Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-178/2022 19.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı "xxxx" X2 nümayəndəsi X1, cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti "xxxx" X2 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti "xxxx" X6 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 03.08.2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Mərdəkan yolunda idarə etdiyi “ZİL MMZ 4502 YÜK” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "xxxx" X4 məxsus 1 ədəd H-12 “Mitai” tipli işıq dirəyini vuraraq sıradan çıxarmış və nəticədə müəssisəyə 4158 (dörd min yüz əlli səkkiz) manat dəyərində maddi ziyan yetirmişdir. Hadisə yerinə gəlmiş Xəzər rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən 03.08.2020-ci il tarixli, TP ******* saylı X10 haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-VB- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Qeyd edir ki, yol nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh tərəfindən idarə edilən “ZİL MMZ 4502 YÜK” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası olmamışdır. Aşağıda göstərilənlərə əsasən, iddianın qanuni və əsaslı sayaraq hesab edir ki, 03.08.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəyə dəymiş 4158 (dörd min yüz əlli səkkiz) manat məbləğində maddi ziyan Cavabdeh tutularaq "xxxx" X7 ödənilməlidir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün müəssisəmizə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, 03.08.2020-ci il tarixdə avtomobili işıq dirəyinə çırpılmışdır. Hadisə nəticəsində işıq dirəyi əzilmişdir. Hadisə ilə əlaqədar inzibati məsuliyyətə cəlb olunmuş və cərimə cəzası tətbiq olunmuşdur. Lakin iddia tələbində göstərilən məbləğ çoxdur. Hazırda maddi vəziyyəti pisdir. O, iddia tələbində göstərilən məbləği ödəyə bilməyəcəkdir. Buna görə də hesab edir ki, iddia əsassızdır və rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş inzibati tənbeh haqqında 03.08.2020-ci il tarixli, TP ******* saylı qərarın surətindən müəyyən edilir ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Həmin qərar Cavabdeh tərəfində mübahisələndirilməməklə hal-hazırda qüvvədədir. İşin materiallarında olan "xxxx" X6 tərəfindən tərtib edilmiş 04.08.2020-ci il tarixli aktın surətindən görünür ki, 03.08.2020-ci il tarixdə “ZİL MMZ 4502 YÜK” markalı, **-VB- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin "xxxx" X4 məxsus işıq dirəyini vurması nəticəsində dəymiş zərər 4232,5 manat məbləğindədir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “ZİL MMZ 4502 YÜK” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh məxsusdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/7959 saylı, 23.11.2021-ci il tarixli rəyindən görünür ki, "Bakı Şəhər İşığı” X6 tərəfindən tərtib edilmiş 04.08.2020-ci il tarixli Akta əsasən yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş işıq dirəyinə dəyən zərərin məbləği 4232,50 manat müəyyən olunur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06.10.2021-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/7959 saylı, 23.11.2021-ci il tarixli rəyindən də görünür ki, "Bakı Şəhər İşığı” X6 tərəfindən tərtib edilmiş 04.08.2020-ci il tarixli Akta əsasən yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş işıq dirəyinə dəyən zərərin məbləği 4232,50 manat müəyyən olunur. Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək(qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılması onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb(reqres) hüququ vardır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 03.08.2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Mərdəkan yolunda idarə etdiyi “ZİL MMZ 4502 YÜK” markalı, **- VB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "xxxx" X4 məxsus 1 ədəd H-12 “Mitai” tipli işıq dirəyini vuraraq sıradan çıxarmış və nəticədə müəssisəyə maddi ziyan vurmuşdur. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə ekspert tərəfindən tədqiqatıın nəticəsi olaraq hesablanmış 4232,50 manat maddi ziyan iddiaçının tələb etdiyi maddi ziyandan çox hesabladığından və lakin məhkəmə verilmiş tələblər üzrə qətnamə çıxarmalı olduğundan, hesab edir ki, iddia tələb həcmində təmin edilməklə 4158 manat məbləğində vurulmuş maddi ziyan Cavabdeh alınaraq "xxxx" X4 ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğindədir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti də Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4158,0 (dörd min yüz əlli səkkiz) manat məbləğində pul alınaraq "xxxx" X4 ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100,0 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq AZ34CTRE**********0003944 nömrəli hesaba ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-178/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-178/2022
19.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver