Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-196/2025 17.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İşin halları İddiaçı Cavabdeh 302 200 (üç yüz ikimin iki yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 600 (altı yüz) manat alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin sentyabr ayında cavabdeh iddiaçıya biznes fəaliyyətindən əldə edilmiş gəlirlərin bölüşdürülməsi barədə razılaşma imzalamışdır. Həmin razılaşma ilə cavabdeh iddiaçıya 400000,0 (dörd yüz min) manat vəsaitin verməli olduğunu, lakin ona vermədiyini, nağd şəklində geri qaytaracağını etiraf etmişdir. Bundan sonra cavabdeh özünün mülkiyyətində olan mənzili 97800,0 manat vəsaitə satıb, əldə olunmuş vəsaiti həmin borcun azaldılmasına yönəltmişdir. Eyni zamanda, cavabdeh iddiaçıya qarşı 2023-cü ildə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək öz iddia ərizəsi ilə etiraf etmişdir ki, iddiaçıya 400000,0 manat borcu var və həmin borcu qısa müddət ərzində geri qaytaracağına söz vermişdir. Cavabdehin iddia ərizəsində qeyd olunanlar həmçinin Sabunçu Rayon Məhkəməsinin qətnaməsində öz əksini tapmışdır. Hazırda cavabdehin iddiaçıya 302200,0 manat məbləğində borcu qalmışdır. Proses iştirakçılarının izahatı Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Bildirdi ki, 2022-ci ilin sentyabr ayında cavabdeh iddiaçıya biznes fəaliyyətindən əldə edilmiş gəlirlərin bölüşdürülməsi barədə razılaşma imzalamışdır. Həmin razılaşma ilə cavabdeh iddiaçıya 400 000 (dörd yüz min) manat vəsaitin verməli olduğunu, lakin ona vermədiyini, nağd şəklində geri qaytaracağını etiraf etmişdir. Bundan sonra cavabdeh özünün mülkiyyətində olan mənzili 97800 manat vəsaitə satıb, əldə olunmuş vəsaiti həmin borcun azaldılmasına yönəltmişdir. Eyni zamanda, cavabdeh iddiaçıya qarşı 2023-cü ildə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək öz iddia ərizəsi ilə etiraf etmişdir ki, iddiaçıya 400 000 manat borcu var və həmin borcu qısa müddət ərzində geri qaytaracağına söz vermişdir. Cavabdehin iddia ərizəsində qeyd olunanlar həmçinin Sabunçu Rayon Məhkəməsinin qətnaməsində öz əksini tapmışdır. Hazırda cavabdehin iddiaçıya 302200 manat məbləğində borcu qalmışdır. Qeyd olunanalara əsasən Cavabdeh 302 200 (üç yüz ikimin iki yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 600 (altı yüz) manat alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, razılaşmada olan imza və etibarnamədə olan imza ona məxsusdur, lakin razılaşmanı o, təyziq altında imza edib. Təziq altında imza etməyindən sonra polisə getməməsinin səbəbi onu arxayın etdi ki, formal sənəddir. Notariusa gedəndə anası da getmişdi. Mənzili satmaq istəmə səbəbi atası rəhmətə getdiyi üçün anasına 1 otaqlı ev almaq istəyirdi. Ordan da 5- 10 min manat Pərvizə hörmət etmək istəyirdi. Qalan pula da biznes qurmaq istəyirdi. Atası xx.xx.2022-ci ildə rəhmətə gedib. Razılaşmanı xx.xx.2022-ci ildə imzalamışlar. Qəbzdən qabaq Pərvizə pul vermək istəyirdi. Hələ atasının sağlığında təziq etməyə başlamışdı. Münaqişə var idi aralarında. Bundan qabaq alqı-satqının etibarsız hesab edilməsi tələbinə dair məhkəməyə verdiyi iddiadan xəbəri olmayıb. İddianı vəkil verib və vəkil iştirak edib. Vəkil ona nəticələri şifahi deyirdi və onun birinci, apellyasia və kassasiya instansiyalarındakı qərarlardan xəbəri olmayıb və ona təqdim edilməyib. 400.000 manata vəkili münasibət bildirdiyini bilirdi, ancaq o, bilmirdi ki, o onun 400.000 manat borcunu təstiq edir. Vəkilə etibarnamə vermişdi ki, onun adından çıxış edə bilsin. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etdi və bildirdi ki, İddiaçı ona qarşı Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinə iddia verərək ondan 302200 (üç yüz iki min iki yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 600 (altı yüz) manat alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi tələbinə iddia ərizəsi vermişdir. İddiaçı tərəfindən verilmiş iddia ərizəyə etiraz edərək aşağıdakı səbəblərə görə əsassız olduğuna görə həmin iddia təmin edilməməlidir və rədd edilməlidir. İddiaçı tərəfindən iddia ərizəsində göstərilən dəlillərin hec birinin əsası yoxdur. Onun iddiaçıya borcu yoxdur. İddiaçı ona qarşı şər və böhtan atır. Onun iddiaçıdan pul almağa ehtiyacı da yoxdur. Belə ki, onun tərəfindən iddiaçıya olan borcu yoxdur, onun tələb etdiyi 302 200 (üç yüz ikimin iki yüz) manat məbləğində pula dair heç bir müqavilə, qəbz və digər sənəd yoxdur. Eyni zamanda Sabunçu rayon polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X6, icraatında olan ********* nömrəli cinayət işinin materilları üzrə Cavabdeh ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qisminə tanınması barədə 26 sentyabr 2024-cü il tarixli qərar qəbul edilmişdir. Cinayət işinin başlanmasına səbəb Cavabdeh xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində yerləşən 2 saylı Doğum evinin yanındakı çay evində İddiaçı və sonuncunun tanışı kimi təqdim etdiyi kriminal aləmdə xüsusi nüfuza malik sağlamlığa zərər vurma və ya insan həyatına qəsd etməkdən çəkinməyən şəxs olan X5 ilə görüşə çağırıb masa arxasında oturmağa məcbur etdikdən sonra İddiaçı Cavabdeh 2007-ci ildə tanışının şirkətinə direktor müavini vəzifəsinə işə düzəlməsində köməklik göstərməyi müqabilində ondan pul tələb etmiş, Cavabdeh imtina etdikdə isə ona həmin işlədiyi şirkətə aid sənədlər nümayiş etdirərək iş yerində rəhbərliyinə qarşı dələduzluq etməsi barədə əldə etdiyi məlumatları yayacağı ilə hədələmiş, Cavabdeh işlədiyi dövürdə heç bir hüquq pozuntusuna yol verməməsinə baxmayaraq İddiaçı onu rəhbərliyinin qarşısında pis duruma salıb ona olan etibarı zədələyib işgüzar nüfuzuna xələl gətirməklə ləkələyə biləciyindən ehtiyatlanıb həmin ünvanda Ədalət Hüseynovun da aqressiv təkidi və hədəsi nəticəsində özü ilə yazaraq gətirdiyi biznes fəaliyyətindən əldə olunan gəlirin bölüşdürülməsi adı ilə tərdib olunmuş uydurma razılaşmaya imza etdirib 400 000 manat pulu hədə qorxu ilə tələb etmiş və bir gün sonra həmin qəbzdən istifadə etməklə xx.xx.2022-ci il tarixdə 06 saylı notariat kontorunda Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 121 nömrəli 96.7 kvadrat metr sahəyə malik mənzilə dair bütün hüquqları özündə ehtiva edən etibarnamə alıb əmlaka olan hüququnu ələ keçirib həmin etibarnamə iiə qeyd edilən mənzili 15 gün sonra xx.xx.2022-ci il tarixdə qohumu X2 adına rəsmiləşdirməklə əmlakını ələ keçirməsi, əsas isə bu barədə daxil olmuş məlumat əsasında toplanmış materiallar olmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində Cavabdeh birbaşa maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduğundan o, zərər çəkmiş şəxs qismində tanınmalıdır”. İş materiallarına əlavə olunmuş sənədlər xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Əlicabbar Orucəliyev küçəsi ev 70, 72, 121 nömrəli mənzil Cavabdeh adından etibarnamə əsasında İddiaçı tərəfindən X1. “Biznes fəaliyyətinidən əldə edilmiş gəlirlərin bölüşdürülməsi barədə razılaşmanın surətindən görünür ki, Cavabdeh İddiaçı ilə razılaşır ki, onun tərəfindən 2007-2008-ci illərdə başladılmış olan və onun tərəfindən idarə edilmiş biznes fəaliyyətindən dolayı həmin gəlirlərin 400000 (dörd yüz min) manat hissəsi İddiaçı məxsus olmuş, lakin tərəfimdən ona verilməmişdir. Bu gəlirlərin məbləğini hər ikisi təsdiq edir və imzalarla təsdiq edir. Razılaşdırılır ki, İddiaçı verəcəyi pulu nağd olaraq ödəyəcək. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3028/2023 nömrəli iş üzrə 8 avqust 2023-cü il tarixli qətnaməsi ilə Cavabdehlər X3 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri Nərimanov rayonu Əlicabbar Orucəliyev küçəsi ev 70, 72, 121 nömrəli mənzilin Samir Abdullayevə satılması ilə bağlı olan ******* saylı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması ilə bağlı qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia rədd olunmuş, dövlət rüsumu iddiaçıya aid edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6749/2023 nömrəli iş üzrə 27 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), F.Abdıyev və F.Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1264/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6749/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - pretenziya məktubunun sürətindən görünür ki, iddiaçı cavabdehdən borcunun qaytarılmasıı tələb edib, əks təqdirdə 5 gün müddətində məhkəməyə müraciət edəcəyini bildirib. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması haqqında qərarın sürətindən görünür ki, Cavabdeh müraciəti əsasında Bakı şəhəri Sabunçu rayon polis idarəsinin İstintaq şöbəsində toplanmış material üzrə faktla, bağlı Azərbaycan Respublikası CM-in 182.3.2-ci maddəsi İlə cinayət işi başlanması və istintaq aparılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərarın sürətindən görünür ki, Cavabdeh ********** №-li cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərarın sürətindən görünür ki, İddiaçı barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi qərara allınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339,6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarındа qeyd edilir ki, “müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı tələbini, 2007-2008-ci illərdə başladılmış və cavabdeh tərəfindən idarə edilmiş biznes fəaliyyətindən gəlir əldə edilməsi və bu gəlirin 400000 manat hissəsinin ona məxsus olmаsı ilə əsаslаndırmış, tələbinin əsаsı kimi istinаd etdiyi həmin hаlın təsdiqi üçün “Biznes fəaliyyətinidən əldə edilmiş gəlirlərin bölüşdürülməsi barədə razılaşma” аdlı sənədin surətini təqdim etmişdir. Cavabdeh “Biznes fəaliyyətinidən əldə edilmiş gəlirlərin bölüşdürülməsi barədə razılaşma” аdlı sənədi xx.xx.2022-ci il tarixdə iddiаçının və sonuncunun tanışı kimi təqdim etdiyi kriminal aləmdə xüsusi nüfuza malik olan X5 аdlı şəхsin etdikləri məcburetmə (hədələmə) nəticəsində imzаlаmаsı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3028/2023 nömrəli iş üzrə iddia ərizəsinin bilavasitə Cavabdeh tərəfindən tərtib edilməməsi, həmin prosesdə iştirak etməməsi, məhkəmədə nümаyəndə vаsitəsi ilə təmsil olunmаsı əsаsı ilə iddia tələbinə etirаz etmişdir. İddiaçı 2007-2008-ci illərdə cavabdeh tərəfindən idarə edilmiş biznes fəaliyyətinin nədə ifаdə оlunduğunu izаh edə bilməmiş, eləcə də cavabdeh tərəfindən hər hаnsı biznes fəaliyyətinin həyаtа keçirilməsi və yа idarə edilməsi bаrədə sübut təqdim etməmişdir. İş üzrə sübutlаrlа tərəflərin 2007-2008-ci illərdə hər hаnsı biznes fəaliyyəti başlatmаlаrı, bu fəaliyyətin cavabdeh tərəfindən idarə edilməsi hаlı təsdiq edilməmişdir. Əksinə, yаnаşı yохlаnılmış sübutlardаn görünür ki, iddiаçının özü ilə yazaraq gətirdiyi biznes fəaliyyətindən əldə olunan gəlirin bölüşdürülməsi adı ilə tərtib olunmuş razılaşmaya, aqressiv təkidi və hədəsi nəticəsində imza etdirib 400 000 manat pulu hədə qorxu ilə tələb etməsi və bir gün sonra həmin qəbzdən istifadə etməklə xx.xx.2022-ci il tarixdə 06 saylı notariat kontorunda cаvаbdehin xüsusi mülkiyyətində olan mənzilə dair bütün hüquqları özündə ehtiva edən etibarnamə alıb, 15 gün sonra xx.xx.2022-ci il tarixdə qohumu X2 adına rəsmiləşdirməklə əmlakını ələ keçirməsi faktı ilə bağlı Azərbaycan Respublikası CM-in 182.3.2-ci maddəsi ilə barəsində cinayət icraatı qaydasında iş aparılmasına bахmаyаrаq, iddiаçı istintаq оrqаnının qərarlarından, yaxud hərəkətlərindən şikayət etmir. Məhkəmə tərəflərin 2007-2008-ci illərdə hər hаnsı biznes fəaliyyəti başlatmаlаrı, bu fəaliyyətin cavabdeh tərəfindən idarə edilməsi hаlının təsdiq edilmədiyini, biznes fəaliyyəti başlatmаlаrı bаrədə yаzılı razılaşma оlmаdığı hаldа, “Biznes fəaliyyətinidən əldə edilmiş gəlirlərin bölüşdürülməsi barədə razılaşma”nın tərtib оlunmаsını, eləcə də iddiаçının başlatdıqlаrı və iki il ərzində cavabdeh tərəfindən idarə edilmiş biznes fəaliyyətinidən 2007-2008-ci illərdə əldə edilmiş gəlirlərin özünə düşən hissəsinin verilməsini uzun müddət sоnrа xx.xx.2022-ci il tarixdə tələb etməsinə əsаs оlmuş hаlı izаh edə bilməməsini, bаrəsində cinаyət icrааtı qаydаsındа аrаşdırmа аpаrаn istintаq оrqаnının qərarlarından, yaxud hərəkətlərindən şikayət etməməsini nəzərə аlаrаq, “Biznes fəaliyyətinidən əldə edilmiş gəlirlərin bölüşdürülməsi barədə razılaşma” аdlı sənədi xx.xx.2022-ci il tarixdə iddiаçının və sonuncunun tanışı kimi təqdim etdiyi kriminal aləmdə xüsusi nüfuza malik olan X5 аdlı şəхsin etdikləri məcburetmə (hədələmə) nəticəsində imzаlаmаsı bаrədə cavabdehin bildirdiklərini işin hаllаrınа uyğun sаyır. Məhkəmə оnu dа qeyd etməyi zəruri sаyır ki, həmin mübаhisə üzrə аrаşdırmаnın predmeti оlmаdığındаn cаvаbdehin nümаyəndəsinin iddiа ərizəsində göstərdikləri və məhkəmədə bildirdikləri məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar оlаrаq dəyərləndirilə və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3028/2023 nömrəli iş üzrə 8 avqust 2023-cü il tarixli qətnaməsi hаzırkı mübаhisənin həllində preyudisial sаyılа bilməz. Məhkəmə iddiа tələbi üzrə belə nəticəyə gəlir ki, iddia tələbinin əsaslandığı “Biznes fəaliyyətinidən əldə edilmiş gəlirlərin bölüşdürülməsi barədə razılaşma” аdlı sənəd etibarsız olduğundаn, bununla da həmin sənəd üzrə hüquqi nəticə əmələ gəlmədiyindən, yəni müqavilə üzrə iddia olunan subyektiv hüquq yaranmadığındаn, iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud deyil. “Biznes fəaliyyətinidən əldə edilmiş gəlirlərin bölüşdürülməsi barədə razılaşma” аdlı sənəd üzrə iddiаçının tələb etmək hüququ və cаvаbdehin icrа etmək öhdəliyi əmələ gəlməmişdir. Оdur ki, biznes fəaliyyətinidən əldə edilmiş gəlir оlаrаq 302200 manat məbləğində pulun cаvаbdehdən iddiаçının хeyrinə tutulmаsınа dаir iddiа tələbi təmin edilə bilməz. Məhkəmə həmçinin iddianın dövlət rüsumu tələbi hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu da iddiaçının özüdə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd edilən qanunvericilik akt normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-196/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-196/2025
17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver