Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1785/2024 15.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli FN-00195-01/22A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixinə ödənilməmiş 9522,77 manat əsas borcu, 666,6 manat faiz borcu, 190,79 manat dəbbə borcu olmaqla ümumilikdə 10380,16 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 122 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli FN-00195-01/22A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, "xxxx" ASC 11400 manat krediti illik 20 faizlə 48 ay müddətinə Cavabdeh1 mülkiyyətinə vermiş, Cavabdeh1 isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və ödəniş cədvəlinə uyğun borcunu qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh2 oğlu xx.xx.2022-ci il tarixdə iddiaçıyla FNZ-00195-01/22Asaylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 nun həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlərlə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borca görə 9522,77 manat, faiz borcuna görə 666,6 manat və cəriməyə görə 190,79 manat olmaqla cəmi 10380,16 manat borcu vardır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək onun təmin edilməsinə etiraz etmədi və bildirdi ki, müqavilə üzrə əsas borclu odur. Digər cavabdeh Rasim isə zamindir. Krediti götürən zaman alpinist olaraq işləmişdir. Daha sonra yıxılaraq qəza keçirtmiş, bu səbəbdən işləyə bilmədiyinə görə borcunu qaytara bilməmişdir. Borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli FN-00195-01/22A saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana istehlak məqsədi ilə 48 ay müddətinə, qaytarmaq, illik 20% ödəmək şərti ilə 11400 manat kredit verməyi öhdəsinə götürmüşdür. Borcverən "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli FN-00195-01/22A saylı kredit müqaviləsinə əlavə ödəniş cədvəlindən görünür ki, borcalan müqavilə üzrə ödənişləri xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək cəmi 16651,50 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli FN-00195-01/22A saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə Cavabdeh1 əsas borcu 9522,77 manat, faiz borcu 666,6 manat və cərimə borcu 190,79 manat olmaqla, cəmi borcu 10380,16 manat təşkil edir. Kredit verən "xxxx" ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli FNZ-00195-01/22A saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 borcalan Cavabdeh1 məbləği 11400 manat, müddəti 48 ay olan xx.xx.2022-ci il tarixli FN-00195-01/22A saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri ilə bağlı bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 1.3-cü bəndindən müəyyən olunur ki, borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 təqvim günündən çox gecikdirdikdə 4-cü günündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0,5 faizi məbləğində gündəlik cərimə hesablanır. Zaminlik müqaviləsinin 3.1-ci bəndindən görünür ki, bu müqavilə tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və mövcud müqavilə ilə təmin olunmuş öhdəliklər tam icra olunana qədər qüvvədədir. "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişlərdən müəyyən olunur ki, bank cavabdehlərə kredit müqaviləsi üzrə gecikdirilmiş borcun ödənilməsini tələb etmiş, əks təqdirdə müqavilənin ləğv ediləcəyini və daha sonra məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh xx.xx.2022-ci il tarixli FN-00195-01/22A saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya əsas borca görə 9522,77 manat, faiz borcuna görə 666,6 manat və cəriməyə görə 190,79 manat borcu yaranmışdır. Ona görə də məhkəmə iddia tələbini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borca görə 9522,77 manat, faiz borcuna görə 666,6 manat, cəriməyə görə 190,79 manat və ödənilmiş dövlət rüsumuna görə 122,40 manat olmaqla cəmi 10502,56 (on min beş yüz iki manat, əlli altı qəpik) manat məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-1785/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1785/2024
15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver