Məhkəmə qərarları › İş №e-2(003)-176/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-176/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-176/2025 09.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi Nümayəndə2, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2021-ci il tarixli 2021/00939 saylı Kredit müqaviləsi üzrə 121622.27 (bir yüz iyirmi bir min altı yüz iyirmi iki.27) manat (əsas borcu- 47398.69 (qırx yeddi min üç yüz doxsan səkkiz.69) manat, faiz borcu- 38323.58 (otuz səkkiz min üç yüz iyirmi üç.58) manat, dəbbə-35900 (otuz beş min doqquz yüz) manat) məbləğinin tutularaq İddiaçı MMC–yə ödənilməsi;- Tələbin Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Nüsrət Məmmədov küçəsində yerləşən 7A saylı fərdi yaşayış evi (torpaq sahəsi 0.06846 ha) yönəldilməsi;- Göstərilən daşınmaz əmlakın açıq hərracdan satılması, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına İddiaçı MMC-yə 121622.27 (bir yüz iyirmi bir min altı yüz iyirmi iki.27) manat məbləğində borcun, vəkilin göstərdiyi hüquqi yardıma görə 690 (altı yüz doxsan) manat xidmət haqqı, bildirişin qeydə alınması ilə əlaqədar 51 (əlli bir) manat və 413 (dörd yüz on üç) manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixində 2021/00939 saylı Kredit müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixli 2021/00939 saylı Kredit müqaviləsinə əsasən, Cavabdeh1 illik 32% (otuz iki) faiz hesablanmaq şərti ilə, 36 (otuz altı) ay müddətinə 50 000 (əlli min) manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli 2021/00939 saylı Kredit müqaviləsinin təminatı kimi xx.xx.2021-ci il tarixində 2021/00939-İP saylı İpoteka müqaviləsi bağlanaraq, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Nüsrət Məmmədov küçəsində yerləşən 7A saylı fərdi yaşayış evi (torpaq sahəsi 0.06846 ha) ipoteka ilə yüklü edilmişdir (yüklü edilən əmlakın reyestr nömrəsi**********73-10301, qeydiyyat nömrəsi- **********, qeydiyyat tarixi-xx.xx.2021-ci il). "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli arayışına əsasən, xx.xx.2021-ci il tarixli 2021/00939 saylı Kredit müqaviləsi üzrə Cavabdeh1 əsas borcu- 47398.69 (qırx yeddi min üç yüz doxsan səkkiz.69) manat, faiz borcu-38323.58 (otuz səkkiz min üç yüz iyirmi üç.58) manat, dəbbə-35900 (otuz beş min doqquz yüz) manat, ümumilikdə 121622.27 (bir yüz iyirmi bir min altı yüz iyirmi iki.27) manat təşkil edir. Lakin Cavabdeh1 tərəfindən xx.xx.2021-ci il tarixli 2021/00939 saylı Kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilmir. Daha sonra iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 kreditin əsas borcu üzrə 47398.69 manat məbləğində əsas, ona hesablanmış 41576.05 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 35900 manat məbləğində dəbbə pulu, gecikdirilmiş vaxt üçün AR Mərkəzi Bankın uçot dərəcəsi üzrə (7.5%) 1579.20 manat, cəmi 126453.94 manat borcun tutulması, vəkilin göstərdiyi hüquqi yardıma görə 690 (altı yüz doxsan) dövlət rüsumu kimi ödənilmiş 416.07 (dörd yüz on altı manat yeddi qəpik) manat məbləğində pulun tutulması, tələbin Cavabdeh2 Dınyar oğlu tərəfindən ipoteka ilə yüklu edilmiş Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Nüsrət Məmr ədov küçəsində yer əşən 7A saylı fərdi yaşayış evi (torpaq sahəsi 0.06846 ha) yönəldilməsi, daşınmaz əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına qeyd edilən borcun iddiaçı “KƏPƏZ BOKT MMC-nə ödənilməsinə daır qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etmədi və iddianın rədd edilməsini xahiş etdi Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş sənədlər "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixində 2021/00939 №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 32% hesablanmaq şərti ilə 50000,0 manat məbləğində krеdit vеrilmişdir. xx.xx.2021-ci il tarixli 2021/00939 saylı Kredit müqaviləsinin təminatı kimi xx.xx.2021ci il tarixində 2021/00939-İP saylı İpoteka müqaviləsi bağlanaraq, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Nüsrət Məmmədov küçəsində yerləşən 7A saylı fərdi yaşayış evi (torpaq sahəsi 0.06846 ha) ipoteka ilə yüklü edilmişdir (yüklü edilən əmlakın reyestr nömrəsi **********73-10301, qeydiyyat nömrəsi- **********, qeydiyyat tarixi-xx.xx.2021-ci il) ipoteka predmeti kimi "xxxx" BOKTMMC-yə təqdim etmiş. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Nüsrət Məmmədov küçəsində yerləşən 7A saylı fərdi yaşayış evi (torpaq sahəsi 0.06846 ha) «KƏPƏZ” BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. "xxxx" BOKT MMC tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı ərazi İdarəsinə ünvanlanmış bildirişdən görünür ki, borcalan Cavabdeh1 “X2 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli 939/2021 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xəzər ray., Şağan qəs., Nüsrət Məmmədov küçəsində 7A (Reyestr nömrəsi **********73-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat turıxi xx.xx.2017) ipoteka qoyulmuş və ipoteka predmeti müvafiq qaydada yüklülüyə dair dövlət qeydiyyatından keçirilmişdir. Lakin, Cavabdeh1 xx.xx.2021-ci il tarixli 939/2021 nömrəli kredit müqaviləsi üzrə olan öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, ipoteka predmetinə tutmanın yonəldilməsi haqqında bildirişi qeydə alınması xahiş edilmişdir. borc haqqında arayışdan görünür ki, xx.xx.2021-ci il tarixli 2021/00939 saylı Kredit müqaviləsi üzrə Cavabdeh1 47398.69 (qırx yeddi min üç yüz doqsan səkkiz manat altmış doqquz qəpik) manat məbləğində əsas, ona hesablanmış 41188.57 (qırx bir min yüz səksən səkkiz manat əlli yeddi qəpik) manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 35900 (otuz beş min doqquz yüz) manat məbləğində dəbbə pulu, gecikdirilmiş vaxt üçün AR Mərkəzi Bankın uçot dərəcəsi üzrə (7%) 1579.20 (bir min beş yüz yetmiş doqquz manat iyirmi qəpik) manat, cəmi 126066.46 (yüz iyirmi altı min altmış altı manat qırx altı qəpik) manat borcu vardır. "xxxx" BOKT MMC tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh2 və Cavabdeh1n ünvanlanmış bildirişin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli 939/2021 saylı kredit müqaviləsinə əsasən Sizə Kəpəz BOKT MMC tərəfindən şəxsi məqsədlər üçün illik 32 faiz olmaqla 36 ay müddətinə 50000 manat məbləğində məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xəzər ray., Şağan qəs., Nüsrət Məmmədov küçəsində 7A ünvanında yerləşən 0.06846 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 223.0 kv.m ümumi, 107.30 kv.m yaşayış, 115.7 kv.m. köməkçi sahəsindən ibarət $ otaqlı fərdi yaşayış evi, (çıxarış: Seriya RX Ne 1194496, Dövlət Reyestrində 404 nömrəli reyestr kitabının 37895 nömrəli vərəqində qeydiyyata alınıb, reyestr nömrəsi **********73-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017) ipoteka predmeti kimi BOKT-a təqdim edilmiş və bu barədə xx.xx.2021 tarixli 939/2021-İP nömrəli İpoteka müqaviləsi bağlanmışdır. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlərin ödənişi Sizin tərəfinizdən pozulmuşdur. xx.xx.2024 il tarixinə kredit üzrə ümumi 121622,27 manat məbləğində (47398,69 manat əsas borc, 38323,58 manat faiz borc və 35900 manat dəbbə pulu) borc yaranmışdır. Kredit məbləği və ona hesablanmış faizlərin bu günə kimi ödənilməməsi Sizin müqavilə ilə öz üzərinizə götürdüyünüz öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikasının İpoteka haqqında Qanunun 34.1.1-ci maddəsinə müvafiq olaraq əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 (doxsan) təqvim günü və daha çox müddətə gecikdirilməsi İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş olduğundan İpoteka haqqında Qanunun 36.1-ci maddəsinə əsasən bu bildiriş poçta təqdim edildiyi gündən 5 (beş) təqvim günü keçdikdən sonra sizə təqdim olunmuş sayılacaqdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, sözü gedən kredit öhdəliyi qısa zamanda icra edilmədiyi halda bu bildiriş sizə göndərildiyi gündən 5 (beş) gün sonra ipoteka predmetinə qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qaydasında və ya notarlusun icra qeydi əsasında tutma yönaldilməsi prosesinə başlanılacaqdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərardadı ilə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının 9/8461 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, xx.xx.2021-ci il tarixində 2021/00939 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq alınmaqla Cavabdeh2 Diyar oğlunun 06 iyun 2024-cü il tarixə (sual üzrə tarixə) "xxxx" MMC olan borcu 83.245.29 manat məbləğində müəyyən edilir, o cümlədən: Əsas borc üzrə 47.466.27 manat, - faiz borcu üzrə 35.779.02 manat. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərardadı ilə təyin edilmiş "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhər, Xəzər rayonu, Şağan qəsəbəsi Nüsrət Məmmədov küçəsi 7 A ünvanında yerləşən ümumi 0.06846 ha torpaq sahəsi və onun üzərində yerləşən 223 kv.m sahədən ibarət fərdi yaşayış evinin xx.xx.2025-ci il vəziyyətinə bazar dəyəri 294.583.0 (iki yüz doxsan dörd min beş yüz səksən üç ) manat, likvid dəyəri 250.396.0 (iki yüz əlli min üç yüz doxsan altı ) manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 416,07 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 442-ci maddəsinə əsasən,öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən,əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.7-ci maddəsinə əsasə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və əsas verən Qanunda nəzərdə tutulmuş digər hallar nəzərdə tutulmuşdur. 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1- ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. “Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmənin mövqeyi Məhkəmə, cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış istehlak kredit müqaviləsi əsasında kredit təşkilatından kredit alaraq üzərinə həmin müqavilələr üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. Həmçinin, krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Nüsrət Məmmədov küçəsində yerləşən 7A saylı fərdi yaşayış evi (torpaq sahəsi 0.06846 ha) ipoteka ilə yüklü etmişdir. Verilmiş kreditlərin qaytarılmasının təminatı kimi bank və cavabdeh arasında ipoteka müqaviləsi bağlanılmışdır. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşlar. Cavabdeh bu kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən faiz borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq və məhkəmə əmtəəşunaslıq ekspertizasının 9/8461 saylı xx.xx.2024-cü il saylı ekspert rəyindən görünür ki, xx.xx.2021ci il tarixində 2021/00939 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq alınmaqla Cavabdeh2 Diyar oğlunun 06 iyun 2024-cü il tarixə (sual üzrə tarixə) "xxxx" MMC olan borcu faiz borcu üzrə 35.779.02 manat təşkil edir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia qismən təmin edilərək, cavabdehdən xx.xx.2021-ci il tarixində 2021/00939 saylı kredit müqaviləsi üzrə 06 iyun 2024-cü il tarixə yaranmış 35779,02 manat faiz borcu cavabdehdən tutulmalıdır. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi 9/8461 saylı xx.xx.2024-cü il rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Məhkəmə iddianın cərimənin tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. İşin hallarını nəzərə alaraq, kredit müqaviləsi üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 35900,0 manat məbləğində deyil, 3500,0 manat manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, 3500,0 manat məbləğində cərimə borcu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Həmçinin iddianın gecikdirilmiş vaxt üçün AR Mərkəzi Bankın uçot dərəcəsi üzrə (7.5%) 1579.20 manat tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Bundan başqa iddianın vəkilin göstərdiyi hüquqi yardıma görə 690,0 manat tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilən qanunvericilik akt normalarına əsasən hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia qeyd edilən hissələrdə təmin edilməli, 47398.69 manat məbləğində əsas, ona hesablanmış 35779,02 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3500,0 manat məbləğində dəbbə pulu, gecikdirilmiş vaxt üçün AR Mərkəzi Bankın uçot dərəcəsi üzrə (7.5%) 1579.20 manat məbləğində pul Cavabdeh1 alınaraq "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilməlidir. Məhkəmə həmçinin iddianın 416,07 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaklar yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan əmlakın qiymətləndirilməsi ekspertizasının həvalə olunduğu "xxxx" MMC-nin mütəxəssis rəyindən görünür ki, Bakı şəhər, Xəzər rayonu, Şağan qəsəbəsi Nüsrət Məmmədov küçəsi 7 A ünvanında yerləşən ümumi 0.06846 ha torpaq sahəsi və onun üzərində yerləşən 223 kv.m sahədən ibarət fərdi yaşayış evinin xx.xx.2025-ci il vəziyyətinə likvid dəyəri 250396,0 (iki yüz əlli min üç yüz doxsan altı ) manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə ekspert rəyini MPM-nin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Belə olan halda məhkəmə tərəflər arasında mənzilin ilkin satış qiyməti barədə razılıq olmamasını, qiymətləndirmə aparmış "xxxx" MMC-nin qiymətləndirmə sahəsində xüsusi biliyi olduğunu nəzərə alaraq, onun tərəfindən aparılmış qiymətləndirməni Bakı şəhər, Xəzər rayonu, Şağan qəsəbəsi Nüsrət Məmmədov küçəsi 7 A evinin ilkin satış qiyməti olaraq qəbul edilməsini mümkün hesab edir. Bu baxımdan ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməli olduğundan və yaşayış sahəsinin likvid dəyəri 250396,0 manat olduğundan mübahisəli yaşayış sahəsinin ilkin satış qiyməti 250396,0 manat müəyyən edilməklə açıq hərracdan satılmalı, satışdan əldə olunan pul vəsaiti "xxxx" BOKT MMC-yə olan borcun qaytarılmasına ödənilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “qeyd olunan əmlaka tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması Cavabdeh2 və Cavabdeh1 və orada yaşayan şəxsin əşyaları ilə birlikdə çıxardılması hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən daşınmaz əmlak(lar) ipoteka müqavilə(lər)si üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki ünvan 4 tutma yönəldildikdən və o satıldıqdan 1 ay ərzində Cavabdeh2 və Cavabdeh1 və digər şəxslər həmin əmlakdan əşyaları ilə birlikdə çıxarılmalı və ev boşaldılmalıdır. İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişlərdən aydın olur ki, ekspertiza tədqiqatlarının dəyəri 500,0 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 600,0 manat məbləğində pul vəsaitinin 300,0 manatı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən ödənilmiş, qalan 300,0 manatı Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq "xxxx" MMC, VÖEN **********, Bankın kodu 50500, müxbir hesab AZ10NABZ**********000005644, hesab nömrəsi AZ85ACAB******************** hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iş üzrə keçirilmiş mühasibatlıq-ekspertiza tədqiqatının dəyərinin 100,0 manat məbləğində pul vəsaitin 50,0 manatı iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-dən, qalan 50,0 manatı Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 47398.69 manat məbləğində əsas, 35779,02 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3500,0 manat məbləğində dəbbə pulu, gecikdirilmiş vaxt üçün AR Mərkəzi Bankın uçot dərəcəsi üzrə (7.5%) 1579.20 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə 690,0 manat və 416,07 manat məbləğində dövlət olmaqla, cəmi 89362,98 (səksən doqquz min üç yüz altmış iki manat, doxsan səkkiz qəpik) Cavabdeh1 alınaraq "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilsin. Tələb Cavabdeh2 mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən mənzilə yönəldilsin. Bakı şəhər, Xəzər rayonu, Şağan qəsəbəsi Nüsrət Məmmədov küçəsi 7 A ünvanda yerləşən mənzilin ilkin satış qiyməti 250396,0 (iki yüz əlli min üç yüz doxsan altı) manat məbləğində olmaqla açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 89362,98 (səksən doqquz min üç yüz altmış iki manat, doxsan səkkiz qəpik) manat məbləğində kredit borcu "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilsin. Bakı şəhər, Xəzər rayonu, Şağan qəsəbəsi Nüsrət Məmmədov küçəsi 7 A ünvanda yerləşən evinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evi boşaldılmaqla Cavabdeh2 və digər şəxslər fərdi yaşayış evindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərinin qalan hissəsi olaraq 300,0 manatı Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq "xxxx" MMC, VÖEN **********, Bankın kodu 50500, müxbir hesab AZ10NABZ**********000005644, hesab nömrəsi AZ85ACAB******************** hesabına ödənilsin. Ekspertiza xərci kimi 100,0 (yüz) manat pulun 100,0 manat məbləğində pul vəsaitin 50,0 manatı iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-dən, qalan 50,0 manatı Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar