Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2065/2023 31.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, pendir istehsalı ilə məşğul olan "xxxx" MMC-nin sahibidir və şirkətin Qazax rayonu ərazisində maldarlıq təsərrüfatı vardır. Təsərrüfatın yerləşdiyi sahədə günəş panellərinin gücləndirilməsi zərurəti yaranmışdır və bu barədə şirkətin satış meneceri Vahid Hüseynova tapşırıq vermişdir. Maldarlıq təsərrüfatında şirkətə məxsus 21 ədəd günəş panellərini gücləndirmək məqsədilə Vahid Hüseynov bu sahədə özünü mütəxəssis kimi təqdim edən Cavabdeh ilə əlaqə saxlamışdır. Cavabdeh 2022-ci ilin may ayında həmin günəş panellərini Bakı şəhərinə aparıb gücləndirəcəyini bildirmişdir. Bunun müqabilində iddiaçı tərəfindən Cavabdeh 5500 manat pul verildi və o, günəş panellərini Bakı şəhərinə apardı. Aralarında olan razılaşmaya əsasən Cavabdeh həmin panelləri 2022-ci ilin iyun ayının sonuna qədər gücləndirib təhvil verəcəkdi. Bu barədə şirkətin digər əməkdaşı X6, Cavabdeh qardaşının və anasının iştirakı ilə qəbz tərtib edib, işi yuxarıda göstərilən tarixədək təhvil verməyəcəyi təqdirdə 11000 manat pul verəcəyi ilə bağlı öhdəlik götürmüşdür. Lakin sonradan Cavabdeh müxtəlif bəhanələr gətirərək günəş panellərini geri qaytarmamış, nə də pulu ödəməmişdir. Belə olduğu halda şirkətin digər əməkdaşı X1 Cavabdehlə danışıq aparmasını xahiş etdim ki, sonuncu aralarında olan razılaşmanı icra etsin. xx.xx.2022-ci il tarixdə Vahid Hüseynov pulun geri qaytarılmasını tələb etdikdə, Cavabdeh əlindəki günəş paneli ilə onun sol göz nayihəsindən vurmuş və Vahid xəsarət almışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(003)- 599/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törtəməkdə təqsirli bilinib, 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həm ibtidai istintaq, həm məhkəmə istintaqı dövründə dəymiş ziyanın ödənilməsi ilə bağlı dəfərlərlə müraciət edilməsinə baxmayaraq heç bir nəticəsi olmamış, Cavabdeh pulu ödəməkdən imtina elmişdir. Odur ki, Cavabdeh 11000 manat pulun və 123 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 11123 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş, məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-in 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 ifadəsində göstərdi ki, iddiaçı Süleymanın işçisidir. Onlarda olan günəş panelləri zəif olduğundan onların gücləndirilməsi üçün Cavabdehlə danışılmış o da öz növbəsində həmin panelləri müəyyən avadanlıqlar əlavə edilməklə düzəldə biləcəyini bildirmişdir. Cavabdeh həmin panelləri düzəltmişdir. Lakin həmin panellər 4-5 gün normal işlədi. İddiaçı bu barədə Cavabdeh bildirdikdə o, həmin panelləri onlardan götürüb düzəltməli olduğunu bildirdi. Bundan sonra Cavabdeh həmin panelləri söküb apardı. Ona həmin panellərin bərpası üçün ümumilikdə 5500,0 manat pul verilib. Cavabdeh panellərin bərpası üçün pul vəsaiti İddiaçı tərəfindən onun yanında verilmişdir. Cavabdeh Panelləri söküb apardıqdan sonra panelləri onlara qaytarmadı. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını, iş materiallarını nəzərdən keçirib məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış ərizənin surətindən görünür ki, Cavabdeh X2 50 kvt-lıq günəş panel və invertor quraşdırılması müqabilində 5500 (beş min beş yüz) manat məbləğində pul almış, xx.xx.2022-ci il tarixə öz işini təhvil verməyəcəyi təqdirdə X6 11000 (on bir min) manat pul verməyi öhdəsinə götürmüşdür. Ərizəni şahid qismində cavabdehin anası Ağayeva Minayə və qardaşı Əliyev Amid imzalamışlar. İş materiallarında olan Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 1(003)-599/2022 saylı hökmünün surətindən görünür ki, Cavabdeh X3 ilə yaranmış mübahisə zamanı əlində olan günəş paneli ilə qəsdən sonuncunun sifətinin sol gözaltı nahiyəsinə zərbə endirərək ona sol almacıq nahiyyəsinin əzilmiş yarası və qançırı ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlət yetirmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 1(003)-599/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmlə o da müəyyən edilmişdir ki, məhkəmədə təqsirləndirilən şəxs Cavabdeh özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin may ayında Süleyman adlı şəxs zəng edərək onun işlədiyi şirkətin günəş panellərini gücləndirmək lazım olduğunu bildirmiş və işi görüb-görə bilməyəcəyini soruşmuşdur. O, həmin işə görə 3500 manat pul lazım olduğunu bildirmiş və Süleyman adlı şəxs onunla razılaşmışdır. Bundan sonra Süleyman adlı şəxsə məxsus Qazax rayonunda yerləşən maldarlıq təssərrüfatına gedərək günəş panellərinə gücləndirici invertorlar quraşdırmış və işin müqabilində 3500 manat pul almışdır. Bundan təxminən 10 gün sonra Süleyman ona zəng edərək gecə saatlarında ınvertorların ozu- özünə söndüyünü bildirmişdir. O, nasazlığın invertorda deyil, günəş panellərində olduğunu izah etmişdir. Bu səbəbə görə qidalanmanın düzgün getmədiyini, həmçinin günəş panellərinin təmir edilməsinin zəruri olduğunu br daha diqqətinə çatdırmışdır. Süleyman adlı şəxs ona məxsus maldarlıq təsərrüfatında işıq təchizatını təmir etməyi tapşırdığı üçün Qazax rayonuna gedib işıqlandırma sisteminə baxmışdır. Sonra evə zəng edib lazım olan avadanlığın göndərilməsini bildirmiş və həmin gun lazım olan avadanlıq Qazax rayonuna gətirilmişdir. Avadanlığı sistemə qoşmuş və işıq təchizatı tam bərpa olunmuşdur. Orada qoşduğu 3500 manat dəyərində cihazı və sıradan çıxmış gunəs panellərini isə Bakı şəhərinə gətirərək invertorları yenidən gücləndirmiş və əlavə avadanlıqlar qoşmuşdur. Qoşulmuş avadanlıqların qiyməti 8000 manat olmuşdur Bu barədə orada işləyən Şamil adlı şəxsə məlumat vermiş və Şamil adlı şəxs və onun yanında olan Vahid adlı şəxs əlavə olaraq düzəldilmiş avadanlıqları Qazax rayonuna aparmışdır. Onların onda 8 ədəd paneli qalmışdır. Panelləri təmir etmək mümkün olmadığı üçün onları sataraq yenisini almaq qərarına gəlmiş, panelləri satdıqdan sonra Suleyman adlı şəxsdən əlavə olaraq 2000 manat pul almışdır. Bundan sonra ona 1000 manat borcu qalmışdır. Lakın sonraoan əlində olan avadanlıqlar oğurlandığından nə panelləri aparıb quraşdıra bilməmiş nə də pulu qaytara bilməmişdir. Baş vermiş oğ...ruq hadisəsi ilə bağlı polisə şikayət etmiş və oğurluq edən şəxslər tutulmuşla" Bu oarədə Vahid Hüseynova demiş və 14 iyul 2022-ci il tarixdə Süleyman adlı şəxslə görüşüb panelləri və pulu caytarmao üçun ondan 10 gün vaxt istəmişdir. 15 iyul 2022-cı il tarixdə Vahid adlı şəxslə görüşüb ona 400 manat pul vermişdir. 16 iyul 2022-ci il taıixdə qeyu edilən maldarlıq təsərrüfatı üçün 1000 manat dəyərində avadanlıq alıb saat 17 radələrində evə gətirdiyi zaman Vahid Hüseynovun onu evinin qarşısında gözlədi,. " görmüşdür. Həmin vaxt Bakı şəhəri. Xəzər rayonu. Sudçulük sovxozunda yerləşən ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində Vahid Hüseynovla aralarında soz mübahisəsi yaranmış və Vahid onu nalayıq ifadələrlə təhqir etmişdir. Ona gorə əlində olan günəş paneli ilə Vahid Hüseynovun gözaltı nahiyəsinə qəsdən bır zərbə vurmuşdur. Hadisə oaş verən zaman orada Vahid Hüseynovla birlikdə gələn Asəf adlı şəxs olmuşdur Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İşin bütün araşdırılmış hallarından müəyyən edilir ki, Cavabdeh X2 50 kvt-lıq günəş panel və invertor quraşdırılması müqabilində 5500,0 manat məbləğində pul almış, xx.xx.2022-ci il tarixə öz işini təhvil verməyəcəyi təqdirdə X6 11000,0 manat pul verməyi öhdəsinə götürmüş, həmin məbləğdən cavabdeh tərəfindən iddiaçıya hər-hansı vəsait və götürülən günəş panelləri qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsaəsn əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə işlərin görülməsi müqabilində pul verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq hər hansı yazılı müqavilə bağlanılmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xidmət göstərilməsinə dair əqd qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Eyni zamanda məhkəmə qeyd edir, tərəflər arasında münasibətlərin yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilməməsinə baxmayaraq, iddiaçı tərəfindən cavabdehə pulun verilməsi və cavabdeh tərəfindən həmin pulun qaytarılmadığı müəyyən edildiyindən, cavabdeh tərəfindən qaytarılmamasının heç bir əsası olmadan iddiaçının əmlakını (pulunu) əldə etməklə, yəni əsassız varlanmaqla onun iddiaçı qarışısında öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 11000,0 manat pulun iddiaçıya cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh, əsassız varlanmış şəxs kimi həmin pul məbləğini iddiaçıya qaytarılmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 123,0 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı, tərəfindən çəkilmiş xərclərin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə bununla bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 11000,0 manat və ödənilmiş dövlət rüsumuna görə 123,0 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 11000,0 manat və ödənilmiş dövlət rüsumuna görə 123,0 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-2065/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(003)-2065/2023
31.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver