Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1891/2023 14.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “X2” Bakı filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X2” Bakı filialı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 7201,99 manat əsas, 655,09 manat faiz, cəmi 7857,08 manat borcun, həmçinin ödənilmiş 98,57 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, “X2” Bakı filialı ilə Cavabdeh1 arasıda imzalanmış 14 aprel 2021-ci il tarixli, 319 N-li Kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19% olmaqla 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi “X2” Bakı filalı ilə Cavabdeh2 Dostmənməd qızı arasında 451 saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqavləsinin 4.1 - ci maddəsinə əsasən “Borcalan ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmş faizlərdə daxil olmaqla 366,56 manat ödəməlidir. Bu müqavilənin 22-ci bəndinə görə Borcalan tərəfindən Kredit müqaviləsinin hər hansı bir şərti pozulduqda Bank verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq Borcalan 18 Aprel 2023-cü il tarixə banka kredit borcu üzrə 8797,44 manat ödəniş yerinə yetirməli olmuş, lakin xx.xx.2023-cü il tarixə kimi Borcalan tərəfindən Bankaya 5444 manat ödəniş həyata keçirilmişdir. Tərəflərindən borcalana kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Zaminlik müqavibsinin 1.1-ci bəndinə görə Zamin borcalan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyr. İşin baxılması zamanı iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin həcmini artırmış və məhkəmədən cavabdehlərdən 7201,99 manat əsas, 949,76 manat faiz, cəmi 8151,75 manat borcun, həmçinin ödənilmiş 98,57 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndəiddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə (bildiriş və sms göndərilməsinə) baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, iş üzrə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışına hazırlıq iclasında iştirak etmiş iş üzrə Cavabdeh1 iddia tələbini etiraf etməklə izahatında bildirmişdir ki, “X2” Bakı filialı ilə onun arasında imzalanmış 14 Aprel 2021-ci il tarixli, 319 N-li Kredit müqaviləsinə əsasən ona illik 19 % olmaqla 86 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Həmçinin iddiaçı ilə Cavabdeh2 arasında 451 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Borcu ödəmək imkanı olmamışdır. Əvvəl pandemiya zamanı xəstələnmiş, sonra da vəziyyəti çətinləşmişdir. Bu səbəbdən borcu ödəyə bilməmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı “X2” Bakı filialı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 319 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə bank tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 19 % dərəcəsi ilə 10000 manat məbləğində kreditin verilməsi haqqında bağlanmışdır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən kredit müqaviləsinin hər-hansı bir şərti pozulduqda bankın krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən kreditin və hesablanmış müqavilənin 4.1-ci bəndində göstərilmiş qaydada və müddətdə qaytarılmasını təmin etmək barədə borcalan öz üzərinə öhdəlik götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən “Borcalan ssuda hesabında qalıq əmələ gələn gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu və ssuda hesabının qalığına hesablanmş faizlər daxil olmaqla 366,56 manat ödəmlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 451 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə «X2» Bakı filialı ilə Cavabdeh2 arasında bağlanmışdır. Həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən “X2” Bakı filialı ilə Cavabdeh1 arasında 14 aprel 2021-ci il tarixli 319 saylı Kredit müqaviləsi əsasında “Borcalan”a veriləcək 10000 AZN (on min manat) məbləğində kreditlə əlaqədar olaraq və hesablanmış faizləri Borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, Borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh1 10000 manat məbləğində pul verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, cavabdeh X1 iddiaçı “X2” Bakı filialından götürdüyü 10000 manat məbləğində krediti xx.xx.2021-ci il tarixdən xx.xx.2024cü il tarixədək hər ay 366,56 manat, sonuncu ay isə 366,58 manat ödəniş etməklə qaytarılması barədə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli müqavilə üzrə “X2” Bakı filialına 7201,99 manat əsas, 655,09 manat faiz borcu, cəmi 7857,08 manat məbləğində borcu vardır. İş materiallarında olan bank tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişlərin surətindən görünür ki, həmin bildirişlə iddiaçı tərəfindən cavabdehlərə 4860,25 manat ssuda borcu, 2341,74 manat vaxtı keçmiş ssuda borcu, 77,25 manat faiz borcu və 284,67 manat vaxtı keçmiş faiz borcunun olması bildirilərək ödənilməsi tələb olunmuş, borcun ödənilməsi yerinə yetirilmədikdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh1 xx.xx.2021-ci il tarixli müqavilə üzrə “X2” Bakı filialına 7201,99 manat əsas, 949,76 manat faiz borcu, cəmi 8151,75 manat məbləğində borcu vardır. Elektron qaydada tərtib edilmiş iddia ərizəsindən görünür ki, ********* nömrəli qəbz əsasında iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 98,57 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən ona 36 ay müddətinə illik 19 % dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Həmçinin həmin kredit müqaviləsinin təminatı qismində iddiaçı bank ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanılmış və həmin müqavilə əsasın zamin Cavabdeh2, Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin tam yerinə yetirilməsi üçün borclanla birlikdə tam məsuliyyət daşıması barədə iddiaçı qarşısında öhdəlik götürmüşdür. Cavabdeh1, kredit müqavilə üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 366,56 manat, sonuncu ay isə 366,58 manat ödəniş etməklə götürdüyü kreditin (əsas və faiz borcunun) qaytarması barədə üzərinə öhdəlik götürsə də, bu öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. -399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. -421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -421.3-cü maddəsinə əsasən Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş üzrə müəyyən olunmuş halları və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin hallarından görünür ki, borcalan Cavabdeh1 iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək müqaviləni əhəmiyyətli dərəcədə pozmuş, buna görə də iddiaçı bank tərəfindən ona bu barədə məlumat verildikdən sonra yerinə yetirilməmiş borc öhdəliyi barədə xx.xx.2023-cü il tarixdə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da faktiki olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-cü maddəsinə əsasən kredit müqaviləai birtərəfli qaydada ləğv edilmiş hesab edilir. Məhkəməyə müraciət edildiyi tarixdə isə Cavabdeh1 7201,99 manat əsas, 655,09 manat faiz, cəmi 7857,08 manat məbləğində yerinə yetirilməmiş öhdəliyi mövcud olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin həcmini artırmaqda haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmçinin həmin qərara əsasən kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə cavabdehlərdən müştərək qaydada 7201,99 manat əsas, 655,09 manat faiz, cəmi 7857,08 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd olunanları ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iş üzrə cavabdehlərdən müştərək qaydada 7201,99 manat əsas, 655,09 manat faiz, cəmi 7857,08 manat məbləğində borc tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilərək cavabdehlərdən müştərək qaydada ödənilmiş dövlət rüsumuna görə 98,57 manat tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7201,99 manat əsas, 655,09 manat faiz, cəmi 7857,08 manat məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 98,57 manat tutularaq iddiaçı “X2” Bakı filialının xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №e-2(003)-1891/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1891/2023
14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver