Məhkəmə qərarları › İş №e-2(003)-1907/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1907/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1907/2024 23.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8089,82 AZN əsas kredit borcu, 216,38 AZN kreditdən istifadəyə görə faiz borc, 11,74 AZN cərimə borc olmaqla, cəmi 8317,94 AZN borcunun, həmçinin 103,18 AZN ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılışdır ki, İddiaçı ASC ilə bağlanmış 1181***-*******02L saylı xx.xx.2022-ci il tarixli Əsas Kredit razılaşmasına əsasən Cavabdeh 36 ay müddətinə illik 17 % faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 10000 AZN məbləğində sms kredit verilmişdir (sms kredit mətni iş materiallarına əlavə edilmişdir). Cavabdehin müraciəti əsasında xx.xx.2022-ci il tarixli razılaşma xx.xx.2023-cü il tarixində restrukturizasiya olunaraq xx.xx.2026-cı il tarixinədək, illik 17 % haqq ödəmək şərti ilə 8259.53 AZN məbləğində öhdəliyi yaranmışdır. Lakin Əsas Kredit razılaşması üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh İddiaçıSC-yə xx.xx.2024-cü il tarixə 8089.82 AZN əsas kredit borcu, 216.38 AZN kreditdən istifadəyə görə faiz borcu, 11.74 AZN cərimə borc olmaqla,cəmi 8317.94 AZN borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət etməklərinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsədə də, məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 1181***-*******02L saylı xx.xx.2022-ci il tarixli kredit əsas kredit limiti razılaşmasından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 17 % faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 10000 AZN məbləğində sms kredit verilmişdir. İş materiallarından görünür ki, Cavabdeh banka 8089,82 manat məbləğində əsas borc, 216,38 manat faiz borcu, 11,74 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8317,94 manat borcu yaranmışdır. İş materiallarında olan pretenziyandan görünür ki, bank ona borcun qaytarılması barədə xəbərdarlıq etmişdir. Məhkəmə tərəfindən araşdırma zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuş, onun xx.xx.2024-cü il tarixinə yuxarıda göstərilən maliyyə arayışında qeyd edilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Hazırda İddiaçı ASC cavabdehdən cəmi 8317,94 manat borcun tutulması xahiş olunur. Məhkəmə bankın təqdim etdiyi sübutlar həmin borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə Mülki Məcəllənin 385-386, 425, 427, 439, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 103,18 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməklə Cavabdeh 8089,82 manat məbləğində əsas borc, 216,38 manat faiz borcu, 11,74 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8317,94 manat borc və dövlət rüsumuna görə ödənilmiş 103,18 manat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1181***-*******02L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşması üzrə 8089,82 manat məbləğində əsas, 216,38 manat faiz borcu, 11,74 manat məbləğində cərimə borcu olmaqla cəmi 8317,94 manat məbləğində borcun və 103,18 manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar