Məhkəmə qərarları › İş №e-2(003)-1677/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1677/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1677/2024 01.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun miras qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - "xxxx" ASC) Cavabdeh qarşı borcun miras qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1505,03 manat əsas borcun, 4.45 manat vəfat etdiyi tarixə hesablanmış faiz borcu olmaqla, cəmi 1509.48 manat borc, ödənilmiş 35.10 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Mərdəkan filialı ilə Orucova Rəhilə Əli qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********27 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən Orucova Rəhilə Əli qızına 12 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla, 1800 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X2 Əli qızı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 2 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən Orucova Rəhilə Əli qızının vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Orucova Rəhilə Əli oğlunun Banka ödənilməmiş qalan 1505.03 manat əsas borcu, 4.45 manat vəfat etdiyi tarixə hesablanmış faiz borcu olmaqla, cəmi 1509.48 manat borcu qalmışdır. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 35.10 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, BPM**********27 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Orucova Rəhilə Əli qızı arasında kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə “Bank” tərəfindən kredit alana 12 ay müddətinə illik 18 % hesablanmaqla 1800 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən və maliyyə arayışından görünür ki, Orucova Rəhilə Əli qızının ödənilməmiş əsas borcu 1505,03 manat təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, “Bank” tərəfi borc barədə xəbərdar etmiş və ödənilməsini tələb etmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ 251032 nömrəli, xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Orucova Rəhilə Əli qızı xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş 2 saylı Bakı AZAS xidmət mərkəzi Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 1794 nömrəli məktubundan görünür ki, Cavabdeh Orucova Rəhilə Əli qızının qalmış mirasa xx.xx.2023-cü il tarixli, 2V-592 reyestrlə təsdiq edilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci tarixli kassa məxaric orderinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Orucova Rəhilə Əli qızına kredit müqaviləsi üzrə 1780 manat pul verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC ilə xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC ilə Orucova Rəhilə Əli qızı arasında kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən “Bank” tərəfindən 12 ay müddətinə illik 18 % hesablanmaqla 1800 manat məbləğində kredit verilmişdir. Orucova Rəhilə Əli qızının ödənilməmiş əsas borcu 1505,03 manat manat təşkil edir. Həmçinin məhkəmə müəyyən etdi ki, Orucova Rəhilə Əli qızı xx.xx.2022-ci il tarixdə ölmüşdür və Cavabdeh Orucova Rəhilə Əli qızınun vərəsəsidir. Orucova Rəhilə Əli qızından qalmış mirasa xx.xx.2022-ci il tarixli, 2V-592 reyestrlə təsdiq edilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Cavabdeh borcun ödənilməsi bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, borcu ödəməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, BPM**********27 saylı kredit müqaviləsi üzrə 1505,03 manat əsas, 4,45 manat vəfat etdiyi tarixə hesablanmış faiz kredit borcu olmaqla, ümumilikdə 1509,08 manat borc "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 35,10 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, ümumilikdə 35,50 manat ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 35,50 manat (dövlət rüsumu və xidmət haqqı) onun xeyrinə cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. X3 Əli qızının vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1505,03 manat əsas, 4,45 manat vəfat etdiyi tarixə hesablanmış faiz kredit borcu olmaqla, ümumilikdə 1509,08 manat borc və ödənilmiş 35,10 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, ümumilikdə 35,50 manat pul tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar