Məhkəmə qərarları › İş №e-2(003)-1759/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1759/2022

13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1759/2022 13.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı BOKT «X1» MMC-nin cavabdehlər Cavabdeh1 ve Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT «X1» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Borclularla BOKT “X1” MMC arasında bağlanmış L-BK-0049685-F saylı Kredit və BK-00026485saylı Zaminlik müqavilələrinə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1375,18 (bir min üç yüz yetmiş beş manat 18 qəpik) manat məbləğində əsas məbləğ üzrə borcu, 11,73 (on bir manat 73 qəpik) manat faiz borcu olmaqla cəmi 1386,91 (bir min üç yüz səksən altı manat 91 qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 34 manat dövlət rüsumunun tutularaq BOKT «X1» MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq Cavabdeh1ilə BOKT “X1” MMC-nin Bakı Filialı (bundan sonra təşkilat) arasında xx.xx.2019-cu il tarixli, L- BK-0049685-F saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2 və 1.3-cü bəndlərinə əsasən, borcluya 60 ay (12 ay möhlətlə) müddətinə, illik 1% olmaqla 1442,70 (bir min dörd yüz qırx iki manat 70 qəpik) manat məbləğində güzəştli kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh2 ilə BK-00026485 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 67,52 (altmış yeddi manat 52 qəpik) manat, faiz borcu üzrə 18,48 (on səkkiz manat 48 qəpik) manat olmaqla cəmi 86,00 (səksən altı manat 00 qəpik) manat məbləğində pul ödənilmişdir. Hal hazırda cavabdehin təşkilata 1375,18 (bir min üç yüz yetmiş beş manat 18 qəpik) manat məbləğində əsas məbləğ üzrə borcu, 11,73 (on bir manat 73 qəpik) manat faiz borcu olmaqla cəmi 1386,91 (bir min üç yüz səksən altı manat 91 qəpik) manat məbləğində kredit borcu var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdehlər tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq xx.xx.2019-cu il tarixli, L-BK-0049685-F saylı Kredit müqaviləsindən görünür ki, həmin müqavilə borc verən BOKT «X1» MMC ilə borcalan Cavabdeh1 arasında borcalana 60 ay (12 ay möhlətlə) müddətinə, illik 1% olmaqla 1442,70 (bir min dörd yüz qırx iki manat 70 qəpik) manat məbləğində güzəştli kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, "xxxx" ASC borclu Cavabdeh1 və Cavabdeh2nı borc barədə xəbərdar etmişdir. İş materiallarında olan BOKT «X1» MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BK-00026485 nömrəli zaminlik müqaviləsindən görünür ki, BOKT «X1» MMC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında yaranmış öhdəliklərinin icrası ilə bağlı bank qarşısında borclu ilə birgə öhdəlik götürmüşlər. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə BOKT «X1» MMC-yə 1375,18 (bir min üç yüz yetmiş beş manat 18 qəpik) manat məbləğində əsas məbləğ üzrə borcu, 11,73 (on bir manat 73 qəpik) manat faiz borcu olmaqla cəmi 1386,91 (bir min üç yüz səksən altı manat 91 qəpik) manat məbləğində borcu vardır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Eyni zamanda zaminlik müqaviləsinə əsasən, zamin qeyd edilən müqavilə üzrə borcalan tərəfindən öhdəliklərin icrasının pozulacağı təqdirdə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımaqları öhdələrinə götürmüşlər. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739, 470 və 472-ci maddələrinin göstərişinə əsaslanaraq, məhkəmə hesab edir ki, həmin pul cavabdehlərdən birgə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 34 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1375,18 (bir min üç yüz yetmiş beş manat 18 qəpik) manat məbləğində əsas məbləğ üzrə borcu, 11,73 (on bir manat 73 qəpik) manat faiz borcu olmaqla cəmi 1386,91 (bir min üç yüz səksən altı manat 91 qəpik) manat məbləğində borcun və 34 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı BOKT «X1» MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1375,18 (bir min üç yüz yetmiş beş manat 18 qəpik) manat məbləğində əsas məbləğ üzrə borcu, 11,73 (on bir manat 73 qəpik) manat faiz borcu olmaqla cəmi 1386,91 (bir min üç yüz səksən altı manat 91 qəpik) manat məbləğində borcun və 34 manat tutularaq iddiaçı BOKT «X1» MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar