Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1752/2022 16.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mülkiyyətdən istifadə hüququnu pozan qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda 600 kv.m. həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin inventarlaşdırılması və texniki pasportun tərtib olunması məqsədilə zəruri ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yönəlmiş maneələrin aradan qaldırılması və ölçmə işlərinə müdaxilənin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi iddiaçının mərhum həyat yoldaşı X4 o vaxtki Əzizbəyov rayon X8 İcraiyyə Komitəsinin 1989-cu il tarixli, 11/993 saylı Qərarına əsasən fərdi yaşayış evinin tikilməsi məqsədilə verilmişdir. Həyat yoldaşı həmin torpaq sahəsində ailəsinin yaşaması üçün ev tikmiş, lakin natamam orta təhsilli olduğu üçün zamanında torpaq sahəsinə dair və fərdi yaşayış evinə dair çıxarış almamışdır. Həmin mənzildə keçmiş gəlini - Cavabdeh, övladlari ilə, yəni: iddiaçının nəvələri ilə birlikdə yaşayır. Cavabdeh həmin mənzilə köçürüldükdən sonra iddiaçıya əngəllər yaratmağa başladı. Nəhayət mübahisə halında iddiaçı Ali Məhkəmənin qanuni qüvvəsini almış məhkəmə aktına əsasən bu mənzilə oğlu ilə birlikdə köçürüldü. Bundan sönra o iddiaçıya qarşı daha pis davranmağa başlayaraq, hətta çöl darvazasının açarlarını dəyişdirərək iddiaçını, evə buraxmır. Bununla bağlı aidiyyatı qurumlara müraciət etmişdir, lakin məsələ “bunda” deyil. Həmin mənzilə dair ilkin özəlləşdirmə apararaq iddiaçının mərhum həyat yoldaşının adına çıxarış alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etdikdə bütün hüquqmüəyyənedici səhədləri qəbul edilmişdir. Lakin torpaq sahəsinin və fərdi yaşayış evinin ölçmə işlərini icra etmək üçün Reyestr xidmətinin mühəndislərinə ünvana gəldikdə cavabdeh yenə də maneələr yaradaraq onları həyətyanı sahəyə buraxmır. Beləliklə də torpaq sahəsinə və fərdi yaşayış evinin çıxarışının alınmasına iddiaçı üçün problemlər yaradır. Bu halı DƏRDX-nin 17 may 2018-ci il tarixli bildirişi də təsdiq edir, həmin bildirişdə də qeyd edilir ki, torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradıldığı təqdirdə iddiaçının ərizəsinə yenidən baxılacaqdır. Göründüyü kimi Cavabdeh — iddiaçıya yaratdığı maneələr nəticəsində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Belə ki, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 115 saylı sahədə yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2018-ci il tarixli iddiaçının ərizəsinə baxıldıqdan sonra yuxarıda qeyd edilən səbəblər nəticəsində iddiaçının keçmiş həyat yoldaşına məxsus həyətyanı torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müraciət etməsinə baxmayaraq fərdi yaşayış evinin inventarlaşması və texniki paşportun tərtib olunması məqsədilə Ərazi İdarəsinin əməkdaşları zəruri ölçmə işlərinin aparılması üçün evin yerləşdiyi ünvana gəlmişlər. Lakin həmin evdə hal-hazirda faktiki yaşayan iddiaçının oğlunun keçmiş həyət yoldaşı Cavabdeh müxtəlif hədə-qorxu və təhdidlərlə iddiaçını və Ərazi İdarəsinin əməkdaşlarını evə buraxmamışdır. Bu səbabdən də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınməz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən müayinəyə şərait yarıdılmaması əsas gətirilməklə 17 may 2018-ci il tarixdə iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur və onun mülkiyyət hüquqlarını kobud şəkildə pozmaqla mülkiyyətə dair sahiblik, istifadə və sərəncam vermək hüququnu məhdudlaşdırır. Bu səbəbdən də cavabdehin hərəkətləri qanunsuz hesab edilməli və cavabdeh tərəfindən fərdi yaşayış evinin inventarlaşması və texniki pasportun tərtib olunması məqsədilə zəruri ölçmə işlərinin aparılmasına yönəlmiş maneələri aradan qaldırılmaqla ölçmə işlərinə müdaxilə cavabdehə qadağan edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndələri tərəfindən plan ölçü sənədlərinin hazırlanması üçün gəlmələrinə etiraz etmir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilərək, ünvan 1 ünvanda 600 kv.m. həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin inventarlaşdırılması və texniki pasportun tərtib olunması məqsədilə zəruri ölçmə işlərinin aparılması üçün Cavabdeh tərəfindən hər hansı maneələrə və müdaxiləyə qadağan qoyulması barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1. maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5. maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin huquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. İş materiallarına əlavə edilmiş Əzizbəyov rayon X7 11/993 nömrəli 7 iyul 1989-cu il tarixli qərarına əsasən 5 nəfər ailə üzvü olan (özü, arvadı, üç uşağı) X4 Mərdəkan qəbəsində 115 saylı 600 kv.m.olan torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş, V-7-112 saylı xx.xx.2018-ci il tarixli Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X9 əsasən Əzizbəyov rayon X13 İcraiyyə Komitəsinin 1989-cu il tarixli, 11/993 nömrəli X1 adınadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respubikası Xəzər rayon Qeydiyyat Şöbəsinin AZ- №569862 saylı 942 nömrə ilə qeyd edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə kəskin ürək çatışmamazlığından vəfat etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli 102 saylı Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsiniin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış məktubdan müəyyən olunur ki, X2 xx.xx.2012-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin xx.xx.2016-cı il tarixli ərizəsi əsasında mərhumun vərəsəsinin (arvadı) İddiaçı olması barədə məlumat verilir və ünvan 4 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinə aid çıxarış verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş, Bakı şəhəri Xəzər rayonunun İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən müəyyən edilir ki, İddiaçı Əzizbəyov rayon XDS İK-nın 11/993 saylı xx.xx.1989-cu il tarixli qərarı ilə Mərdəkan qəsəbəsində fərdi ev tikmək üçün mərhum X4 ayrılmış 115 saylı torpaq sahəsinin cizgisinin və xəritədən çıxarışının verilməsi barədə İcra Hakimiyyətinə müraciət etmiş, müraciətə əsasən torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanaraq İddiaçı göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbayacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakn Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********51 saylı xx.xx.2018-ci il tarixli bildiriş (məktub)dan müəyyən edilir ki, İddiaçı tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qızıbəsi, 115 saylı sahədə yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi və daşınmaz əmlaka ünvan verilməsi xahiş edilmiş və bununla bağlı idarə tərəfindən İddiaçı bildirilmişdir ki, torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradıldığı təqdirdə ərizəsinə yenidən baxılacaq, hazırda isə ərizəsinin icrasından imtina edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı yoldaşı X4 1989-cu il tarixdə Mərdəkan qəsəbəsində 115 saylı 600 kv.m torpaq sahəsi ayrılmış, M.Vəlibəyov 2012-ci ildə vəfat etmiş, bundan sonra sonuncunun həyat yoldaşı İddiaçı vərəsəliyi qəbul etmək üçün notariat kontoruna müraciət etmiş, daha sonra həmin sahəyə dair çıxarışın alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, sonuncu isə torpaq sahəsinə dair çöl ölçmə sxeminin tərtib edilməsi üçün mütəxəssislərə şərait yaradıldığı təqdirdə İddiaçı ərizəsinə baxılacağını bildirərək, imtina etmiş, bu səbəbdən İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən çöl ölçmə işlərinin aparılmasına maneələrin edilməsinə qadağa qoyulmasını xahiş etmiş, məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul edərək təmin edilməsinə etiraz etməməsini bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, bütün yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunaraq, ünvan 1 ünvanda 600 kv.m. həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin inventarlaşdırılması və texniki pasportun tərtib olunması məqsədilə zəruri ölçmə işlərinin aparılması üçün Cavabdeh tərəfindən hər hansı maneələrə və müdaxiləyə qadağa qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanda 600 kv.m. həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin inventarlaşdırılması və texniki pasportun tərtib olunması məqsədilə zəruri ölçmə işlərinin aparılması üçün Cavabdeh tərəfindən hər hansı maneə və müdaxilə edilməsinə qadağan qoyulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Hakim: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-1752/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1752/2022
16.06.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver