Məhkəmə qərarları › İş №e-2(003)-1857/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1857/2024

24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1857/2024 24.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı “X4” Bakı filalının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “X4” Bakı filalının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 Bakı filialı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1Yusif oğlu və Cavabdeh2 4100,53 manat (Bundan 3.912,70 manat vaxtı keçmiş borcu 187,83 manat faiz borcu təşkil edir) məbləğində xx-xx-2024-cü il tarixinə olan kredit borcunun və ödənilmiş 61.00 manat dövlət rüsumunun tutularaq «X4» Bakı filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «X4» Bakı filialı ilə Cavabdeh1Yusif oğlu arasında imzalanmış «24» Sentyabr 2022- ci il tarixli 902 №li kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 14% ödəmək şərti ilə 36 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Həmən tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X4» Bakı filialı iləCavabdeh2arasında 1014 № saylı zaminlik müqavilələrii imzalanmışdır. Kredit müqaviləsinin 4.1 – ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 170,89 manat ödəməli idi. Bu müqavilənin 2.2 - ci bəndinə görə «Borcalan» tərəfindən «Kredit müqaviləsi» nin hər hansı bir şərti pozulduqda « Bank » verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan»«13» Mart 2024- cü il tarixə «Bank» a kredit b orcu üzrə - 3076,02 manat ödəniş yerinə yetirməli idi. Lakin «13» Mart 2024-ci il tarixə kimi «Borcalan» tərəfindən «Banka»a 1.800,0 ödəniş həyata keçirilmişdir. Tərəfimizdən borcalana kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1 bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, «Borcalan» «Banka»a illik 24% ödəməlidir. «13» Mart 2024-ci il tarixə cavabdehin «Bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə 4.100,53 manat təşkil edir. Bundan 3.912,70 manat vaxtı kecmiş kredit borcu 187,83 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə y,etirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. Cavabdeh1Yusif oğlu ilə bağlanmış «24» Sentyabr 2022- ci il tarixli 902 №li kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh2 arasında 1014 № saylı zaminlik müqavilələri imzalanmışdır. Daha sonra iddiaçı “X4” Bakı filalının nümayəndəsi X2 iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixli 902 saylı kredit müqaviləsinin ləğv edilməsini, Cavabdeh1Yusif oğlu və Cavabdeh2 4100,53 manat kredit borcunun və ödənilmiş 61.00 manat dövlət rüsumunun tutularaq «X4» Bakı filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 902 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh1 ilə «X4» Bakı filialı arasında 36 ay müddətinə, illik 14% olmaqla 5000 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 1014 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 «X4» Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 902 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan kassa məxaric orderindən görünür ki, 5000 manat Cavabdeh1 ödənilmişdir. İş materiallarında olan bildirişlərdən görünür ki, borclular kredit müqaviləsi üzrə borc barədə xəbərdar edilmişlər. İş materiallarında olan Cavabdeh2nun və Cavabdeh1 məhkəməyə ünvanladıqları ərizlərdən görünür ki, tərəflər borcun olmasını etiraf etmişlər və iddianın təmin edilməsinə etiraz etməmişlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 2024-248 saylı maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə cavabdehin banka olan borcu 3912,70 manat əsas, 187,83 manat faiz borcu olmaqla ümumilikdə 4100,53 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Belə ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələb üzrə əsas və faiz borcunun əsaslı olduğunu təsdiq edir. Eyni zamanda kreditalan və zamin məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etməklə borcu etiraf etmişlər. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739 və 472-ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı «X4» Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 902 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan 3912,70 manat, faiz borcu 187,83 manat borcu olmaqla, cəmi 4100,53 manat məbləğində borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq «X4» Bakı filialının hesabına ödənilməlidir. İddiaçının iddia tələbinin “X4” Bakı filalı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 902 saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı kredit müqaviləsinin və razılaşmaların vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməklə, tərəflər arasında bağlanılmış müqavilə ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, «X4» Bakı filialı tərəfindən 61,00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 61,00 manat dövlət rüsumu onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3912,70 manat, faiz borcu 187,83 manat borcu olmaqla, cəmi 4100,53 manat kredit borcu və ödənilmiş 61,00 manat dövlət rüsumu olmaqla, cəmi 4161,53 manat məbləğində pul müştərək qaydada tutularaq iddiaçı “X4” Bakı filalının xeyrinə tutulsun. “X4” Bakı filalı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 902 saylı kredit müqaviləsi ləğv edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar