Məhkəmə qərarları › İş №e-2(003)-1721/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-1721/2022

22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-1721/2022 22.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı pul tələbi, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi, mənzildə qeydiyyatda olan şəxslərin mənzildən istifadə hüququnun ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 28 avqust 2019-cu il tarixli, 2019/00247-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditin əsas borcu üzrə 6531,38 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 891.97 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4775.44 ABŞ dolları nəbləğində dəbbə pulu, cəmi 12198.79 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 153 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan olan ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 6531.38 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 91.97 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4775.44 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 12198.79 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 153 manat məbləğində pulun iddiaçı FİNOKO” BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada aşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 28 avqust 2019-cu il tarixli, 2019/00247-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditin əsas borcu üzrə 5591,86 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1272,18 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4775,44 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 11639,48 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 153 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan olan ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 1272,18 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4775,44 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 11639,48 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 153 manat məbləğində pulun İddiaçı BOKT ASCyə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçı «Finoko” BOKT Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə elektron ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, cavabdehlər isə məhkəmə iclasında iştirak etməyərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddiaçının mövcud iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı BOKT ASC Cavabdeh qarşı tərəflər arasında bağlanmış 28 avqust 2019-cu il tarixli, 2019/00247-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditin əsas borcu üzrə 5591,86 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1272,18 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4775,44 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 11639,48 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 153 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan olan ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 1272,18 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4775,44 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 11639,48 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 153 manat məbləğində pulun İddiaçı BOKT ASCyə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iddia baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar