Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1890/2024 02.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı (X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 16000 manat məbləğində pul vəsaitinin və iddianın qiyməti olaraq məhkəməyə ödədiyi 138 manat dövlət rüsumunun cavabdehdən birdəfəlik qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-739/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh oğlu “X17” markalı, **- SC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 19 avqust 2022-ci il tarixdə Bakı şəhəri 52 saylı notariat ofisində təsdiq edilmiş etibarnamə əsasında ona satmışdır. Cavabdeh özü isə həmin avtomobili 19 avqust 2022-ci il tarixdə etibarnamə əsasında avtomobilin mülkiyyətçisi, üçüncü şəxs X5 almışdır. Üçüncü şəxs avtomobili cavabdehə 20000 manata satmışdır. Avtomobili sövdələşmə ilə cavabdehdən alıb buna görə cavabdehə 16000 manat pul ödəmişdir. Cavabdehə pulu ödəməyini şahidlər Rzayev Mübariz Əli oğlu, Əliyev Elmidar Mübariz oğlu təsdiq edə bilərlər. O, pulu cavabdehə həmin şəxslərin yanında vermiş, avtomobil 1 ay onun istifadəsində olmuş, bundan sonra o, avtomobili etibarnamə əsasında Hacıyev Allahverən Əşrəf oğlunun istifadəsinə vermiş, o, avtomobili etibarnamə əsasında 10 ay idarə etmişdir. Avtomobil 13 sentyabr 2022-ci il tarixdən 19 iyul 2023-cü il tarixədək A.Hacıyevin istifadəsində olmuşdur. Avtomobil A.Hacıyevin istifadəsində olan zaman üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verilməsi barədə 19 iyul 2023-cü il tarixdə 52 saylı notariat ofisinə ərizə ünvanlamış və nəticədə etibarnamə qüvvədən düşmüşdür. Bundan sonra üçüncü şəxs avtomobili verdiyi şəxsdən – cavabdehdən polisə şikayət edib və avtomobilin duracağa aparılmasını tələb etmişdir. Son olaraq avtomobil A.Hacıyevin istifadəsində olduğuna görə üçüncü şəxs A.Hacıyevə zəng edərək avtomobilin mülkiyyətçisi olduğunu, avtomobili cavabdehə satdığını, lakin pulunu həmin şəxsdən ala bilmədiyinə görə ondan şikayətçi olduğunu və avtomobilini A.Hacıyevdən geri istədiyini bildirmişdir. Etibarnamələrin hamısının qüvvəsinə xitam verildiyi üçün hazırda A.Hacıyev avtomobili idarə edə bilmir. Etibarnamə ləğv edildiyinə görə və üçüncü şəxs mülkiyyətçi olaraq ona məxsus əmlakı tələb etdiyinə görə A.Hacıyev ona qarşı Beyləqan Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı iddia “X17” markalı, **-SC- *** dövlət qeydiyyat nişanlı avtomobili ondan 20000 manata aldığını qeyd edərək həmin məbləği ondan tələb edir. Hazırda həmin iş məhkəmənin hakimi Ramiz Nurullayevin icraatındadır. O, avtomobili cavabdehə 16000 ödəyib almış, daha sonra avtomobilə əlavə xərclər çəkərək (4000 manat) sonra onu 20000 (İ (nimimriẏ manata A.Hacıyevə satmışdır. A.Hacıyevin hazırda ondan tələb etdiyi pulu yalnız cavabdeh pulu ona qaytardıqdan sonra ödəyə bilər,çünki əvvəla, onun o pulu qaytarmağa imkanı yoxdur, ikincisi, ona da zərər dəymişdir. Cavabdehdən pulunu geri istəsə də, cavabdeh 16000 manat pulu ona geri qaytarmır. 13 noyabr 2023-cü il tarixində cavabdehə pretenziya məktubu göndərib pulu tələb etsə də cavab verilməmişdir. Cavabdeh pulu ona könüllü şəkildə qaytarmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq iddiaçı izahatında bildirdi ki, “X17” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomabil X7 adına olsa da, avtomobili Cavabdeh 19900 manata razılaşsalarda, 16000 manat verərək almış, sonra isə avtomobili X6 20000 manata satmışdır. Hazırda sonuncu avtomobili qaytardığından ona verdiyi 20000 manat pulu məhkəməyə müraciət edərək, geri tələb etmişdir. Bundan sonra ziyana düşdüyündən məcbur olub məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də, cavabdehdən 16000 manat pulunun və ödədiyi 138 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X12 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində keçirilən xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında göstərmişdir ki, iddia tələbini qəbul edir. İddiaçı maşını ondan 16000 manata almış, maşını etibarnamə əsasında onun istifadəsinə vermişdir. Sonra isə iddiaçı maşını başqa bir şəxsə satmışdır. Sonuncu isə həmin an yox, 11 ay sonra maşını öz adına qeydiyyata aldırmaq istəmişdir. Həmin maşını vaxtında adına rəsimləşdirsə idi, onda həmin problem yaranmazdı. Ancaq təsdiq edir ki, avtomobili Şakirə 16000 manata satmış və pulu ondan almışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X12 izahatında bildirmişdir ki, “X17” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomabil ona məxsusdur. Lakin Cavabdeh onu aldadaraq avtomobilini iddiaçıya 16000 manata satmışdır. Hazırda avtomobil ilə bağlı verilmiş etibarnamələri ləğv etdirmişdir. Həmçinin qeyd olunan avtomobilin onan qaytarılmasına dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə işdə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X10 aid məlumatdan görünür ki, “X17” markalı, **-SC- *** dövlət qeydiyyat nişanlı avtomobil X7 adınadır. İş materiallarında olan Bakı şəhər 52 saylı notariat ofisində təsdiq olunmuş nəqliyyat vəsitələrinə sərəncam verilməsi haqqında xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, X7 nümayəndəsi Cavabdeh xx.xx.2022-ci il tarixdə “X17” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlmaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüququ verməklə İddiaçı 11 ay 29 gün müddətinə etibarnamə üzrə səlahiyyətlər vermişdir. İş materiallarında olan Bakı şəhər 28 saylı notariat ofisində təsdiq olunmuş nəqliyyat vəsitələrinə sərəncam verilməsi haqqında xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, X7 nümayəndəsi İddiaçı xx.xx.2022-ci il tarixdə “X17” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomabili sürücülük hüququ olduqda idarə etmək, bağışlmaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüququ verməklə İddiaçı 11 ay 8 gün müddətinə etibarnamə üzrə səlahiyyətlər vermişdir. İş materiallarında olan 31 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, 21 iyul 2023-cü il tarixdə X12 ərizə ilə rayon polis şöbəsinə müraciət edərək 21 iyul 2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edib, ona məxsus Hyundai markalı ** SG *** dövlət qeydiyyat nişanlı avtomobilin Ağcabədi rayon Qaradolaq kənd sakini X4 etibarnaməsiz idarə etməsini bildirmiş, avtomobil duracağa yeıiəşdirilmədiyi üçün əsəbiləşib özün yandıracağı barədə məlumat vermiş və avtomobilin duracağa yerləşdirilməsini xahiş etmişdir. Toplanmış materialda cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş və məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. İş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)-70/2024 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı 19.900 (on doqquz min doqquz yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 150 (yüz əlli) manat pul alınıb iddiaçı X6 verilməsi qət edilmişdir. Məhkəmə araşdırması, tərəflərin izahatlarından və toplanmış sübutlardan müəyyən edilmişdir ki, “X17” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomabil X7 adına qeydiyyata alınmış, sonradan həmin avtomobili X7 nümayəndəsi Cavabdeh xx.xx.2022-ci il tarixdə “X17” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlmaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüququ verməklə İddiaçı 11 ay 29 gün müddətinə etibarnamə üzrə səlahiyyətlər vermiş, daha sonra X7 nümayəndəsi İddiaçı xx.xx.2022-ci il tarixdə “X17” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomabili sürücülük hüququ olduqda idarə etmək, bağışlmaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüququ verməklə İddiaçı 11 ay 8 gün müddətinə etibarnamə üzrə səlahiyyətlər vermişdir. X3 xx.xx.2022-ci il tarixli etibarnaməyə xitam vermişdir. X8 isə iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı 20.000 (iyirmi min) manat pulun və dövlət rüsumu kimi ödədiyi 150 (bir yüz əlli) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)-70/2024 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı 19.900 (on doqquz min doqquz yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 150 (yüz əlli) manat pul alınıb iddiaçı X6 verilməsi qət edilmişdir. Göründüyü kimi, cavabdeh Seymur X1 mülkiyyətində olan X17” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomabili 16000,0 manat əvəzində İddiaçı vermiş, bundan sonra sonuncu qeyd olunan avtomobili 19.900,0 manat əvəzində Allahverən Hacıyeva vermişdir. Hal-hazırda X12 “X17” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomabillə bağlı üçüncü şəxslərə verdiyi etibarnaməni ləğv etməsi nəticəsində, X2 Şakir Cəmil oğluna verdiyi pulu geri tələb etmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.Göründüy kimi, Cavabdeh 16000,0 mnaat pulu avtomobilin əvəzi olaraq İddiaçı alaraq özündə saxlamışdır. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Məhkəmə qeyd edir, iddiaçının 16000,0 manat məbləğində pul vəsaitini cavabdehə verməsi, cavabdehində həmin pulu alaraq avtomobili iddiaçıya satması onun Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində verdiyi izahatı ilə sübuta yetirilmişdir. İddiaçı tərəfindən cavabdehə pulun verilməsi və cavabdeh tərəfindən həmin pulun qaytarılmadığı müəyyən edildiyindən, cavabdeh tərəfindən qaytarılmamasının heç bir əsası olmadan iddiaçının əmlakını (pulunu) əldə etməklə, yəni əsassız varlanmaqla onun iddiaçı qarışısında öhdəliyi yaranmışdır. Bundan başqa Cavabdeh isə iddiaçıdan almış olduğu pul vəsaitini geri qaytarılması barədə hər hansı əsaslı və mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 16000,0 manat pulun iddiaçıya cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh, əsassız varlanmış şəxs kimi həmin pul məbləğini iddiaçıya qaytarılmalıdır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, məhkəmə iddianın təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Yuxarıda qeyd edilən qanunvericilik akt normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 16000,0 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin iddianın 138 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 138 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 16000,0 manat məbləğində pul vəsaiti və ödənilmiş 138 manat dövlət rüsumu olmaqla, cəmi 16138,0 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 16000,0 manat məbləğində pul vəsaiti və ödənilmiş 138,0 manat dövlət rüsumu olmaqla, cəmi 16138,0 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli.
Məhkəmə qərarları › İş №e-2(003)-1890/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1890/2024
02.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver