Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1664/2024 10.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun miras qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - "xxxx" ASC) Cavabdeh qarşı borcun miras qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 5458,01 manat əsas borcun, 0,02manat vəfat etdiyi tarixə hesablanmış faiz borcu olmaqla, cəmi 5458,03 manat borc, ödənilmiş 74,59 manat dövlət rüsumunun və 0,8 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Axundov Səfər Müzəffər oğlu arasında xx.xx.2019-cu il tarixli BPM**********07 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Axundov Səfər Müzəffər oğluna illik 24 %-lə, 36 ay müddətinə 10000 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 166841 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən Axundov Səfər Müzəffər oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 25 saylı Notariat ofisi tərəfindən verilmiş 998/23 nömrəli məktubdan görünür ki, Axundov Səfər Müzəffər oğlunun mirası qəbul etmiş vərəsəsi Cavabdeh Bakı şəhəri 25 saylı Notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixində 2V-179 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Bankın Xətai filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Axundov Səfər Müzəffər oğlunun xx.xx.2024-cü ilədək kredit üzrə Banka ödənilməmiş 5458.01 manat əsas borcu, vəfat etdiyi tarixə 0.02 manat faiz borcu olmaqla, cəmi 5458.03 manat borcu qalmışdır. Cavabdehin X5 Müzəffər oğlundan qalmış mirası qəbul etmələrinə baxmayaraqona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2-33603/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, bildirdi ki, onun borcu ödəmək imkanı yoxdur. İddianın təmin olunmamasına xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, BPM**********07 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Axundov Səfər Müzəffər oğlu arasında kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə “Bank” tərəfindən kredit alana 36 ay müddətinə illik 24 % hesablanmaqla 10 000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ 166841 nömrəli, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Axundov Səfər Müzəffər oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 25 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, x/o998/23 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixində vəfat X4 Müzəffər oğlunun Bakı şəhəri 7 saylı xüsusi notariat ofisində xx.xx.2022-ci il tarixdə 2V- 179 reyestrlə təsdiq edilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinin və vərəsəsi Cavabdeh (AA*******, xx.xx.2016, ASAN5 FİN:1VVFN9AD, d/t:xx.xx.1987) olduğu aşkar edilmişdir. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,82 kv.m olan mənzildir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, “Bank” tərəfi borc barədə xəbərdar etmiş və ödənilməsini tələb etmişdir. İş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən və maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixinə Axundov Səfər Müzəffər oğlunun ödənilməmiş əsas borcu 5458,01 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu tarixli kassa məxaric orderinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Axundov Səfər Müzəffər oğluna kredit müqaviləsi üzrə 9900 manat pul verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC ilə xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC ilə Axundov Səfər Müzəffər oğlu arasında kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən “Bank” tərəfindən 36 ay müddətinə illik 24 % hesablanmaqla 10 000 manat məbləğində kredit verilmişdir. Axundov Səfər Müzəffər oğlunın ödənilməmiş əsas borcu 5458,01 manat manat təşkil edir. Həmçinin məhkəmə müəyyən etdi ki, Axundov Səfər Müzəffər oğlu xx.xx.2022-ci il tarixdə ölmüşdür və Cavabdeh Axundov Səfər Müzəffər oğlunun vərəsəsidir. Axundov Səfər Müzəffər oğlundan qalmış mirasa xx.xx.2022-ci il tarixli, 2V-179 reyestrlə təsdiq edilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,82 kv.m olan mənzildir. Cavabdeh borcun ödənilməsi bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, borcu ödəməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, BPM**********07 saylı kredit müqaviləsi üzrə 5458,01 manat əsas, 0,02 manat vəfat etdiyi tarixə hesablanmış faiz kredit borcu olmaqla, ümumilikdə 5458,03 manat borc "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 74,59 manat dövlət rüsumu və 0,8 manat xidmət haqqı olmaqla, ümumilikdə 75,39 manat ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 75,39 manat (dövlət rüsumu və xidmət haqqı) onun xeyrinə cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. X5 Müzəffər oğlunın vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 5458,01 manat əsas, 0,02 manat vəfat etdiyi tarixə hesablanmış faiz kredit borcu olmaqla, ümumilikdə 5458,03 manat borc və ödənilmiş 74,59 manat dövlət rüsumu və 0,8 manat xidmət haqqı olmaqla, ümumilikdə 75,39 manat pul tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-1664/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1664/2024
10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver