Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1871/2022 28.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli 302524-1-34896 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 800.71 manat əsas, 70.49 manat faiz, 47.1 manat məbləğində cərimə, ümumilikdə isə 7681.16 manat, həmçinin tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 302534-1-36448 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixinə 6391.29 manat əsas, 559.49 faiz, 362.4 manat cərimə, cəmi 7313.17 manat və ödənilmiş 93.53 manat dövlət rüsumunun alınaraq Bank VTB (Azərbaycan)» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 302534-1-34896 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh illik 22 faiz hesablanması şərti ilə 48 ay müddətinə 1000 manat məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli 302534-1-36448 saylı “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləmi bağlanılmış və illik 21 faiz hesablanması şərti ilə 48 ay müddətinə 7700 manat məbləğində kredit (müqavilənin 3.9-cu bəndinə əsasən kredit alanın “cari hesabın’dan “kart hesabı”na köçürülməklə) ona verilmişdir. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi icra etməmiş və nəticədə cavabdehin Bankaxx.xx.2020-ci il tarixli 302534-1-34896 saylı “Nağd pul krediti müqaviləsi” üzrə ümumilikdə 918,30 manat məbləğində borcu, eləcə də xx.xx.2020-ci il tarixli 302534-1-36448 saylı “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi üzrə ümumilikdə 7313,17 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan"ın vəzifəsidir. Daha sonra iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 302534- 1-34896 saylı Nağd pul krediti müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə Banka borclu olduğu 800,71 manat məbləğində əsas borc, 70,49 manat məbləğində faiz üzrə borcu, 47,10 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 918,30 manat məbləğinin, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 302534-1-36448 saylı "xxxx" üzrə xx.xx.2022-ci il tarixinə Banka borclu olduğu 6391,29 manat məbləğində əsas borc, 539,48 manat məbləğində faiz üzrə borcu, 362,40 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7293,17 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 93.53 manat dövlət rüsumunun alınaraq Bank VTB (Azərbaycan)» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun məzmunlu izahat verərək iddia tələbini təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 302524-1-34896 saylı xx.xx.2020-ci il tarixli nağd pul krediti müqaviləsindən görünür ki, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında 48 ay müddətinə, illik 22% ödəmək şərti ilə, 1000 manat məbləğində kreditin verilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 302534-1-36448 saylı "xxxx" görünür ki, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında 48 ay müddətinə, illik 21% ödəmək şərti ilə, 7700 manat məbləğində kreditin verilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan arayışdan görünür ki, xx.xx.2022-ci il tarixə 302524-1-34896 saylı müqavilə üzrə Cavabdeh Bank VTB (Azərbaycan) ASC-yə 800.71 manat əsas, 70.49 manat faiz, 47.1 manat cərimə, cəmi 918.3 manat, 302534-1-36448 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixinə 6391.29 manat əsas, 539.48 faiz borcu, 362.4 manat cərimə, cəmi 7293.17 manat borcu mövcuddur. İş materiallarında olan pretenziyanın surətindən görünür ki, Bank VTB (Azərbaycan) ASC tərəfindən Cavabdeh kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılmasına dair xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 800.71 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 47.1 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə həmin müqavilə üzrə 20 manat dəbbə (cərimə) pulu, həmçinin xx.xx.2020-ci il tarixli müqavilə üzrə olan 6391.29 manat əsas borca 362.4 manat cərimə azaldılmaqla 50 manat olmaqla tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli 302524-1-34896 saylı kredit müqaviləsi üzrə 800.71 manat əsas, 70.49 manat faiz, 20 manat cərimə, xx.xx.2020-ci il tarixli 302534-1-36448 saylı müqavilə üzrə 6391.29 manat əsas, 539.48 faiz, 50 manat cərimə, cəmi 7871.97 manat və ödənilmiş 93.53 manat məbləğində dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 302524-1-34896 saylı kredit müqaviləsi üzrə 800.71 manat əsas, 70.49 manat faiz, 20 manat cərimə, xx.xx.2020-ci il tarixli 302534-1-36448 saylı müqavilə üzrə 6391.29 manat əsas, 539.48 faiz, 50 manat cərimə, cəmi 7871.97 manat məbləğində borc və ödənilmiş 93.53 manat məbləğində dövlət rüsumu alınaraq Bank VTB (Azərbaycan) ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №e-2(003)-1871/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1871/2022
28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver