Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-200/2023 20.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı “Accessbank» QSC-nin nümayəndəsi X4 Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı “Accessbank» QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh3 qarşı “tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Accessbank» QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh3 qarşı “tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-315/2022 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 17513.99 manat borcun və 150 manatın tutularaq iddiaçı AccessBank QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)- 315/2022 saylı qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Cavabdeh1 "xxxx" QSC ilə bağladığı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin еdilməsi məqsədilə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2011-ci il tarixli 21M000000064 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, S.Fərmanov küçəsində yerləşən 55 nömrəli fərdi yaşayış evi (həyətyanı tikili və qurğularla birlikdə) İddiaçıQSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 157 №-li reyestr kitabının 14364 №-li vərəqində qeydiyyata alınmış və MA ******* №-li çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, S.Fərmanov küçəsində yerləşən 55 nömrəli fərdi yaşayış evinin (həyətyanı tikili və qurğularla birlikdə) Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh3 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2022-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, S.Fərmanov küçəsində yerləşən 55 nömrəli fərdi yaşayış evi (həyətyanı tikili və qurğularla birlikdə) AccessBank QSC qarşısında ipoteka ilə yüklü edilərkən həmin evdə qeydiyyatda olan Cavabdeh1 və ipoteka qoyanın həyat yoldaşı Cavabdeh2 notariat kontoruna ərizə təqdimedərək əmlakın bank qarşısında ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşlər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)- 315/2022 saylı qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh3 AccessBank QSC-nin xeyrinə tutulmalı cəmi 17513.99 manat məbləğində borcun, ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqının ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, S.Fərmanov küçəsində yerləşən 55 nömrəli fərdi yaşayış evinə (həyətyanı tikili və qurğularla birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına AccessBank QSC-yə olan borcun ödənilməsi, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, S.Fərmanov küçəsində yerləşən 55 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, X3 və Cavabdeh1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçınin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə verdiyi izahatında bildirdi ki, ekspertin rəyi ilə razıdır. Həmçinin bildirdi ki, qeyd olunan borc əslində onun deyil. O, kredit götürüb başqa şəxsə vermişdir. Borcunu qısa zamanda bağlayacaqdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 məhkəməyə verdiyi izahatında bildird ki, ekspertin rəyi ilə razıdır. Həmçinin bildirdi ki, Cavabdeh1 borcunu qısa zamanda ödəyəcəkdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib,iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-315/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 16600,0 manat əsas, 83,99 manat faiz, 830,0 manat cərimə borcu olmaqla, cəmi 17513,99 (on yeddi min beş yüz on üç manat, doxsan doqquz qəpik) manat məbləğində pul vəsaiti və 150,0 (bir yüz əlli) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 birgə qaydada alınaraq İddiaçı QSC-yə ödənilməsi, ekspertiza xərci kimi 100,0 (bir yüz) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki: 21L000000683 saylı xx.xx.2011-ci il tarixli müqavilədən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 30000 manat məbləğində kredit xətti açılmışdır. 021R********** saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 30000 manat məbləğində kredit xətti açılmış və həmin müqavilə əsasında 23 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 30000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2019-cu il tarixli ödəniş planından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək İddiaçı QSC-yə 30000 manat əsas kredit borcu, 6595,81 manat faiz borcu olmaqla, cəmi 36595,81 manat məbləğində borcu ödəməli idi. Kreditin verilməsi barədə qəbzin surətindən aydın olur ki, Cavabdeh1 30000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2020-ci il tarixli 021R**********S saylı, xx.xx.2020-ci il tarixli 021R**********SA saylı, xx.xx.2020-ci il tarixli 021R**********SB saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Eyni zamanda, zaminlik müqavilələrindən görünür ki, əsas borclu Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası digər Cavabdeh3 zaminliyi ilə təmin edilmiş və onlar bank qarşısında əsas borclu ilə birgə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarına ələvə olunmuş İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 21M000000064 saylı xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka saxlayanla borclu Cavabdeh1 arasında bağlanmış 21L000000683 saylı xx.xx.2011-ci il tarixli əsas kredit müqaviləsinə əsasən kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilələr ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İpoteka predmeti: Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, S.Fərmanov küçəsində yerləşən 55 nömrəli fərdi yaşayış evi. İş materiallarında olan Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, S.Fərmanov küçəsində yerləşən 55 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsusdur. İş materiallarında olan Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, S.Fərmanov küçəsində yerləşən 55 nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərardadı ilə ipoteka predmeti olan göstərilən daşınmaz əmlakın bazar qiymətinə uyğun qiymətləndirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuş və 10/8845-9/8431 saylı xx.xx.2023-cü il tarixli ekspet rəyi ilə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, S.Fərmanov küçəsində yerləşən 55 nömrəli fərdi yaşayış evinin hazırkı vəziyyətdə orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 59550,0 manat, likvid dəyərinin 56500,0 manat məbləğində olması müəyyən olunmuşdur. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 100,0 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 15,0 manat dövlət rüsumu və xidmət haqqı kimi 30,0 manat məbləğində pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən Cavabdeh3 ünvanlanmış xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı cavabdehi tələbin ipoteka predmetinə yönəldilməsi barədə xəbərdar etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2011-ci il tarixli 21L000000683 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 021R********** saylı kredit razılaşması əsasında 23 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 021R**********S saylı, xx.xx.2020-ci il tarixli 021R**********SA saylı, xx.xx.2020-ci il tarixli 021R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 bankla zaminlik müqaviləsi bağlayaraq bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Həmçinin, kreditin təminatı olaraq Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, S.Fərmanov küçəsində yerləşən 55 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü etmişdir. Verilmiş kreditlərin qaytarılmasının təminatı kimi cavabdeh arasında ipoteka müqaviləsi bağlanılmışdır. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin borclu müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşlar. Borclu bu kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Bundan sonra iddiaçı bank borcun tutulması üçün məhkəməyə iddia ilə müraciət etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-315/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən 16600,0 manat əsas, 83,99 manat faiz, 830,0 manat cərimə borcu olmaqla, cəmi 17513,99 manat məbləğində pul vəsaiti və 150,0 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 birgə qaydada alınaraq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı hazırkı iddia ilə müraciət edərək, qeyd olunan borc tələbinin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini xahiş edir. Məhkəmə həmçinin tələbin həmin hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və əsas verən Qanunda nəzərdə tutulmuş digər hallar nəzərdə tutulmuşdur Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaklar yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizasının həvalə olunduğu Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/8845-9/8431 saylı xx.xx.2023-cü il tarixli rəyindən aydın olur ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, S.Fərmanov küçəsində yerləşən 55 nömrəli fərdi yaşayış evi olan daşınmaz əmlak qiymətləndirilmiş həmin əmlakın likvid dəyəri 56500,0 manat müəyyən edilmişdir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspert rəyini MPM-nin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Belə olan halda məhkəmə tərəflər arasında daşınmaz əmlakın ilkin satış qiyməti barədə razılıq olmamasını, qiymətləndirmə aparmış Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin qiymətləndirmə sahəsində xüsusi biliyi olduğunu nəzərə alaraq, onun tərəfindən aparılmış qiymətləndirməni Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, S.Fərmanov küçəsində yerləşən 55 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti olaraq qəbul edilməsini mümkün hesab edir. Bu baxımdan ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməli olduğundan və əmlakın likvid dəyəri 56500,0 manat olduğundan mübahisəli daşınmaz əmlakın ilkin satış qiyməti 56500,0 manat müəyyən edilməklə açıq hərracdan satılsın, satışdan əldə olunan pul vəsaiti İddiaçı QSC-yə olan borcun qaytarılmasına ödənilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “qeyd olunan əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, X3 və Cavabdeh1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması” tələbinə dair hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən daşınmaz əmlak(lar) ipoteka müqavilə(lər)si üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, S.Fərmanov küçəsində yerləşən 55 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay ərzində Cavabdeh3, X3 və Cavabdeh1 həmin əmlakdan çıxarılmalı və həmin əmlak boşaldılmalıdır. Məhkəmə iddia tələbinin “əmlakın hərracın nəticələri üzrə alıcıyatəhvil verilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. İpotekaya qoyulmuş ev və ya mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, “əmlakın hərracın nəticələri üzrə alıcıyatəhvil verilməsi” barədə iddia tələbi təmin edilə bilməz. Məhkəmə həmçinin iddianın 100,0 manat məbləğində dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 15,0 manat dövlət rüsumunun və xidmət haqqına görə 30,0 manat məbləğinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu və digər xərcləri ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumununu və digər xərcləri ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən aydın olur ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddianın əsas hissəsi təmin olunduğundan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 100,0 manat məbləğində pul cavabdehdən alınaraq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 100,0 manat məbləğində dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 15,0 manat məbləğində dövlət rüsumu və 30 manat məbləğində xidmət haqqı Cavabdeh3, X1 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-315/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh3 AccessBank QSC-nin xeyrinə tutulmuş 17513,99 manat məbləğində borcun, ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması ipoteka ilə yüklü edilmiş və Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, S.Fərmanov küçəsində yerləşən 55 nömrəli fərdi yaşayış evinə yönəldilsin. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, S.Fərmanov küçəsində yerləşən 55 nömrəli fərdi yaşayış evi ilkin satış qiyməti 56500,0 (əlli altı min beş yüz) manat olmaqla açıq hərracdan satılsın. Satışdan əldə olunan pul vəsaiti İddiaçı QSC-yə olan borcun qaytarılmasına ödənilsin. İpoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, S.Fərmanov küçəsində yerləşən 55 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda 1 ay ərzində Cavabdeh3, X3 və Cavabdeh1 həmin yaşayış sahəsindən çıxarılsın və boşaldılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 100,0 manat məbləğində pul cavabdehlər Cavabdeh3, X1 və Cavabdeh1 müştərək qaydada alınaraq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. İddia qlan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-200/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-200/2023
20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver