Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2058/2025 21.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borc” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı BOKT MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdrilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 800 manat əsas borcun, 40 manat faiz borcun, 116 manat komissiyanın və 484 manat cərimə olmaqla cəmi 1440 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 34,40 manatın İddiaçı BOKT MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən ona 30 gün müddətinə illik 60,85 faiz ödəmək şərtilə 800 manat kredit verilmişdir. İddiaçı müqavilə üzrə üzərinizə düşən öhdəliyi tam və lazımi qaydada icra etsə, cavabdeh öhdəliyini vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin kredit müqaviləsi üzrə 800 manat əsas borc, 40 manat faiz borcu, xidmət haqqına (komissiyaya) görə 116 manat və 484 manat dəbbə borcu yaranmışdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, bu müqavilə Cavabdeh xx.xx.2024-cü il tarixdə ödənilməsi şərtilə xidmət haqqı 116 manat, kredit məbləğindən istifadəyə görə 40 manat olmaqla illik 60,85 % dərəcəsi ilə 800 manat məbləğində kreditin verilməsi haqqında bağlanmışdır. İş materiallarına əlavə olunan ödəniş tapşırığından görünür ki, İddiaçı BOKT MMC tərəfindən Cavabdeh bank hesabına 800 manat məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın İddiaçı BOKT MMC-yə kredit müqaviləsi üzrə 800 manat əsas, 40 manat faiz, 116 manat komissiya və 484 manat cərimə olmaqla cəmi 1440 manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı BOKT MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, cavabdehdən yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən aralarında bağlanmış kredit müqailəsinə əsasən cavabdehə xx.xx.2023-cü il tarixdə ödənilməsi şərtilə xidmət haqqı 116 manat, kredit məbləğindən istifadəyə görə 40 manat olmaqla illik 60,85 % dərəcəsi ilə 800 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş və kredit müqaviləsi şərtlərini pozmuşdur. Onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və cavabdehdən iddiaçının xeyrinə 800 manat əsas, 40 manat faiz və 116 manat xidmət haqqı (komissiya) borcu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin məcəllənin 467-ci maddəsinə əsasən “məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər”. İş materialları ilə müəyyən olunur ki, cavabdeh kredit müqaviləsi üzrə ödənişi vaxtında ödəmədikdə üzərinə cərimə ödənilməsi öhdəliyini götürmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə cərimə tutulmalıdır. Lakin hazırda 800 manat məbləğində əsas borca görə cavabdehdən 484 manat məbləğində cərimənin tələb edilməsini məhkəmə tənasübsüz surətdə yüksək hesab edir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 50 manat məbləğində cərimə tutulmalıdır. İş materiallarına əlavə olunmuş **********79 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 34,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ərizə, 34,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması hissəsində də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı BOKT MMC-nin xeyrinə Cavabdeh 800 manat əsas, 40 manat faiz, 116 manat xidmət haqqı (komissiya), 50 manat cərimə olmaqla cəmi 1006 manat (bir min altı manat) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34,40 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-2058/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2058/2025
21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver