Məhkəmə qərarları › İş №e-2(003)-1710/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1710/2024

08.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1710/2024 08.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün həyata keçirilmiş sığorta ödənişi əvəzində 1308,05 manat məbləğində vəsaitin, 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən idarə olunan **-VK-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E220 CDİ” markalı avtonəqliyyat vasitəsilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-JL-*** dövlət qeydiyyat nişanlı, “Hyundai HD 65” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı **-JL-*** dövlət qeydiyyat nişanlı, “Hyundai HD 65” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. **-JL-*** dövlət qeydiyyat nişanlı “Hyundai HD 65” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 3695,00 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən 3695,00 manat məbləğində sığorta ödənişi avtomobilin təmiri üçün "xxxx" MMC-nin təqdim etdiyi hesaba köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC tərəfindən sığortalandığından 2386,95 manat məbləğində sığorta ödənişinin ödənildiyini nəzərə alaraq xx.xx.2023-cü il tarixində 1308,05 manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq "xxxx" ASC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan: Avtonəqliyyat vasitələrinin (kasko) sığortası şəhadətnaməsindən görünür ki, ““Hyundai HD 65” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır. AD seriyalı, 761994 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai HD 65” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “DELTA QRUP C. O." MMC-nin mülkiyyətindədir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 13:40-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat vasitəsinin növü toqquşma olmuşdur. Yolnəqliyyat hadisəsi nəticəsində təqsiri olan şəxs özünün mülkiyyətində olan **-VK-*** dövlət qeydiyyat nişanlı, “MERCEDES BENZ E220 CDİ” markalı avtonəqliyyat vasitəsini idarə edən şəxs Cavabdeh, yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulan avtomobil X2 idarə etdiyi, “DELTA QRUP C. O." MMC-yə məxsus olan **-JL-*** dövlət qeydiyyat nişanlı, “Hyundai HD 65” markalı avtonəqliyyat vasitəsidir. "xxxx" ASC tərəfindən tərtib edilmiş Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, “Hyundai HD 65” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri və bərpası üçün 3695 manat manat tələb olunmuşdur. "xxxx" MMC tərəfindən tərtib edilmiş 13 nömrəli, xx.xx.2022-ci il tarixli hesabdan və xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, “Hyundai HD 65” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri və bərpası üçün 3695 manat tələb olunmuşdur. 21 oktyabr 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Hyundai HD 65” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 3695 manat zərər məbləği müqabilində təmir olunaraq səlahiyyətli şəxsə təhvil verilmiş və əvəzində həmin şəxs öz növbəsində onu heç bir qüsur və çatışmazlıqlar müəyyən olunmadan saz vəziyyətdə təhvil almışdır. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, “Hyundai HD 65” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 3695 manat, sığorta ödənişinin məbləği 3695 manat təşkil edir. "xxxx" KB ASC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən “TEXNİK MOTORS" MMC-yə 3695 manat köçürülmə həyata keçirilmişdir. TP seriyalı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 60 manat məbləğində cərimə edilmişdir. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 1326/L nömrəli, 15 mart 2023-cü il tarixli məktubdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuşdur. X3 **********61 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə, saat 13:40 radələrində Cavabdeh idarə etdiyi **-VK-*** dövlət qeydiyyat nişanlı, “MERCEDES BENZ E220 CDİ” markalı avtomobil Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində “DELTA QRUP C. O." MMC-nin mülkiyyətində olan, X2 idarə etdiyi **-JL-*** dövlət qeydiyyat nişanlı, “Hyundai HD 65” markalı avtomobillə toqquşmuş, nəticədə Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə uyğun olaraq təqsirli bilinmişdir. Vurulmuş zərər 3695 manat dəyərində qiymətləndirilmişdir. "xxxx" ASC tərəfindən 3695 manat sığorta ödənişi “TEXNİK MOTORS" MMC-yə ödənilmişdir. Təqsirli tərəfi icbari sığorta edən "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 2386,95 manat məbləğində vəsait ödənilmişdir. Nəticədə zərərin ödənilməmiş hissəsinə, yəni 1308,05 manata "xxxx" ASC-nin subroqsiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936-cı madəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1308,05 manat, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti xərci iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1308,05 (min üç yüz səkkiz manat, beş qəpik) manat, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti xərci iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar