Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-17/2021 27.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı BANK “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı “Bank xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 İmamkişi oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı “krediti müqaviləsi üzrə borc turulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Tələbkar BANK “xxxx” Açıq Səhmdar Cəmiyyəti borclu Cavabdeh1 İmamkişi oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı məhkəmə əmrinin verilməsi tələbi ilə məhkəməyə müraciət edərək borclulardan 3364,13 manat məbləğində əsas borcun, 196,07 manat məbləğində faiz borcunun və 20,00 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 22 iyun 2018-ci il tarixli e-2(003)-2806/2018 saylı əmri ilə borclular Cavabdeh1 İmamkişi oğlundan, Cavabdeh2 və Cavabdeh3 3560,20 manat məbləğində əsas borcun və 20,00 manat dövlət rüsumunun kreditor BANK “xxxx” ASC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. Borclu Cavabdeh2 sözügedən əmrə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Məhkəmənin 12 iyul 2018-ci il tarixli qərardadı ilə məhkəmənin 22 iyun 2018-ci il tarixli e-2(003)-2806/2018 saylı əmri ləğv edilmiş və iş materialları iddia icraatına keçirilmişdir. Məhkəmənin 27 may 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 İmamkişi oğluna aid hissədə iş üzrə icraata xitam verilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, BANK “xxxx” ASC ilə Cavabdeh1 İmamkişi oğlu arasında bağlanmış 14 aprel 2016-cı il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədi üçün illik 25 % olmaqla 36 ay müddətinə 6645,61 manat məbləğinədək kredit verilmişdir. Habelə 14 aprel 2016-cı il tarixli kredit müqaviləsinin təminatı qismində BANK “xxxx” ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh müqavilə üzrə öhdəliyə və müqavilə şərtlərinə riayət etməmiş, ödəniş qrafikinin tələblərini davamlı şəkildə pozmuşdur. Cavabdehlərə bununla əlaqədar xəbərdarlıq məktubu göndərilmiş, lakin onlar tərəfindən ödəniş aparılmamışdır. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərdi ki, Cavabdeh1 İmamkişi oğlu öldüyündən, hesab edir ki, onun hüquqi varisi müəyyən edilməli və borcun həmin hüquqi varisdən tutulması barədə qətnamə çıxarılmalıdır. Ona görə də kreditor borcunun Cavabdeh1 İmamkişi oğlunun hüquqi varisindən tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan BANK “xxxx” ASC ilə Cavabdeh1 İmamkişi oğlu arasında bağlanmış 14 aprel 2016-cı il tarixli kredit müqaviləsindən aydın olur ki, cavabdehə istehlak məqsədi üçün illik 25 % olmaqla 36 ay müddətinə 6645,61 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 İmamkişi oğlu 16 may 2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan BANK “xxxx” ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 14 aprel 2016-cı il tarixli zaminlik müqaviləsindən aydın olur ki, Zaminlər, borclunun 14 aprel 2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan 11 iyun 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İmamkişi oğlunun banka 3364,13 manat məbləğində əsas borcu, 196,07 manat məbləğində faiz borcu, cəmi 3560,20 manat məbləğində borcu vardır. İş materiallarında olan bildirişin surətindən aydın olur ki, yaranmış borc məbləğini ödəməsi borclulara təklif edilmişdir. İş materiallarında olan ödəniş tapşırığından aydın olur ki, BANK “xxxx” ASC hazırkı iddia üzrə 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında müəyyən edildi ki, BANK “xxxx” ASC ilə Cavabdeh1 İmamkişi oğlu arasında bağlanmış 14 aprel 2016-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədi üçün illik 25 % olmaqla 36 ay müddətinə 6645,61 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin qaytarılması və faizlərin ödənilməsi üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə banka 3364,13 manat məbləğində əsas borcu, 196,07 manat məbləğində faiz borcu yaranmışdır. BANK “xxxx” ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 14 aprel 2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən zaminlər, borclunun zaminliklə təmin edilmiş öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi halında Bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyacağına dair öhdəlik götürmüşdür. Yaranmış borcu ödəməsi cavabdehlərə təklif olunmuşdur. İddiaçı hazırkı iddia ilə əlaqədar 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Cavabdeh1 İmamkişi oğlu 16 may 2018-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, həmin Məcəllədə və zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, BANK “xxxx” ASC ilə Cavabdeh1 İmamkişi oğlu arasında bağlanmış 14 aprel 2016-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdehin alınmış kreditin qaytarılmayan hissəsi üzrə banka 3364,13 manat məbləğində əsas borcu, 196,07 manat məbləğində faiz borcu yarandığı, öhdəliyin lazımınca icra edilməməsi, Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 İmamkişi oğlunun zaminliklə təmin edilmiş öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi halında, bank qarşısında onunla birgə məsuliyyət daşıyacağına dair öhdəlik götürməsi, iddiaçının hazırkı iddia ilə əlaqədar 20 manat dövlət rüsumu ödədiyi tam təsdiq olunduğundan, kredit borcunun, hesablanmış faizlərin və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, 10 (on) manat dövlət rüsumu cavabdehlərdən tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh3 birgə qaydada əsas borc üzrə 3364,13 manat, faiz borcu üzrə 196,07 manat, cəmi 3560,20 (üç min beş yüz altmış, iyirmi) manat və ödənilmiş dövlət rüsumu üzrə 20 (iyirmi) manat tutularaq, BANK “xxxx” ASC-nə ödənilsin. Cavabdeh2 və Cavabdeh3 10 (on) manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №e-2(003)-17/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-17/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver