Məhkəmə qərarları › İş №e-2(003)-2034/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2034/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2034/2025 21.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borc” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdrilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 300 manat əsas borcun, 15 manat faiz borcun, 43,50 manat verilmiş kredit üzrə xidmət haqqının, 181,50 manat cərimə borcunun, cəmi 540 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manatın İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin bağladığı xx.xx.2023-cü il tarixli mikrokredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC-dən şəxsi məqsədləri üçün 30 gün müddətinə illik 60,85 % ödəmək şərtilə 300 manat məbləğində kredit götürmüşdür. Həmin müqaviləyəyə görə xidmət haqqının məbləği 43,50 manat təşkil etmişdir. Lakin cavabdeh müqavilənin şərtini pozaraq öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Mikrokredit müqaviləsi üzrə tələb hüququ xx.xx.2024-cü il tarixli müqavilə əsasında "xxxx" BOKT MMC-dən İddiaçı ASC-yə güzəşt edilmişdir. Hazırda cavabdehin müqavilə üzrə 300 manat əsas, 15 manat faiz, 43,50 manat verilmiş kredit üzrə xidmət haqqı və 181,50 manat cərimə borcu olmaqla 540 manat borcu yaranmışdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, bu müqavilə Cavabdeh, xidmət haqqı 43,50 manat, kredit məbləğindən istifadəyə görə 15 manat olmaqla illik 60,85 % dərəcəsi ilə 300 manat məbləğində kreditin verilməsi haqqında bağlanmışdır. İş materiallarına əlavə olunan ödəniş tapşırığından görünür ki, "xxxx" BOKT MMC tərəfindən Cavabdeh bank hesabına 300 manat məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş tələbkar "xxxx" BOKT MMC ilə yeni tələbkar İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli tələb hüququnun satılması haqqında müqavilədən görünür ki, bu müqaviləyə görə tələbkar, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə (siyahı) və ya elektron daşıyıcılarda qeyd edilən məbləğdə borc qalıqlarına dair tələbi üzrə bütün hüquqları yeni tələbkara satmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli müqaviləyə 03 saylı əlavədən görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə bütün hüquqlar İddiaçı ASC-yə satılmşdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" BOKT MMC ilə bağladığı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan borcun məbləği 540 manat təşkil edir. İş materiallarına əlavə olunmuş İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" BOKT MMC ilə bağladığı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun 10 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materialları ilə müəyyən edilir ki, "xxxx" BOKT MMC tərəfindən Cavabdeh aralarında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi əsasında xidmət haqqı 43,50 manat, kredit məbləğindən istifadəyə görə 15 manat faiz olmaqla 300 manat məbləğində kredit verilmişdir. "xxxx" BOKT MMC tərəfindən Cavabdeh ilə aralarında bağlanmış həmin kredit müqaviləsi üzrə bütün tələb hüquqlarını iddiaçıya (İddiaçı ASC-yə) satmışdır. Kreditalan (cavabdeh) kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş və kredit müqaviləsi şərtlərini pozmuşdur. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Odur ki məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və cavabdehdən iddiaçının xeyrinə 300 manat əsas, 15 manat faiz və 43,50 manat kreditin verilməsinə görə xidmət haqqı tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin məcəllənin 467-ci maddəsinə əsasən “məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər”. İş materialları ilə müəyyən olunur ki, cavabdeh ödənişi vaxtında ödəmədikdə üzərinə cərimə ödənilməsi öhdəliyini götürmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə cərimə tutulmalıdır. Lakin hazırda 300 manat məbləğində əsas borca görə cavabdehdən 181,50 manat məbləğində cərimənin tələb edilməsini məhkəmə tənasübsüz surətdə yüksək hesab edir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 30 manat məbləğində cərimə tutulmalıdır. İş materiallarına əlavə olunmuş ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30,00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ərizə, 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulması hissəsində də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı ASC-nin xeyrinə Cavabdeh 300 manat əsas, 15 manat faiz, 43,50 manat kreditin verilməsinə görə xidmət haqqı, 30 manat cərimə olmaqla cəmi 388,50 manat (üç yüz səksən səkkiz manat əlli qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar