Məhkəmə qərarları › İş №e-2(003)-1841/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1841/2022

06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1841/2022 06.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********* saylı xx.xx.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 104 manat əsas borc, 15,6 manat cərimə, cəmi 119,6 manat, ********* saylı xx.xx.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 869 manat əsas, 130,3 manat cərimə, cəmi 999,3 manat, ********* saylı xx.xx.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 23 manat əsas, 3,4 manat cərimə, cəmi 26,4 manat, ********* saylı xx.xx.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 461 manat əsas, 69,1 manat cərimə, cəmi 530,1 manat ümumilikdə 1675,4 manat məbləğində borc və 36,75 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı 5 ədəd aksesuara görə 6 ay ödəniş cədvəli üzrə hər ay 36 manat olmaqla cəmi 216 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “LG" markalı televizora görə 12 ay ödəniş cədvəli üzrə hər ay 73 manat olmaqla cəmi 869 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı nüqavibsinə əsasən, sonuncu, aldığı “TP-link” markalı modemə görə 6 ay ödəniş cədvəli üzrə hər ay 9 manat olmaqla cəmi 50 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Sony” markalı oyun konsoluna görə 11 ay ödəniş cədvəli üzrə hər ay 66 manat olmaqla cəmi 725 manat, ümumilikdə dörd müqavilə üzrə 1860 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2020-ci il tarixli müqavilə üzrə xx.xx.2020-ci il tarixində 36 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödəniş etməmiş, xx.xx.2020-ci il tarixli müqavilə üzrə xx.xx.2020-ci il tarixində 27 manat, , xx.xx.2020-ci il tarixli müqavilə üzrə xx.xx.2020-ci il tarixində 132 manat, ödəniş etmiş və dörd müqavilə üzrə qalıq qalmış 1457 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin göndərilmiş zərflər rabitə orqanı tərəfindən çatdırılmadan geri qaytarılmışdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbi qismən təmin edilmədir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ********* saylı müqaviləyə əsasən 216 manat məbləğində əşyalar Cavabdeh nisyə satılmış və cavabdeh 6 ay müddətində ödəniş cədvəli üzrə hər ay 36 manat pulu, xx.xx.2020-ci il tarixli ********* saylı müqaviləyə əsasən 869 manat məbləğində “LG” markalı televizor Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 73 manat pulu, xx.xx.2020-ci il tarixli ********* saylı müqaviləyə əsasən 50 manat məbləğində “Tp-link” markalı modem Cavabdeh nisyə satılmış və cavabdeh 6 ay müddətində ödəniş cədvəli üzrə hər ay 9 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 725 manat dəyərində “Sony Playstation 4 Slim” markalı oyun konsolu Cavabdeh nisyə satılmış və cavabdeh 11 ay müddətində hər 66 manatı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, cavabdehin ********* saylı xx.xx.2020-ci il tarixli müqavilə üzrə 104 manat əsas borc, 156 manat cərimə, ********* saylı xx.xx.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 869 manat əsas, 1303 manat cərimə, ********* saylı xx.xx.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 23 manat əsas, 34 manat cərimə, ********* saylı xx.xx.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 461 manat əsas, 691 manat cərimə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tədqiq edilmiş iş materiallar ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alğısatqı müqavilələri üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmiş və onun iddiaçı qarşısın qaytarılmamış pul öhdəliyi qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alğı-satqı müqavilələrinin şərtlərinin icrasını, yəni ödənilməmiş əsas məbləğlərin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 104 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 15,6 manat cərimə pulunun tutulması, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 869 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 130,3 manat cərimə pulunun tutulması, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 23 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 3,4 manat cərimə pulunun tutulması, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 461 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 69,1 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 5 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 40 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 20 manat cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsaəsn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 104 manat borc, 5 manat cərimə, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 869 manat, 40 manat cərimə, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 23 manat borc, 1 manat cərimə, ********* saylı xx.xx.2020-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 461 manat borc, 20 manat cərimə olmaqla ümumilikdə 1523 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 36,75 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 104 manat borc, 5 manat cərimə, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 869 manat, 40 manat cərimə, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 23 manat borc, 1 manat cərimə, ********* saylı xx.xx.2020-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 461 manat borc, 20 manat cərimə olmaqla ümumilikdə 1523 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 36,75 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar