Məhkəmə qərarları › İş №e-2(003)-1802/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1802/2022

13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1802/2022 13.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqımüqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 178.8 manat əsas, 26.8 manat cərimə, cəmi 205.6 manat, il tarixli ********* saylımüddətli(nisyə)alqı-satqı müqaviləsinə əsasən, 404 manat əsas 60.6 manat cərimə, cəmi 464.6 manat, ümumilikdə 670.2 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu,aldığı “SAMSUNG” markalımobil telefona və “XİAOMİ” markalı qulaqcığa görə 12 ay ödəniş cədvəli üzrə hər ay 27 manat olmaqla cəmi 313.8 manat, xx.xx.2021-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu,aldığı “LENOVO” markalı noutbuka görə 12 ay ödəniş cədvəli üzrə hər ay 59 manat olmaqla cəmi 701 manat, ümumilikdə hər ikimüqavilə üzrə 1014.8 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2021-ci il tarixlimüqavilə üzrə xx.xx.2021-ci il tarixində 27 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixində 60 manat və hər ikimüqavilə üzrə qalıq qalmış 582.8 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə faizləriəşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olanmüddət üçün ödənilir. Bildiririk ki,cavabdehin gecikdirdiyi günlərin ikimüqavilə üzrə faktiki cərimə borcu 874 manat təşkiledir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı həriki müqavilə üzrə 874 manat təşkil ediyi halda,humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 87.4 manat "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-nə olan borcu xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 178.8 manat əsas, 26.8 manat cərimə, cəmi 205.6 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli(nisyə) alqı-satqımüqaviləsinə əsasən, 404 manat əsas 60.6 manat cərimə, cəmi 464.6 manat, ümumilikdə borcu hər iki müqavilə üzrə 670.2 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında xx.xx.2021ci il tarixdə müddətli (nisyə) alğı satqı müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən “SAMSUNG” markalımobil telefona və “XİAOMİ” markalı qulaqcıq Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 27 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında xx.xx.2021ci il tarixdə müddətli (nisyə) alğı satqı müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən “LENOVO” markalı noutbuk Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 59 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli alqı satqı müqaviləsi üzrə maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 178,8 manat ödənilməmiş borcu və 268 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli alqı satqı müqaviləsi üzrə maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 404 manat ödənilməmiş borcu və 606 manat dəbbə borcu mövcuddur. İş materialları ilə müəyyən edilir ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385.1, 442, 600.1, 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alğı-satqı müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımı qaydada icra etməmiş və onun əsas öhdəliyin icrasının gecikdirilməsi nəticəsində hər iki müqavilə üzrə 26,8 manat və 60,6 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyrimütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 178,8 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 26,8 manat, 404 manat əsas borca münasibətdə 60,6 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə müvafiq olaraq 2 manat və 5 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən dövlət rüsumunun 20 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 10 manat isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 178,8 manat əsas borc, 2 manat cərimə, cəmi 180,8 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə üzrə 404 manat əsas borc, 5 manat cərimə, cəmi 409 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla, cəmi 609,8 (altı yüz doqquz manat, 80 qəpik) manat Cavabdeh alınaraq "xxxx" MMCyə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 10 (on) manatı iddiaçı "xxxx" MMC-yə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-29, 227, 233, 284- 5.3, 152-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 178,8 manat əsas borc, 2 manat cərimə, cəmi 180,8 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə üzrə 404 manat əsas borc, 5 manat cərimə, cəmi 409 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla, cəmi 609,8 (altı yüz doqquz manat, 80 qəpik) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 10 (on) manatı iddiaçı "xxxx" MMC-yə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar