Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1770/2025 27.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11853,38 manat əsas, və borclu X5nun vəfat etdiyi tarixə qədər 0,02 manat faiz borcu olmaqla, cəmi 11853,4 manat borcun və 125,56 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edərək, göstərdi ki, X5 ilə bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 19,9% ödəmək şərtilə 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürmüşdür. X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Cavabdeh adına vərəsəlik işi açılmışdır. Cavabdeh X5nun xx.xx.2025-ci il tarixə 12056,66 manat əsas və vəfat etdiyi tarixə qədər 0,02 manat faiz borcu olmaqla, cəmi 11853,4 manat borcu yaranmışdır. Cavabdeh miras qoyan X5nun "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq borcun qaytarılmasını təmin etməmişdir. Cavabdehin hansı mirası qəbul etdiyini bilmir. İddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh göstərdi ki, həyat yoldaşı X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Sığortadan 6000 manat pul almışdır. Yaşadıqları ev qaynatasının adına olmuşdur. Qaynatası Məhəmməd təxminən 20 ildir ki, vəfat etmişdir. İddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, CL-EE000215229 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" ASC tərəfindən X4 60 ay müddətində illik 19,9 faiz ödəmək şərtilə 15000 manat məbləğində kreditin verilməsi haqqında bağlanmışdır. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 367898 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarına daxil olan xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X5nun vərəsəsi Cavabdeh "xxxx" ASCnin xx.xx.2024-cü il tarixli PHS-**********9 nömrəli məktubuna əsasən ödəniləcək sığorta ödənişi 6000 AZN-dən tam hissədə pay almalıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X5nun vərəsəsi Yevraimova X1 idarəsinin xx.xx.2024-cü il tarixli, 14-2-11/2-206/2024 nömrəli məktubuna əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqəsinə əsasən 14 təqvim günündən sonrakı dövr üzrə DSMF tərəfindən ödənilməli olan məbləğ 326,76 manatdan tam hissədə pay almalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cu il tarixli, 2(102)-900/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə uyğun olaraq, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Beynəlxalq Bankı” ASC ilə X5 arasında kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən X4 60 ay müddətinə illik 19,9% ödəmək şərtilə 15000 manat məbləğində kredit verilmişdir. X5 xx.xx.2023-cü il tarixdə vəfat etdiyi üçün öhdəliklərini yerinə yetirməmişdir. Onun iddiaçı qarşısında icra edilməmiş 11853,38 manat əsas, və vəfat etdiyi tarixə 0,02 manat faiz borcu olmaqla cəmi 11853,4 manat borc öhdəliyi yaranmışdır. Cavabdeh adına 5 saylı “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. Cavabdeh X5nun vərəsəsi olaraq ümumilikdə 6326,76 manat miras qəul etdiyini göstərsə də, başqa miras qəbul etmədiyi barədə sübut təqdim etməmişdir. Bununla da Cavabdeh X5nun vərəsəsi olaraq qəbul etdiyi mirasın X5nun kredit borcundan az olmasını sübut edə bilməmişdir. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 11853,38 manat əsas və X5nun vəfat etdiyi tarixə 0,02 manat faiz borcu olmaqla cəmi 11853,4 manat məbləğində borc tutulmalıdır. İş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 125,56 manat məbləğində dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 125,56 manat məbləğində dövlət rüsumu və 0,4 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 11853,38 manat əsas və X5nun vəfat etdiyi tarixə qədər 0,02 manat faiz borcu olmaqla, cəmi 11853,40 manat (on bir min səkkiz yüz əlli üç manat qırx qəpik) borcun və 125,56 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-1770/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1770/2025
27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver