Məhkəmə qərarları › İş №e-2(003)-1874/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1874/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1874/2024 14.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28 aprel 2023-cü il tarixli PRL-335-0120-23 saylı Kredit müqaviləsinə əsasən, Cavabdehdən 1104.5 AZN (bir min yüz dörd manat 50 qəpik) əsas kredit borcu, 177.81 AZN (bir yüz yetmiş yeddi manat 81 qəpik) cərimə borcu, cəmi 1282.31 AZN ( bir min iki yüz səksən iki manat 31 qəpik) həmçinin 32.82 AZN (otuz iki manat, 82 qəpik) ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 28 aprel 2023-cü il tarixli PRL135-0276-23 saylı Kredit müqaviləsinə əsasən cavabdehə 19 ay müddətinə, 1485 (bir min dörd yüz səksən beş) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini İddiaçı qarşısında icra etməyən Cavabdehin İddiaçıya xx.xx.2024-cü il tarixinə 1104.5 (bir min yüz dörd manat,əlli qəpik) AZN əsas kredit borcu, 177.81 (bir yüz yetmiş yedd manat, səksən bir qəpik) manat cərimə borcu olmaqla,cəmi 1282.31 (bir min iki yüzsəksən iki manat, otuz bir qəpik) manat borcu qalmaqdadır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28 aprel 2023-cü il tarixli PRL135-0276-23 saylı Kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" ASC tərəfindən Cavabdeh 19 ay müddətinə 1485 AZN məbləğin verilməsi məqsədilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh qeyd edilən tarixə "xxxx" ASC -yə 1104.5 manat əsas; 177.81 manat cərimə borcu olmaqla, cəmi 1282.31 manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı Cavabdeh borc barədə xəbərdar etmiş və kredit müqaviləsi üzrə borcun 3 iş günü müddətində ödənilməsini tələb etmişdir. İş materialları ilə müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Eyni zamanda cavabdeh də hazırki iddia ilə bağlı hər hansı etiraz verməməklə iddia tələbini təkzib edəcək hər hansı bir sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 1104.5 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 177.81 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə 17 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 22 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 10.82 manat isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 28 aprel 2023-cü il tarixli PRL-335-0120-23 saylı Kredit müqaviləsinə əsasən verilmiş 1104.5 manat əsas borc, 17 manat cərimə borcu və 22 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" ASC -yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Ödənilmiş 32.82 manat məbləğində dövlət rüsumunun qalan 10.82 manatı iddiaçı "xxxx" ASC -yə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-29, 227, 233, 284-5.3, 152-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 28 aprel 2023-cü il tarixli PRL-335-0120-23 saylı Kredit müqaviləsinə əsasən verilmiş 1104.5 manat əsas borc, 17 manat cərimə borcu və iddiaçı tərəfindən ödənilmiş 22 manat dövlət rüsumu məbləğinin əvəzi olmaqla, cəmi 1143.5 (bir min yüz qırx üç manat əlli qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC MMC -yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 32.82 manat məbləğində dövlət rüsumunun qalan 10.82 (on manat səksən iki qəpik) manatı iddiaçı "xxxx" ASC -yə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar