Məhkəmə qərarları › İş №e-2(003)-1895/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1895/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1895/2025 21.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı “X6” BAKİ fılıalı-nın nümayəndəsi X1 iştirakı ilə , İddiaçı “X6” BAKİ fılıalı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, İşin halları İddiaçı “X6” Bakı fılıalı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarilması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «X6» Bakı filialı ilə Cavabdeh1 arasında imzalanmış «14» Mart 2023-cü il tarixli 87 № Kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 15% ödəmək şərti ilə 48 ay müddətinə 17.000 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin qaytarılmasının təminatı kimi «X6» Bakı filialı iləCavabdeh2arasında 104 saylı və Cavabdeh3 arasında 149 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1 – ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 473.12 manat ödəməli idi. Bu müqavilənin 2.2 - ci bəndinə görə «Borcalan» tərəfindən «Kredit müqaviləsi» nin hər hansı bir şərti pozulduqda « Bank » verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» 17 mart 2025-ci il tarixə «Bank»a kredit borcu üzrə 11.354,88 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2025-ci il tarixə kimi «Borcalan» tərəfindən «Banka»a 9.470,00 manat ödəniş həyata keçirilmişdir. Tərəfimizdən borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, «Borcalan» «Bank»a illik 25%ödəməlidir. 17 mart 2025-ci il tarixə cavabdehin «Bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 11.864,57 manat təşkil edir. Bundan 11.550,91 manat əsas borc və 313,66 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir. Cavabdeh1ilə bağlanmış 14 Mart 2023-cü il tarixli, 87 saylı Kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh2 arasında 104 saylı və 08 sentyabr 2023-ğü il tarixdə isə Cavabdeh3arasında 149 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Ona görə də Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada “X6” BAKİ FİLİALİ-nin xeyrinə 11550,91 AZN əsas; 313,66 AZN faiz; cəmi 11864,57 AZN borcun və ödənilmiş 125,59 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı “X6” Bakı fılıalı iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə verərək X3, Cavabdeh2 və Cavabdeh3 11.864,57 manat (Bundan 11.550,91 manat əsas borc və 313,66 manat faiz borcu təşkil edir) məbləğində 17 Mart 2025-ci il tarixinə olan kredit borcunun və ödənilmiş 125.59 manat dövlət rüsumunun tutularaq “X6” Bakı filialına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən iddiaçı “X6” Bakı fılıalı-nın nümayəndəsi X2 iddia tələbini müdafiə edərək qismən təmin edilməsini xahiş etdi. Belə ki, cavabdeh məhkəmə araşdırılması aparılan vaxtda əlavə olaraq 480,0 manat ödəniş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər xx.xx.2023-cü il tarixli 87 saylı kredit müqaviləsinə əsasən ona 15% ödəmək şərti ilə 48 ay müddətinə 17000,0 AZN məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, 104 saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. xx.xx.2023-cü il tarixli 87 saylı kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2023-cü il tarixli №1 əlavəyə əsasən xx.xx.2023-cü il tarixli 149 saylı zaminlik müqaviləsi bağlanmış və Cavabdeh3 kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Ödəniş qrafikindən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdən xx.xx.2027-ci il tarixədək “X6” BAKİ FİLİALİ-yə hər ay 473,12 (sonuncu ay 473,26 manat) manat ödəniş etməli idi. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 “X6” BAKİ FİLİALİyə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 11550,91 manat əsas, 313,66 manat faiz, cəmi 11864,57 manat məbləğində borcu vardır. Kassa məxaric orderinin sürətindən görünür ki, Cavabdeh1 11550,91 manat pul verilmişdir. “X6” BAKİ FİLİALİ tərəfindən Cavabdeh1 ünvanlanmış bildirişdən görünür ki, bank cavabdehi borc barədə xəbərdar edərək gecikdirilmiş borcun ödənilməsini tələb etmiş, əks təqdirdə borcun ödənilməsi məqsədi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Mədaxil qəbzindən aydın olur ki, iddiaçı hazırkı iddia üzrə 125,59 manat məbləğində dövlət rüsumu ödəmişdir. “X6” Bakı fılıalı-nın AZ43MELİ******************** hesabdan çıxarışın sürətindən görünür ki, Cavabdeh1 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrdə 480,0 manat ödəniş edib. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 470.1-ci zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.2-ci əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsi izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “X6” BAKİ FİLİALİ ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli kredit müqaviləsi bağlanmış və cavabdehə 48 ay müddətinə ilik 15% ödəmək şərtilə 17000,0 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh3 və Cavabdeh2 ilə Bank arasında 104 saylı və 149 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Həmin müqaviləyə əsasən Cavabdeh1 kreditin qaytarılması və faizlərin ödənilməsi üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə banka borcu yaranmışdır. İddiaçı hazırkı iddia ilə əlaqədar 125,59 manat məbləğində dövlət rüsumu ödəmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə əsas borcla bağlı qeyd edir ki, iş materiallarına əlavə edilən və məhkəmə iclası zamanı iddiaçının nümayəndəsinin izahatından görünür ki, Cavabdeh1 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrdə 480,0 manat ödəniş edib. Məhkəmə eyni zamanda digər Cavabdeh3 və Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər Cavabdeh1 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğunndan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə üzrə iddiaçı “X6” Baki Filiali-na olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Həmçinin digər cavabdeh(lər) Cavabdeh3 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqavilə üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da iddiaçı qarşısında olan cavabdehin pul vəsaitini qaytarmaqla bağlı öhdəliyi üzər(lər)inə götürmüşdür(lər). Buna görə də cavabdeh zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, digər cavabdeh(lər) Cavabdeh3 və Cavabdeh2, Cavabdeh1 birlikdə iş üzrə iddiaçı “X6” BAKİ FİLİALİ qarşısında birgə məsuliyyət daşıyır(lar). Məhkəmə həmçinin iddianın 125,59 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehlərin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 125,59 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 11070,91 manat əsas borc və 313,66 manat faiz borcu və ödənilmiş 125,59 manat dövlət rüsumu borcu, cəmi 11510,16 manat tutularaq “X6” Bakı Filialı-na ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar