə bilər. Cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçının pulun qaytarılmasını, həmçinin borc üzrə razılaşdırılmış faizin və cərimənin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən razılaşma əsasında kredit müqaviləsi üzrə əsas borcu iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsait(lər)ini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Belə olan halda, iddiaçı verdiyi kredit üzrə əsas borcu tələb etməkdə haqlıdır. Lakin, məhkəmə qeyd edir ki, cavabdehdən hesablanmış əsas borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, cavabdehin kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə əsas borcu üzrə 2903,53 manat borcunun olması müəyyən edilir. Məhkəmə, ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də, qeyd edilən hissədə qismən təmin edilərək, cavabdehdən göstərilən kredit müqaviləsi üzrə 2903,53 manat məbləğində əsas borcu tutulmalıdır. Məhkəmə cavabdehin qızıl-zinət əşyalarının dəyərinin çox etməsi, həmin hərracla razılaşmaması barədə dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı ilə aralarında bağlanmış kredit və girov müqaviləsinin tələblərinə müvafiq olaraq iddiaçı tərəfindən qızıl-zinət əşyalarının satılması, cavabdehin isə hərracın nəticələrinin mübahisələndirməməsi müəyyən edilmişdir. Məhkəmə həmçinin iddianın 52,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Lakin dövlət rüsumunun ödənilməsi barədə qəbzdən müəyyən olunmuşdur ki, iddiaçı məhkəməyə müraciət edən zaman 51,60 manat dövlət rüsumu ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli və 51,60 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatlarının dəyəri 150 manat məbləğindədir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatlarının dəyəri olaraq 150 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət nəfinə ödənilməlidir. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməklə, Cavabdeh 2903,53 manat məbləğində əsas borc və 51,60 manat dövlət rüsumu olmaqla, cəmi 2955,13 manat tutularaq iddiaçı “X5 Olmayan Kredit Təşkilatı” MMC-yə ödənilməli və iddia qalan hissədə təmin edilməməli, eyni zamanda ekspertiza tədqiqatının dəyəri olan 150,0 manat cavabdehdən müştərək qaydada tutularaq dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2903,53 manat məbləğində əsas borc, 51,60 manat dövlət rüsumu olmaqla, cəmi 2955,13 manat tutularaq iddiaçı “X5 Olmayan Kredit Təşkilatı” MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 150,0 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli.
Məhkəmə qərarları › İş №e-2(003)-1653/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1653/2024
29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver