Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1897/2023 21.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı Məmmməd oğlunun vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Məmmməd oğlunun Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Məmmməd oğlunun Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə onun arasında bağlanmış 30 dekabr 2017-ci il tarixli AL-66 saylı “X2” əsasında lizinqə verilmiş “RAVON NEXİA R3 MİNİK” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD130750 seriyalı, 2017-ci il buraxılışlı, Ban: №XWBTF69V9HA044773, ağ rəngli avtomobil etibamamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh avtomaşını idarə edərkən xx.xx.2021-ci il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Heydər Əliyev prospektində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuşdur və 23 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərara əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-cmaddəsi ilə 40 (qırx) manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Cavabdeh hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, avtomaşın təmir olunması üçün “RS Avtoservis”-ə aparılmış və sonuncu tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 5658 (beş min altı yüz əlli səkkiz) manat tələb olunmuşdur. Göründüyü kimi Cavabdeh hərəkətləri nəticəsində avtomaşına 5658 (beş min altı yüz əlli səkkiz) manat zərər dəymişdir. Həmçinin yuxarıda da qeyd olunduğu kimi 23 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərara əsasən cavabdehə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Lakin cavabdeh yuxarxla qeyd olunan məbləğləri ödəməkdən imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh 5658,0 manat borcun, 40,0 manat cərimə, 78,0 manat məbləğində dövlət rüsumu, 100,0 manat məbləğində xidmət haqqı, ümumilikdə 5876,0 manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı Məmmməd oğlunun vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini dəqiqləşdirərək, Cavabdeh 5067,0 manat borcun, 78,0 manat məbləğində dövlət rüsumu, 100,0 manat məbləğində xidmət haqqı, ümumilikdə 5245,0 manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(003)- 750/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, 9/2209 saylı rəyə əsasən RAVON NEXİA R3 MİNİK” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5067,0 manat təşkil etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-750/2022 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Daha sonra Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-750/2022 saylı qiyabi qətnaməsinin ləğv edilməsini və həmin işi təzələnərək mahiyyəti üzrə baxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(003)-1897/2023 saylı qərardadı ilə Ərizə təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-750/2022 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etmir. Lakin iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X3 iddia tələbinə etiraz edərək bildirdi ki, avtomobilə cavabdeh tərəfindən həqiqətən ziyan vurulması inkar edilmir. Lakin avtomobilə vurulmuş ziyanın məbləği həddən artıq şişirdilmişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyləri ilə razı deyil. Belə ki, qeyd olunan avtomobilə hadisə nəticəsində 5067,0 manat məbləğində ziyan dəyə bilməzdi. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qəbzdən görünür ki, guya həmin avtomobilin təmir bərpa xərci ilə bağlı xx.xx.2021-ci il tarixli qəbzlə pul vəsaiti ödənilmişdir. Həmin qəbzin doğruluğu onlarda şübhə doğrur. Belə ki, bu qədər müddət ərzində həmin qəbz məhkəməyə təqdim olunmamış yalnız xx.xx.2023-cü ildə təqdim olunmuşdur. İddia tələbinin rəd olunmasın xahiş etdi. Məhkəmə, tərəflərin izahatını, iş materiallarını nəzərdən keçirib məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 58 saylı icarə müqaviləsinə əsasən Cavabdeh İddiaçı Məmmməd oğlundan “RAVON NEXİA R3 MİNİK” markalı, **- PN-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. İş materiallarında olan xx.xx.2017-ci il tarixli AL-66 saylı “X2nə” əsasən AZƏRMAŞ” MMC “RAVON NEXİA R3 MİNİK” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD130750 seriyalı, 2017-ci il buraxılışlı, Ban: №XWBTF69V9HA044773, ağ rəngli avtomobil İddiaçı Məmmməd oğluna lizinqə verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli AL-66 saylı “X2nə” ödəniş cədvəlinə əsasən iddiaçı hər ay 383,99 manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2017-ci il tarixli AL-66 saylı “X2nə” 1 saylı əlavəyə əsasən əmlakın ümumi dəyəri 13800,0 manat təşkil edib. İş materiallarında olan xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat cərimə olunmuşdur. İş materiallarında olan 050455 saylı nəqliyyat vasitəsinin zədələnməsi haqqında arayışdan görünür ki, RAVON NEXİA R3 MİNİK” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil ön hissəsindən zədə almışdır. İş materiallarında olan RS Avtoservis tərəfindən verilmiş dəymiş zərərin hesablanmasına dair aktın sürətindən görünür ki, RAVON NEXİA R3 MİNİK” markalı, **- PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5658,0 manat məbləğində zərər vurulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/2209 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “RS Avtoservis” tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Ravon Nexia R3” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5067,0 manat müəyyən edilir. “Rəyə əlavə olunan bildirişə əsasən ekspertiza təhqiqatının dəyəri 50 manat təşkil edir.” İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-9/5950/2023 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “RS Avtoservis” tərəfindən tərtib edilmiş xx.xx.2021ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Ravon Nexia R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5067,0 manat müəyyən edilir. İş materiallarında "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli “Qüsur aktı” olmadığından tətqiqat aparmaq mümkün olmadı. Məhkəməəmtəşünaslıq səlahiyyətlərinə aid olmadığından tətqiqat aparmaq mümkün olmadı. “Rəyə əlavə olunan bildirişə əsasən ekspertiza təhqiqatının dəyəri 50 manat təşkil edir.” İş materiallarında olan ĞLM seriyalı, 484444 nömrəli, xx.xx.2021-ci il tarixli mədaxil qəbzinin kötüyündən görünür ki, “RS Servis”-ə ehtiyat hissələrinə görə 3923 manat, zəhmət haqqına görə 1735 manat, cəmi 5658 manat ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Məmmməd oğlunun iddiasının əsası kimi istinad etdiyi RAVON NEXİA R3 MİNİK” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh tərəfindən vurulması və bunun nəticəsində göstərilən avtomobilə zərər dəyməsi işin materialları ilə sübut olunur. Hadisənin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat hadisəsi qanunla yüksək təhlükə mənbəyi hesab olunan RAVON NEXİA R3 MİNİK” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh tərəfindən idarə edilən zaman məhz onun tərəfindən vurulduğundan vurulmuş ziyan Cavabdeh alınaraq İddiaçı Məmmməd oğluna ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) yalnız Cavabdeh tərəfindən törədildiyindən vurulmuş ziyan yalnız Cavabdeh alınaraq İddiaçı Məmmməd oğluna ödənilməlidir. Belə ki, iş üzrə təyin edilmiş hər iki məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəylərindən də aydın olur ki, 2017-ci il buraxllışlı, RAVON NEXİA R3 MİNİK” markalı, **- PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2021-ci İl tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zədələnməsindən dəymiş ziyanın məbləği təxminən 5067,0 manat müəyyən olunmuşdur. Göründüyü kimi, təyin edilmiş ekspertiza rəyləri ilə 2017-ci il buraxlışlı, RAVON NEXİA R3 MİNİK” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2021-ci İl tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zədələnməsindən dəymiş ziyanın məbləği təxminən 5067,0 manat ziyan dəyməsi müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, rəyləri vermiş şəxsin xüsusi biliyinin olduğunu nəzərə alaraq həmin rəylərlə razılaşır, avtomobilə dəymiş zərərin və təmir-bərpa xərclərinin 5067,0 manat olduğunu işin hallarına uyğun sayır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədildiyindən, iddia təmin edilərək, Cavabdeh 5067,0 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbinin iddiaçı tərəfindən 100,0 manat məbləğində hüquqi xidmətə çəkilən xərclərin əvəzinin cavabdehdən tutulmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, göstərilən məbləğ, yəni 100,0 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddialar üzrə iddia ərizələrindən iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 78,0 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərcləri cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəylərindən göründüyü kimi, ekspertiza tədqiqatlarının dəyəri 100,0 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 100,0 manat məbləğində pul vəsaiti də Cavabdeh dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5067,0 manat borcun, 78,0 manat məbləğində dövlət rüsumu, 100,0 manat məbləğində xidmət haqqı, ümumilikdə 5245,0 manat borc tutularaq İddiaçı Məmmməd oğluna ödənilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 100,0 manat məbləğində pul vəsaiti də Cavabdeh dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 5067,0 manat borcun, 78,0 manat məbləğində dövlət rüsumu, 100,0 manat məbləğində xidmət haqqı, ümumilikdə 5245,0 manat tutularaq İddiaçı Məmmməd oğluna ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri - 100 (bir yüz) manat Cavabdeh tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-1897/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1897/2023
21.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver