Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1669/2022 24.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqavilələri üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05.03.2021-ci il tarixli, 31761-CNS-20653 saylı "Nağd pul krediti" müqaviləsinə əsasən 05.03.2022-ci il tarixinə Banka borclu olduğu 5955,88 manat məbləğində əsas, 327,03 manat faiz borcu, 151,90 manat məbləğində cərimə borcu olmaqla cəmi 6434,81 manat məbləğində borcun və 84,75 manat dövlət rüsumunun Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutultutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ilə Cavabdeh arasında bağlanmış 05.03.2021-ci il tarixli, 31761-CNS-20653 saylı "Nağd pul krediti" müqaviləsinə əsasən Cavabdeh illik 222 % hesablanması şərti ilə 48 ay müddətinə 6600 manat məbləğində kredit (müqavilənin 3.8-ci bəndinə əsasən kredit alanın cari hesabından kart hesabına köçürülməklə ona) verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş və nəticədə cvabdehin banka ümumilikdə 6434,81 maqnat məbləğində borcu yaranmışdır. Məhkəmə iclasınnın vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək, banka 05.03.2021-ci il tarixli, 317621-CNS-20653 saylı kredit müqaviləsi üzrə 5955,88 manat əsas, 327,03 manat faiz borcunun olduğunu qəbul etmiş, lakin cərimə borcu hissəsində iddianı qəbul etmədiyini bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 05.03.2021-ci il tarixli, 317621-CNS-20653 saylı "Nağd pul krediti" müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh ilə İddiaçı ASC arasında aylıq 22 % olmaqla 48 ay müddətinə 6600 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır; İş materiallarında olan 05.03.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh banka 05.03.2021-ci il tarixli, 317621-CNS-20653 saylı kredit müqaviləsi üzrə 5955,88 manat məbləğində əsas borc, 327,03 manat faiz borcu, 151,90 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6434,81 manat borcu yaranmışdır; İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, bank ona borcun qaytarılması barədə xəbərdarlıq etmişdir. Məhkəmə tərəfindən araşdırma zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuş, onun bankın qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələb üzrə əsas və faiz borcunun əsaslı olduğunu təsdiq edir. Məhkəmə Mülki Məcəllənin 425, 427, 439, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, 05.03.2021-ci il tarixli, 317621-CNS- 20653 saylı "Nağd pul krediti" müqaviləsi üzrə 5955,88 manat məbləğində əsas borc və 327,03 manat faiz borc Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 05.03.2021-ci il tarixli, 317621-CNS-20653 saylı "Nağd pul krediti" müqaviləsi üzrə 5955,88 manat məbləğində əsas borc münasibətdə cavabdehdən 15 manat dəbbə pulu tutulmalıdır. İş materiallarında olan ********* nömrəli ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 84,35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə Cavabdeh 05.03.2021-ci il tarixli, 317621-CNS-20653 saylı "Nağd pul krediti" müqaviləsi üzrə 5955,88 manat məbləğində əsas borc, 327,03 manat faiz borcu, 15 manat cərimə borcu və iddiaçı bank tərəfindən ödənilmiş 84,75 manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 05.03.2021-ci il tarixli, 317621-CNS-20653 saylı "Nağd pul krediti" müqaviləsi üzrə 5955,88 manat məbləğində əsas, 327,03 manat faiz borcu, 15 manat məbləğində cərimə borcu və 84,75 manat dövlət rüsumu olmaqla, cəmi 6382,66 (altı min üç yüz səksən iki manat, altmış altı qəpik) manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-1669/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1669/2022
24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver