Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-192/2024 18.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 5787.5 manat məbləğində əsas borcun, 400 manat hüquqi xidmət üçün və 81.88 dövlət rüsumunun, ümumilikdə isə 6269.88 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla xx.xx.2017-ci il tarixli, 03- 22972 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir (müqavilələr əlavə edilir). Həmin ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən**********00040 hesab nömrəsi verilmişdir. Qeyd olunan ünvanda istixananı təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Cavabdeh istixanada qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə etmiş lakin, tam ödəniş aparılmamışdır. Belə ki, Cavabdeh tərəfindən istifadə olunmuş təbii qazın dəyərinin tam şəkildə ödənilməməsi səbəbindən 5787.5 manat borcu qalmışdır. Cavabdeh “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə”lərinin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Halhazırda Cavabdeh təbii qazdan istifadəyə görə 5787.5 manat debitor borcu qalmışdır. Bildirir ki, istehlakçı barəsində İddiaçı İB tərəfindən heç bir “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilməmişdir. Mübahisə olunan borc məbləği yalnız istehlakçı tərəfindən qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə olunması və ödənişin həyata keçirilməməsi nəticəsində yaranmış borc məbləğidir. Bu da özlüyündə borclunun barəsində mübahisə edilməyən vəzifəsini qanunvericiliyə və tərəflər arasında bağlanmış müqaviləyə əsasən yerinə yetirmədiyini göstərir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, cavabdeh təbii qazla təchiz edilmiş və o, istifadə etdiyi qaza görə yaranmış debitor borcunu bu günə kimi ödəməmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, o, məcburi köçkündür. Ünvanda sayğac olmamışdır. Ondan hal-hazıradək istifadə olunmuş qaza görə pul tələb olunmamış, hər hansı bir qəbz təqdim edilməmişdir. Pul tələb olunmadığından ödəniş də aparılmamışdır. Evdə əvvəl 7 nəfər yaşamışlar, hazırda bir otaqda o, digər otaqda isə oğlu yaşayır. Evdə dəmir peç və dördgöz peç vardır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - qaz paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı İstehsalat Biriliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli, 03/22972 nömrəli müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. - cavabdehin adına olan abonent saldosundan ( abonent kodu **********00040) görünür ki, cavabdehin abonent hesabına ünvada olan qaz qurğuları 4 gözlü qaz plitəsi (PQ-4) və dəmir peçi nəzərə alınmaqla 2010-cu ilin iyul ayından 2023-cü ilin fevral ayınadək qazdan istifadə edilməsinə görə hər ay müəyyən məbləğlərdə borc yazılmışdır. Ümumi borcun məbləği 5441,16 manat təşkil edir. İş üzrə məhkəmə qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/421; 9/387 nömrəli ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən təbii qazdan istifadə etdiyi qaz qurğuları PQ-4 və dəmir soba olmaqla 2010-cu ilin iyul ayından 2023-cü ilin fevral ayının 28-dək müvafiq illər üzrə qaçqın limitinə görə çıxılmalar və ödənişlər nəzərə alınmaqla cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan yekun məbləğ 4806,34 manat müəyyən olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Elektron qaydada tərtib edilmiş iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən iş üzrə 81.88 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.1-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qaydaların 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, cavabdeh, yaşadığı ünvanda 2010cu ilin iyul ayından iddiaçı Birlik tərəfindən qazla təmin edilmiş və cavabdeh hal-hazıradək təbii qazdan istifadə edir. Lakin cavabdeh tərəfindən istifadə edilmiş qazın dəyəri ödənilmədiyindən onun debitor borcu yaranmışdır. Məhkəmə yuxarıda qeyd olunan qanunverciliyin tələblərinə əsasən hesab edir ki, iddiaçı müqavilə əsasında cavabdehi qazla təmin etməsinə baxmayaraq, cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən istifadə edilmiş qaza görə yaranmış borcun ondan tələb olunması əsaslıdır. Lakin bu zaman iddiaçı cavabdehdən qazdan istifadəyə görə 5785,5 manat məbləğində borcun tutulmasını tələb etsə də bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. İşin araşdırılmış hallarından və iş üzrə verilmiş ekspert rəyindən (ekspert rəyində gəlinmiş nəticənin düzgün olmaması barədə hər hansı bir sübutun da təqdim edilməməsini nəzərə alaraq) görünür ki, hazırda cavabdehin istifadə edilmiş və dəyəri ödənilməmiş qaza görə 4806,34 manat debitor borcu vardır. Məhkəmə hesab edir ki, həmin debitor borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iddia tələbinin hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun tutulması hissəsinə isə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 4806,34 manat məbləğində debitor borc tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, təmin edilmiş pul məbləği və həmin məbləğə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumunun ödənilməli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddia tələbinin təmin edilmiş məbləğinə mütənasib olaraq cavabdehdən dövlət rüsumuna görə 68,06 manat məbləğində pul tutulmalı, 13,82 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın, 30 manat hissəsi iddiaçıdan, 80 manat hissəsi isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4806,34 manat məbləğində debitor borc və ödənilmiş dövlət rüsumuna görə 68,06 manat tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan 13,82 manat hissəsi İddiaçı özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın, 30 manat hissəsi İddiaçındən, 80 manat hissəsi isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi (elektron kabinet vasitəsilə) ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №e-2(003)-192/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-192/2024
18.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver