Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2054/2022 20.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi İddiaçının nümayəndəsi X1 Cavabdeh iştirakı ilə İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının Cavabdeh qarşı borcun tutulması barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB borclu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında bağlanmış 22 may 2015-ci il tarixli 1xx/xx/108158/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 407.14 manat əsas borc, 237.76 manat faiz, 57.96 manat gecikmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi və 26.96 manat cərimə olmaqla, ümumilikdə 729.82 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun QSC «Bank Standart» KB-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin nümayəndəsi X2 iddia tələbini onunla əsaslandırmışdır ki, QSC “Bank Standart” KB ilə Cavabdeh arasında bağlanmış 22 may 2015-ci il tarixli 1xx/xx/108158/15 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 48 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 7500 manat kredit verilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə Banka 407.14 manat əsas borc, 237.76 manat faiz, 57.96 manat gecikmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi və 26.96 manat cərimə olmaqla, ümumilikdə 729.82 manat məbləğində borcu yaranmışdır. Qeyd olunanlara əsasən, cavabdehlə arasında bağlanmış 22 may 2015-ci il tarixli 1xx/xx/108158/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 407.14 manat əsas borc, 237.76 manat faiz, 57.96 manat gecikmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi və 26.96 manat cərimə olmaqla, ümumilikdə 729.82 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun QSC «Bank Standart» KB-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, ona uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, QSC “Bank Standart” KB ilə cavabdeh arasında bağlanmış 22 may 2015-ci il tarixli 1xx/xx/108158/15 saylı kredit müqaviləsinə əsasən, 48 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 7500 manat kredit verilmişdir. Bank bağlandığına görə əlaqə saxlamaq və ödəniş etmək mümkün olmamışdır. Bundan əlavə, bildirmişdir ki, cavabdeh tərəfindən hər ay ödəniş olub, sadəcə 1 ay ödəniş həyata keçməyib. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iddia ərizəsinə, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, Ləğv prosesində olan QSC «Bank Standart» KB ilə Cavabdeh arasında 22 may 2015-ci il tarixli, 1xx/xx/108158/15 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, Ləğv prosesində olan QSC «Bank Standart» KB tərəfindən Cavabdeh illik 24 faiz ödəmək şərti ilə 48 ay müddətinə 7500 manat məbləğində kredit verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB ilə Cavabdeh arasında 22 may 2015-ci il tarixli, 1xx/xx/108158/15 saylı kredit müqaviləsi bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Belə ki, iş materiallarında olan Ləğv prosesində olan QSC «Bank Standart» KB tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh Banka olan borcunun 3 gün ərzində tam ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İşin məhkəmə iclasında araşdırılan hallarından və iş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun banka olan əsas borcu 407.14 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 237.76 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz dərəcəsi 57.96 manat, cərimə borcu 26.96 manat olmaqla, cəmi 729.82 manat təşkil etmişdir. Cavabdeh tərəf iddia tələbinə etiraz edərək, cavabdeh tərəfindən hər ay ödəniş olunduğunu, sadəcə 1 ay ödəniş həyata keçmədiyini bildirmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbinin qeyd edilən hissəsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, tərəflər arasında müqavilə 4 il müddətinə bağlanmış, yəni müqavilənin bitmə tarixi 2019-ci ilin may ayı müəyyən olunmuşdur. Beləliklə iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının xeyrinə Cavabdeh 407.14 manat əsas borc, 237.76 manat faiz, 57.96 manat gecikmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi və 26.96 manat cərimə olmaqla, ümumilikdə 729.82 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumu 30 manat məbləği tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının xeyrinə Cavabdeh 407.14 manat əsas borc, 237.76 manat faiz, 57.96 manat gecikmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi və 26.96 manat cərimə olmaqla, ümumilikdə 729.82 (yeddi yüz iyirmi doqquz manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 30 manat məbləği tutulsun. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-2054/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2054/2022
20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver