Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-1747/2022 25.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazli Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı icarə müqaviləsi üzrə icarəyə verilmiş yaşayış sahəsinin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı olan 10000 (on min) manat borcun ödənilməsi və yaşayış sahəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus malların boşaldılaraq, yaşayış sahəsinin sahibinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhər Buzovna qəsəbəsi 4- 181 ünvanında yerləşən İddiaçı oglunun şəxsi mülkiyyətində olan yaşayış sahəsi 01 iyun 2021-ci i tarixdi Müqavilə əsasında 1(bir) il müddətinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilmişdir. Müqavilə üzrə “icarəçi” icarəyə götürdüyü daşınmaz əmlaka görə “icarə verənə” hər ay 800 (səkkiz yüz) manat pul ödəməli oldugu halda, icarəyə götürdüyü yerə görə cəmi bir dəfə icarə haqqı ödəmişdir. Digər ayların haqqını işlərini qaydasına saldıqdan sonra ödəcəyinə vəd etməsinə baxmayaraq 8800 (səkkiz min səkkiz yüz) manat icarə haqqını ödəməmişdir. Eyni zamanda “icarəçi” icarəyə götürdüyü əmlaka 1200 (min iki yüz) manat dəyərində ziyan vurmuşdur. Beləliklə "xxxx" MMC-nin “icarə verən”ə ümumilikdə 10000 (on min) manat borcu yaranmışdır. Borcun ödəniməsi haqqında dəfələrlə müraciət edilsə də borc ödənilməmişdir. Bu haqda “icarəçi”nin ünvanına Pretenziya məktubu rəsmi qaydada göndərilmişdir. Onu da qeyd etmək istəyir ki hal hazırda icarəyə verilmiş yaşayış sahəsində "Yupiter Distribition " MVC öz malları saxlayr və şəxsi müikiyətdə olan yaşayış sahəsini boşaldıb, sahibinə təhvil vermək istəmir. Məhkəmə mülki işin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisəyə aid olub olmaması ilə bağlı tərəflərin fikrini öyrəndi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin işin aidiyyatla Bakı Kommersiya məhkəməsinə göndərilməsi məsləsinin məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştiakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, hazırkı iddia tələbi üzrə iş sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olduğundan aidiyyəti üzrə kommerisya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin məcəllənin 26.1-ci maddəsinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Məhkəmə qeyd edir ki, qanunvericiliyə edilmiş dəyişikliklər əsasında inzibati-iqtisadi məhkəmələrin əvəzinə ayrıca inzibati və kommersiya məhkəmələri yaradılmış, habelə işlərin məhkəmə aidiyyətinin, yəni ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə, eləcə də məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının yeni qaydaları müəyyən edilmişdir. Ümumilikdə, kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Ümumi məhkəmələr və kommersiya məhkəmələri arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. İddia ərizəsindən və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında mübahisə qeyri-yaşayış sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilməsi ilə bağlıdır. Həmçinin mülki iş üzrə İddiaçı vergi ödəyicisi kimi 30.01.2017-ci il tarixdə qeydiyyatdan keçmiş və onun adına ********** nömrəli VÖEN verilmişdir. Eyni zamanda iddia ərizəsinə əlavə edilmiş 01.06.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı ünvan 2imi hazırkı mülki iş üzrə iddiaçı vergi ödəyicisidir və tərəflər arasında mübahisə sahibkarlıq fəaliyyəti ilə əlaqədar mübahisədir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarından (icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldən) görünür ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Göründüyü kimi, mövcud mübahisə üzrə aidiyyət Bakı Kommersiya Məhkəməsinə aid olduğu halda, mülki prosessual qanunvericiliyin tələbləri pozularaq, iddia ərizəsi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasındakı hazırkı mübahisə kommersiya xarakterli olduğundan hazırki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 31, 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı olan 10000 (on min) manat borcun ödənilməsi və yaşayış sahəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus malların boşaldılaraq, yaşayış sahəsinin sahibinə təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün ərzində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-1747/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-1747/2022
25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver