Məhkəmə qərarları › İş №e-2(003)-2008/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2008/2025

20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2008/2025 20.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borc” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdrilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 2107,84 manat əsas borcun, 141,38 manat faiz borcun, 50 manat cərimə olmaqla cəmi 2299,22 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 43 manatın "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən ona illik faiz dərəcəsi 36 faiz olmaqla 24 ay müddətinə qaytarılması şərtilə 3010 manat kredit verilmişdir. Lakin cavabdeh iddiaçı qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Nəticədə kredit müqaviləsi üzrə 2107,84 manat əsas borc, 141,38 manat faiz borcu və 50 manat dəbbə borcu olmaqla cəmi 2299,22 manat borcu yaranmışdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, GARA-37102-4797 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 36 faiz dərəcəsi ilə 3010 manat məbləğində kredit verilmişdir. İş materialların əlavə olunan ödəniş qrafikindən görünür ki, cavabdeh yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərini xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək hər ay 179 manat, sonuncu ay isə 161,55 manat məbləğində ödəniş etməklə yerinə yetirməlidir. İş materiallarına əlavə olunmuş arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə kredit müqaviləsi üzrə 2107,84 manat əsas, 141,38 manat faiz, 68,49 manat dəbbə borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən yaranmış borcun xx.xx.2025-ci il tarixədək ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən aralarında bağlanmış kredit müqailəsinə əsasən cavabdehə illik 36 faiz dərəcəsi ilə 24 ay müddətinə qaytarılması şərtilə 3010 manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək hər ay 179 manat, sonuncu ay isə 161,55 manat məbləğində ödəniş etməklə yerinə yetirməsi barədə üzərinə məsuliyyət götürməsinə baxmayaraq, o, öhdəlikləri lazımi qaydada icra etməmiş və kredit müqaviləsi şərtlərini pozmuşdur. Onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və cavabdehdən iddiaçının xeyrinə 2107,84 manat əsas, 141,38 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh kredit müqaviləsi üzrə ödənişi vaxtında ödəmədikdə üzərinə dəbbə ödənilməsi öhdəliyini götürmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 50 manat məbləğində cərimə tutulmalıdır. İş materiallarına əlavə olunmuş ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 43 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ərizə, 43 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması hissəsində də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı "xxxx" MMC-nin xeyrinə Cavabdeh 2107,84 manat əsas, 141,38 manat faiz, 50 manat cərimə olmaqla cəmi 2299,22 manat (iki min iki yüz doxsan doqquz manat iyirmi iki qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar