Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(003)-1939/2025 02.03.2026 BAKI ŞƏHƏRI XƏZƏR RAYON MƏHKƏMƏSI Hakim Hüseynova Mələk Bəxtiyar qızının sədrliyi, X3 iclas katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh oğluna qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh oğluna qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh iddiaçı İddiaçı məxsus **-RK-*** dövlət qeydiyyat nişanlı “KİA” Optima Minik markalı 2012-ci il istehsalı olan avtomobilin yararsız hala salınması ilə bağlı vurulmuş 12.000 (on iki min) manat məbləğində maddi ziyanın və dövlət rüsumu kimi ödənilmiş 127 (yüz iyirmi altı) manatın, cəmi 12127 (on iki min yüz iyirmi yeddi) manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “özümə məxsus olan **-RK-*** dövlət qeydiyyat nişanlı “KİA” Optima Minik markalı 2012-ci il istehsalı olan avtomobili tanışım İmanov Zaur Qiyas oğluna məxsus “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət vasitəsilə ## ###### 2024-cü il tarixdə cavabdeh Cavabdeh icarəyə vermişdim. Belə ki, mənim ##.##.2023-cü il tarixdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verdiyim etibarnamə əsasında özümə məxsus olan **RK*** dövlət qeydiyyat nişanlı “KİA” Optima Minik markalı 2012-ci il istehsalı olan avtomobil bir günlük icarə haqqı 80 (səksən) manat olmaq şərtilə 4 günlük müddətə cavabdeh Cavabdeh icarəyə vermişdim. Cavabdeh Cavabdeh ##.##.2024cü il tarixli “Nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair” ** nömrəli müqaviləyə əsasən mənə məxsus KİA” Optima Minik markalı həmin avtomobili ##.##.2024-cü il tarixdə saat 22:40-da saz vəziyyətdə icarəyə götürəndən sonra ##.##.2024-cü il tarixdə Bakı-Ələt yolunda idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə avtomobil yararsız hala düşmüşdür. ##.##.2024-cü il tarixli “Nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair” ** nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən “İcarəyə verən” ona məxsus və ya ona müvəqqəti istifadəyə verilmiş aşağıda texniki göstəriciləri, markası və modeli göstərilmiş-Bundan sonra Avtomobil adlandırılacaq nəqliyyat vasitəsini “İcarəyə götürən”-in müvəqqəti istifadəsinə, icarəyə verir (Avtomobilin verildiyi vəziyyətdə qaytarılması şərti ilə). “Nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair” həmin müqavilənin 4.5.2-ci masddəsinə əsasən “İcarəyə götürən” icarəyə götürdüyü avtomobili saz və işlək vəziyyətdə “İcarəyə verən”ə qaytarmalıdır. Həmin Müqavilənin 4.5.3-cü bəndinə əsasən Avtomobil qəzaya düşərsə, yol nəqliyyat hadisəsi baş verərsə “İcarəyə götürən” avtomobilə dəyən zərəri ödəməli, avtomobili bərpa etməli, götürdüyü vəziyyətdə “İcarəyə verən”ə təhvil verməlidir. Razılaşmaya əsasən avtomobilə dəymiş zərər tərəflər arasında razılaşma yolu ilə nağd şəkildə də “İcarəyə götürən” tərəfindən “İcarəyə verən”ə ödənilə bilər. “Nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair” ** nömrəli müqavilənin 4.5.3-cü bəndinə müfaviq olaraq icarəyə götürən Cavabdeh öz xətti ilə yazıb həmin avtomobilin onun təqsiri üzündən yararsız vəziyyətə düşdüyünü etiraf etmiş və yararsız vəziyyətdə olan avtomobilin 8.000 (səkkiz min) manata satılmasına razılıq vermiş və avtomobilin qalan dəyərindən 9.000 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin təqsirli hərəkətləri nəticəsində mənə məxsus olan orta bazar dəyəri 20.000 (iyirmi min) manat təşkil edən **-RK-*** dövlət qeydiyyat nişanlı 2012-ci il istehsalı “KİA” Optima Minik markalı avtomobilim tam yararsız hala düşmüşdür. Cavabdehin yazılı razılığı ilə yararsız halda olan avtomobil 8.000 manata satılmış və həmin 8.000 manatdan əlavə avtomobilimin dəyərindən bu günə kimi mənə heç bir məbləğ ödənilməmişdir.”
Tərəflərin izahatları.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Cavabdeh iddia tələbini qəbul etməmişdir. Bildirmişdir ki, müvafiq avtomobillə hərəkətdə olarkən qəza törətmiş və avtomobil yararsız hala düşmüşdür, müqaviləni özü imzalamış lakin kasko sığortasının olmaması barədə məlumatı olmamış, maşının satılması da ondan xəbərsiz olmuş, məhkəməyə təqdim edilmiş ərizədə maşının satılması ilə bağlı razılığı qeyd olunmuş, imza ona məxsus olsa da ərizənin məzmumundan xəbərsiz olmuşdur.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi-vəkili məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir.
5. Belə olan halda, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
6. “xxxx” MMC (İcarəyə verən) və Cavabdeh oğlu (İcarədar) arasında ##.##.2024-cü il tarixdə bağlanmış ** nömrəli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinin sürətindən görünür ki, “İcarəyə verən” mülkiyyət hüququ ilə ona məxsus olan “KIA OPTIMA” minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “İcarədar”ın istifadəsinə verir, “İcarədar” isə həmin avtonəqliyyat vasitəsindən istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş məbləği “İcarəyə verən”ə ödəyir. “İcarədar” avtonəqliyyat vasitəsinin istifadəsinin 1 (bir) günü üçün 80 manat ödəyir. 7.## ###### 2025-ci il tarixli ,*** saylı “xxxx” MMC-nin rəyində qeyd edilir ki, “KIA” markalı, “Optima Minik” modelli, “Sedan tipli”, buraxılış ili 2012-ci il, ** RK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ümumi zərərin məbləği 14 694.00 manat olaraq müəyyən edilmişdir.
8. X2 avtoservis tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş qiymətləndirmə aktının sürətindən görünür ki, “KIA OPTIMA” minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ümumi zərərin məbləği (işçilik + ehtiyat hissələri) 15 870 manat məbləğində müəyyən edilmişdir.
9. AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin sürətindən görünür ki, buraxılış ili 2012-ci il olan, “KIA OPTIMA 328I” minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı adına qeydə alınmışdır.
İşin faktiki halları.
10. “xxxx” MMC (İcarəyə verən) və Cavabdeh oğlu (İcarəçi) arasında ##.##.2024-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, İcarəyə verən “KIA OPTIMA” markalı, ** RK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İcarəçinin istifadəsinə verməyi, İcarəçi isə həmin avtomobildən istifadənin bir gününə görə 80 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İcarə müddəti ##.##.2024-cü il, saat 22:40-dan ##.##.2024-cü il, saat 22:00-dək müəyyən edilmişdir.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq sürətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 675. Əmlak kirayəsi müqaviləsi. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 697. Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələri. 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Maddə 700. İcarə müqaviləsi. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq sürətdə tətbiq edilir.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
13. İşin faktiki hallarından görünür ki, “xxxx” MMC (İcarəyə verən) və Cavabdeh oğlu (İcarəçi) arasında ##.##.2024-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, İcarəyə verən “KIA OPTIMA” minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İcarəçinin istifadəsinə verməyi, İcarəçi isə həmin avtomobildən istifadənin bir gününə görə 80 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən, icarə müddəti ##.##.2024-cü il, saat 22:40-dan ##.##.2024-cü il, saat 22:00-dək müəyyən edilmişdir. Hazırda iddiaçı MMC iddia edir ki, icarə müqaviləsi əsasında avtomobil cavabdehin istifadəsində olduğu dövrdə avtomobil ##.##.2024-cü il tarixdə Bakı-Ələt yolunda idarə edərkən yol-nəqliyyat hadisəsi nəticəsində tam yararsız vəziyyətə düşmüş və nəticədə 20000 manat məbləğində zərər dəymişdir.
14. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik kirayəyə (icarəyə) verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində kirayəyə (icarəyə) verənə dəyən zərərin ödənilməsini müəyyən etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin müqavilə öhdəliyini pozaraq, müqavilə əsasında istifadə etdiyi avtomobillə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərər ödənilməlidir. İddiaçı iddia ərizəsində avtomobilinin ümumi dəyərinin 20000 manat olduğunu bildirsədə, iş materiallarında olan mütəxəssis rəyində bu zərər 14494 manat məbləğində qiymətləndirilmişdir. Belə ki, dəymiş zərərin 8 000 hissəsi avtomobilin satışından əldə olunmuş məbləğlə kompensasiya edilmişdir. Bu zaman yerdə qalan zərərin məbləğini hesablayan zaman ekspertizanın rəyinə əsaslanaraq 14494 manat məbləğindən avtomobilin satılmasından sonra əldə olunan məbləği çıxdıqda qalan 6694 manatın iddia tələbinə münasibətdə təmin edilməldir.
Məhkəmə xərcləri.
15. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 127 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
16. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 70 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
17. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən dəymiş zərərə görə 6694 manat məbləğində pul və 70 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
18. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh oğlundan 6694 (altı min altı yüz doxsan dörd) manat məbləğində pul və 70 (yetmiş) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Mələk Hüseynova