Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2092/2022 01.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********* saylı xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 879 manat əsas borc, 131.8 manat cərimə, cəmi 1010.8 manat, ********* saylı xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 229 manat əsas, 34.3 manat cərimə, cəmi 263.3 manat, ********* saylı xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 119 manat əsas, 17.8 cərimə, cəmi 136.8 manat, ********* saylı xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 438 manat əsas, 65.7 manat cərimə, cəmi 503.7 manat ümumilikdə 1914.6 manat məbləğində borc və 39.15 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı "SAMSUNG " markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 110 manat olmaqla cəmi 1319 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, soııuncu, aldığı “XİAOMl REDX1İ" markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 40 manat olmaqla cəmi 468 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı nüqavibsinə əsasən, sonuncu, aldığı “HONOR” markalı qol saatına görə 12 ay ödəniş cədvəli üzrə hər ay 20 manat olmaqla cəmi 239 manat. xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, sonuncu, aldığı “SAMSUNG” markalı mobil telefona və şarj alətinə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 64 nıanat olmaqla cəmi 758 manat, ümumilikdə dörd müqavilə üzrə 2785 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixində 110 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021ci il tarixində 40 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixində 20 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixində 64 manat, ödəniş etmiş və dörd müqavilə üzrə qalıq qalmış 1665 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh tərəfindən qəbul edilmiş, lakin cavabdeh tərəf bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbi qismən təmin edilmədir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən 1319 manat məbləğində Samsung G780 markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 110 manat pulu, xx.xx.2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən 469 manat məbləğində X1 9 markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 40 manat pulu, xx.xx.2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən 239 manat məbləğində Honor markalı saat Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 20 manat, xx.xx.2021ci il tarixli müqaviləyə əsasən 758 manat dəyərində Samsung A525 və pover bank almış 12 ay müddətində hər 64 manatı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, cavabdehin ********* saylı xx.xx.2021-ci il tarixli müqavilə üzrə 879 manat əsas borc, 131.8 manat cərimə, cəmi 1010.8 manat, ********* saylı xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 229 manat əsas, 34.3 manat cərimə, cəmi 263.3 manat, ********* saylı xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 119 manat əsas, 17.8 cərimə, cəmi 136.8 manat, ********* saylı xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 438 manat əsas, 65.7 manat cərimə, cəmi 503.7 manat məbləğində borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tədqiq edilmiş iş materiallar ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alğısatqı müqavilələri üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmiş və onun iddia tələbində qeyd olunan əsas və cərimə borcu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alğı-satqı müqavilələrinin şərtlərinin icrasını, yəni ödənilməmiş əsas məbləğlərin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 879 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 131.8 manat cərimə pulunun tutulması, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 229 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 34.3 manat cərimə pulunun tutulması, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 119 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 17.8 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 50 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 10 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 5 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 20 manat cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsaəsn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 879 manat borc, 50 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 229 manat, 10 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 119 manat borc, 5 manat cərimə, ********* saylı xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 438 manat, 20 manat cərimə, ümumilikdə 1750 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 39.15 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 879 manat borc, 50 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 229 manat, 10 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 119 manat borc, 5 manat cərimə, ********* saylı xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 438 manat, 20 manat cərimə, ümumilikdə 1750 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 39.15 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №e-2(003)-2092/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2092/2022
01.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver