Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2125/2023 04.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən vurulmuş 6558,50 manat məbləğində zərərin, debitor borc üzrə 3133,65 manat pulun və 116,93 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 9809,08 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 03-550 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2014-cü il tarixli 086941 saylı akt əsasında 194,40 manat, xx.xx.2014-cü il tarixli 087500 saylı akt əsasında 266,40 manat, xx.xx.2015-ci il tarixli 089928 saylı akt əsasında 64,80 manat, xx.xx.2016-cı il tarixli 090121 saylı akt əsasında 345,60 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 293,60 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 110,30 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 190,20 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 512,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 607,20 manat, xx.xx.2018-ci il tarixli 0135972saylı akt əsasında 161 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 153,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 262,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 72,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 59 manat, cəmi 6558,50 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymişdir. Cavabdehin ödənilməmiş 2013-cü ilin qalıq 499,90 manat, sərfiyyat borcu, 2020-ci ilin mart-dekabr ayları üzrə 408,80 manat sərfiyyat borcu və limitdən əlavə 53 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 1126,30 manat səfiyyat borcu və limitdən əlavə 37,90 manat səfiyyat borcu, 2022-ci ilin yanvardekabr ayları üzrə 831,03 manat səfiyyat borcu və limitdən əlavə 28,97 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-mart ayları üzrə 182,04 manat sərfiyyat borcu və limitdən əlavə 25,36 manat sərfiyyat borcu, cəmi 3193,30 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin mart ayından 2023-cü ilin mart ayına qədər cavabdeh cəmi 59,65 manat məbləğində ödəniş etmiş, bu səbəbdən dəyəri ödənilməmiş cəmi 3133,65 manat debitor borcu da qalmışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa oxşar izahat vermiş, hazırda isə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh oğlu iddia tələbini qismən etiraf edərək izahatında bildirdi ki, o, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 96-da yaşayır. Onların evləri sonuncudur. Xətdən gələn qaz onların evlərinə gəlib çatmır. Onlar bu barədə İddiaçı qəza bölməsinə məlumat vermişlər, şəkillərini çəkmişlər. Onlar kənar xətdən 2014-2015-ci illərdə istifadə etmişlər. 2016, 2017 və 2018-ci illərdə qazdan qanunsuz olaraq istifadə etməmişlər. İş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etdi. Həmçinin məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, qanunsuz xətdən istifadə etmişlər. 2017-2018-ci illərdə də istifadə etmişlər. 2020-ci ildə isə daimi olaraq istifadə etməmişlər. Evlərindən qaz peçi, su qızdırıcısı vardır. Evə radiatorlar qoyulmuş və su qızdırıcısı ilə evi qızdırırlar. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - qaz paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı İstehsalat Biriliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. Həmçinin həmin müqavilədən görünür ki, cavabdehin ünvanında olan qaz qurğuları PQ-4 qaz sobasından və kombi aparatından ibarətdir. - cavabdehin adına olan abonent saldosundan ( abonent kodu **********00000) görünür ki, cavabdehin abonent hesabına aktlar əsasında 2014-cü ilin iyul ayından 2020-ci ilin mart ayınadək aktlar əsasında cəmi 6558,50 manat məbləğində dəymiş zərər hesablanmışdır. Həmçinin həmin abonent saldosundan görünür ki, 2020-ci ilin mart ayından 2023-cü ilin mart ayınadək istifadə edilmiş lakin dəyəri ödənilməmiş cəmi 2633,75 manat debitor borc mövcuddur (limitdən artıq istifadələr və ödənilmiş məbləğlər nəzərə alınmaqla). Bundan başqa abonent saldosundan görünür ki, 2020-ci ilin may ayında 499,90 manat borc hesablanmışdır. Bununla da cavabdehin abonent hesabında hazırda 9692,15 manat (6558,50 manat+2633,75 manat+499,90 manat) məbləğində borc mövcuddur və həmin cəmi məbləğdə borc cavabdehdən tələb olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X2»nın 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların: - 6.5-1-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi və istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmalıdır. - 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. - 6.5-4-cü bəndinə əsasən Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. - 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. - 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qeyd olunan Qaydaların tələblərindən görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmçinin tərtib edilmiş aktı bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstifadə edilmiş qazın dəyəri istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi və istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı hesablanmalıdır. Məhkəmə qeyd edir ki, cavabdehin abonent hesabına hesablanmış borcun bir hissəsi təbii qazdan qeyri qanuni xətt vasitəsilə istifadə edilməsi hallarının müəyyən edilməsinə dair aktların tərtib edilməsinin təşkil etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğunu və doğruluğunu sübut etmək vəzifəsi bu aktları qəbul etmiş orqanın, yəni iddiaçının üzərinə düşür. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 2014-ci ilin iyul və dekabr ayında, 2015-ci ilin noyabr ayında və 2016-cı ilin yanvar ayında aktlar əsasında 194,40 manat, 266,40 manat, 64,80 manat və 345,60 manat olmaqla cəmi 871,2 manat borcun cavabdehin abonent hesabına hesablanmasına baxmayaraq, həmin aktlar məhkəməyə təqdim edilməməklə iddia tələbinin həmin hissəsi sübut olunmadığından əsassızdır. Belə ki, həmin aktlar məhkəməyə təqdim edilmədiyindən, aktların qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilməsinin, istifadə edilmiş qazın dəyərinin hesablanmasının və s. halların müəyyən edilməsi mümkün deyil. Həmçinin 2017-ci il dövrdə tərtib edilmiş aktlar, 2018-ci ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında tərtib edilmiş aktlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin aktlara münasibətdə sübut olunmamışdır. Bundan başqa məhkəmə hesab edir ki, digər aktların tərtib edilməsinə əsas olmuş halların sübut etmək yükündən iddiaçı azad edilməlidir. Belə ki, məhkəmə iclasında cavabdeh izahatında təbii qazdan qanunsuz xətdən vasitəsilə istifadə etdiyini, 2017-2018ci illərdə də istifadə etdiyini, 2020-ci ildə isə daimi olaraq istifadə etmədiklərini bildirməklə iddiaçını bu hallarla bağlı sübut etmək vəzifəsindən azad etmişdir. Eyni zamanda cavabdehin adına olan abonent hesabından görünür ki, cavabdeh ümumiyyətlə 2016-cı ilin iyun ayından 2020-ci ilin aprel ayınadək təbii qazdan sayğac vasitəsilə istifadə etməmişdir. Bu hallar (cavabdehin izahatı və abonent saldosu) onun göstəricisidir ki, iş üzrə cavabdeh 2016-cı ilin iyun ayından 2020-ci ilin aprel ayınadək təbii qazdan qeyriqanuni xətt vasitəsilə istifadə etmiş və bu barədə tərtib edilmiş aktlar əsaslı olmuşdur. Lakin məhkəmə hesab edir ki, qeyri qanuni qazdan istifadə edilməsi barədə halın aşkar edilmiş hallara dair aktlar əsaslı olsa da, bu hallarda istifadə edilmiş qazın dəyərinin hesablanması tam əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X2»nın 6.5-1 və 6.5-3-cü bəndlərini nəzərə alaraq: -xx.xx.2016-cı il tarixli akt əsasında itirilmiş qazın dəyərinin hesablanmasından görünür ki, yay və qış ayları nəzərə alınmaqla PQ-4 və kombi qurğusu nəzərə alınmaqla dəymiş zərər cəmi 2936 m3 həcmində 293,60 manat (2936 m3 x 0.10 manat) borcun hesablansa da məhkəmə qeyd edir ki, kombi qurğusu hava temperaturası az olan ilin mövsümü üçün istifadə olunan qurğu olduğundan həmin qurğunun yay ayı və 18 saat üçün hesablanması əsassız olmuşdur. Odur ki, məhkəmə, PQ-4 qurğusu üçün hesablanmış itirilmiş qazın həcmini (648 m3) və kombi qurğusu üçün isə 416 m3 (2.6 x 10 saat x16 gün) həcmində olmaqla hesab edir ki, itirilmiş qazın dəyəri 106,4 manat ((648 m3 + 416 m3) x 0.10 manat) müəyyən edilməlidir. -xx.xx.2016-cı il tarixli akt əsasında itirilmiş qazın dəyərinin hesablanmasından görünür ki, yay və qış ayları nəzərə alınmaqla PQ-4 və QSSQ qurğusu nəzərə alınmaqla dəymiş zərər cəmi 1103 m3 həcmində 110,30 manat (1103 m3 x 0.10 manat) borcun hesablansa da məhkəmə qeyd edir ki, yay ayı və 18 saat üçün hesablanması əsassız olmuşdur. Odur ki, məhkəmə, PQ-4 qurğusu üçün hesablanmış itirilmiş qazın həcmini yalnız qış ayı üçün nəzərə alınmaqla 124,8 m3 (1.2 x 4 saat x 26 gün), QSSQ üçün hesablanmış itirilmiş qazın həcmini yalnız qış ayı üçün nəzərə alınmaqla 390 m3 (1.5 x 10 saat x 26 gün), cəmi 514,8 m3 həcmində hesab edir ki, itirilmiş qazın dəyəri 51,48 manat (514,8 m3 x 0.10 manat) müəyyən edilməlidir. -xx.xx.2018-ci il tarixli akt əsasında itirilmiş qazın dəyərinin hesablanmasından görünür ki, yay və qış ayları nəzərə alınmaqla PQ-3 və kombi qurğusu nəzərə alınmaqla dəymiş zərər cəmi 4225 m3 hesablansa da məhkəmə qeyd edir ki, yay ayı, 18 saat və 90 gün üçün hesablanması əsassız olmuşdur. Odur ki, məhkəmə, PQ-3 qurğusu üçün hesablanmış itirilmiş qazın həcmini yalnız qış ayı və 30 gün nəzərə alınmaqla 96 m3 (0.8 x 4 saat x 30 gün), kombi üçün hesablanmış itirilmiş qazın həcmini yalnız qış ayı üçün, 10 saat və 30 gün nəzərə alınmaqla 780 m3 (2.6 x 10 saat x 30 gün), cəmi 876 m3 həcmində hesab edir ki, itirilmiş qazın dəyəri 87,6 manat (876 m3 x 0.10 manat) müəyyən edilməlidir. -xx.xx.2018-ci il tarixli akt əsasında itirilmiş qazın dəyərinin hesablanmasından görünür ki, yay və qış ayları nəzərə alınmaqla PQ-4, samovar və radiator qurğusu nəzərə alınmaqla dəymiş zərər cəmi 805 m3 hesablansa da məhkəmə qeyd edir ki, radiator üçün 18 saat hesablanması əsassız olmuşdur. Odur ki, məhkəmə, radiator üçün itirilmiş qazın həcmini 10 saat üçün 176 m3 (0.8 x 10 saat x 22 gün), cəmi 664 m3 (PQ-4 üçün 158 m3 + samovar üçün 330 m3 + radiator üçün 176 m3) həcmində hesab edir ki, itirilmiş qazın dəyəri 132,8 manat (664 m3 x 0.20 manat) müəyyən edilməlidir. -xx.xx.2018-ci il tarixli akt əsasında itirilmiş qazın dəyərinin hesablanmasından görünür ki, yay və qış ayları nəzərə alınmaqla PQ-4, QSSQ və radiator qurğusu nəzərə alınmaqla dəymiş zərər cəmi 768 m3 hesablansa da məhkəmə qeyd edir ki, radiator üçün 18 saat hesablanması əsassız olmuşdur. Odur ki, məhkəmə, radiator üçün itirilmiş qazın həcmini 10 saat üçün 168 m3 (0.8 x 10 saat x 21 gün), cəmi 634 m3 (PQ-4 üçün 151 m3 + QSSQ üçün 315 m3 + radiator üçün 168 m3) həcmində hesab edir ki, itirilmiş qazın dəyəri 126,8 manat (634 m3 x 0.20 manat) müəyyən edilməlidir. -xx.xx.2018-ci il tarixli akt əsasında itirilmiş qazın dəyərinin hesablanmasından görünür ki, yay və qış ayları nəzərə alınmaqla PQ-4, QSSQ və radiator qurğusu nəzərə alınmaqla dəymiş zərər cəmi 768 m3 hesablansa da məhkəmə qeyd edir ki, radiator üçün 18 saat hesablanması əsassız olmuşdur. Odur ki, məhkəmə, radiator üçün itirilmiş qazın həcmini 10 saat üçün 312 m3 (0.8 x 10 saat x 39 gün), cəmi 1061 m3 (PQ-4 üçün 281 m3 + QSSQ üçün 468 m3 + radiator üçün 312 m3) həcmində hesab edir ki, itirilmiş qazın dəyəri 212,2 manat (1061 m3 x 0.20 manat) müəyyən edilməlidir. -xx.xx.2018-ci il tarixli akt əsasında itirilmiş qazın dəyərinin hesablanmasından görünür ki, PQ-4 və QSQ qurğusu nəzərə alınmaqla dəymiş zərər cəmi 576 m3 hesablansa da məhkəmə qeyd edir ki, yay ayı üçün QSQ-yə görə 8 saat hesablanması əsassız olmuşdur. Odur ki, məhkəmə, QSQ üçün günlük 2 saat olmaqla itirilmiş qazın dəyəri QSQ üçün 90 m3 (1.5 x 2 saat x 30 gün), cəmi 316 m3(PQ-4 üçün 216 m3 + QSQ üçün 90 m3) həcmində hesab edir ki, itirilmiş qazın dəyəri 63,2 manat (1061 m3 x 0.20 manat) müəyyən edilməlidir. -xx.xx.2019-cu il tarixli akt əsasında itirilmiş qazın dəyərinin hesablanmasından görünür ki, PQ-4, QSSQ və Dəmir soba qurğusu nəzərə alınmaqla dəymiş zərər cəmi 1422 m3 hesablansa da məhkəmə qeyd edir ki, dəymiş zərərin dəmir soba nəzərə alınmaqla hesablanması əsassız olmuşdur. Belə ki, cavabdehin ünvanında dəmir sobanın olması müəyyən edilməmişdir Odur ki, məhkəmə hesab edir ki, itirilmiş qazın dəyəri PQ-4 və QSSQ qurğusu nəzərə alınmaqla 666 m3 həcmində 66,6 manat (666 m3 x 0.10 manat) müəyyən edilməlidir. -xx.xx.2019-cu il tarixli akt əsasında itirilmiş qazın dəyərinin hesablanmasından görünür ki, PQ-4, QSSQ və Dəmir soba qurğusu nəzərə alınmaqla dəymiş zərər cəmi 1422 m3 hesablansa da məhkəmə qeyd edir ki, dəymiş zərərin dəmir soba nəzərə alınmaqla hesablanması əsassız olmuşdur. Belə ki, cavabdehin ünvanında dəmir sobanın olması müəyyən edilməmişdir Odur ki, məhkəmə hesab edir ki, itirilmiş qazın dəyəri PQ-4 və QSSQ qurğusu nəzərə alınmaqla 666 m3 həcmində 66,6 manat (666 m3 x 0.10 manat) müəyyən edilməlidir. -xx.xx.2019-cu il tarixli akt əsasında itirilmiş qazın dəyərinin hesablanmasından görünür ki, PQ-4, QSSQ və Dəmir soba qurğusu nəzərə alınmaqla dəymiş zərər cəmi 1422 m3 hesablansa da məhkəmə qeyd edir ki, dəymiş zərərin dəmir soba nəzərə alınmaqla hesablanması əsassız olmuşdur. Belə ki, cavabdehin ünvanında dəmir sobanın olması müəyyən edilməmişdir Odur ki, məhkəmə hesab edir ki, itirilmiş qazın dəyəri PQ-4 və QSSQ qurğusu nəzərə alınmaqla 666 m3 həcmində 66,6 manat (666 m3 x 0.10 manat) müəyyən edilməlidir. -xx.xx.2019-cu il tarixli akt əsasında itirilmiş qazın dəyərinin hesablanmasından görünür ki, PQ-4, QSSQ və Dəmir soba qurğusu nəzərə alınmaqla dəymiş zərər cəmi 1422 m3 hesablansa da məhkəmə qeyd edir ki, dəymiş zərərin dəmir soba nəzərə alınmaqla hesablanması əsassız olmuşdur. Belə ki, cavabdehin ünvanında dəmir sobanın olması müəyyən edilməmişdir Odur ki, məhkəmə hesab edir ki, itirilmiş qazın dəyəri PQ-4 və QSSQ qurğusu nəzərə alınmaqla 666 m3 həcmində 66,6 manat (666 m3 x 0.10 manat) müəyyən edilməlidir. -xx.xx.2019-cu il tarixli akt əsasında itirilmiş qazın dəyərinin hesablanmasından görünür ki, PQ-4, QSSQ və Dəmir soba qurğusu nəzərə alınmaqla dəymiş zərər cəmi 1422 m3 hesablansa da məhkəmə qeyd edir ki, dəymiş zərərin dəmir soba nəzərə alınmaqla hesablanması əsassız olmuşdur. Belə ki, cavabdehin ünvanında dəmir sobanın olması müəyyən edilməmişdir Odur ki, məhkəmə hesab edir ki, itirilmiş qazın dəyəri PQ-4 və QSSQ qurğusu nəzərə alınmaqla 666 m3 həcmində 66,6 manat (666 m3 x 0.10 manat) müəyyən edilməlidir. -xx.xx.2019-cu il tarixli akt əsasında itirilmiş qazın dəyərinin hesablanmasından görünür ki, PQ-4, QSSQ və Dəmir soba qurğusu nəzərə alınmaqla dəymiş zərər cəmi 1422 m3 hesablansa da məhkəmə qeyd edir ki, dəymiş zərərin dəmir soba və işi rejimi 24 saat nəzərə alınmaqla hesablanması əsassız olmuşdur. Belə ki, cavabdehin ünvanında dəmir sobanın olması müəyyən edilməmiş, həmçinin Qaydalara əsasən sutkanın 10 saat üçün hesablanmalıdır. Odur ki, məhkəmə hesab edir ki, itirilmiş qazın dəyəri PQ-4 üçün 360 m3 (1.2 x 10 saat x 30 gün), QSSQ üçün 450 m3 (1.5 x 10 x 30), cəmi 810 m3 həcmində, 81 manat (810 m3 x 0.10 manat) dəyərində dəymiş zərər müəyyən edilməlidir. -xx.xx.2020-ci il tarixli akt əsasında itirilmiş qazın dəyərinin hesablanmasından görünür ki, PQ-4, QSSQ və Dəmir soba qurğusu nəzərə alınmaqla dəymiş zərər cəmi 1422 m3 hesablansa da məhkəmə qeyd edir ki, dəymiş zərərin dəmir soba və işi rejimi 24 saat nəzərə alınmaqla hesablanması əsassız olmuşdur. Belə ki, cavabdehin ünvanında dəmir sobanın olması müəyyən edilməmiş, həmçinin Qaydalara əsasən sutkanın 10 saat üçün hesablanmalıdır. Odur ki, məhkəmə hesab edir ki, itirilmiş qazın dəyəri PQ-4 üçün 360 m3 (1.2 x 10 saat x 30 gün), QSSQ üçün 450 m3 (1.5 x 10 x 30), cəmi 810 m3 həcmində, 81 manat (810 m3 x 0.10 manat) dəyərində dəymiş zərər müəyyən edilməlidir. -xx.xx.2020-ci il tarixli akt əsasında itirilmiş qazın dəyərinin hesablanmasından görünür ki, PQ-4, QSSQ və Dəmir soba qurğusu nəzərə alınmaqla dəymiş zərər cəmi 1422 m3 hesablansa da məhkəmə qeyd edir ki, dəymiş zərərin dəmir soba və işi rejimi 24 saat nəzərə alınmaqla hesablanması əsassız olmuşdur. Belə ki, cavabdehin ünvanında dəmir sobanın olması müəyyən edilməmiş, həmçinin Qaydalara əsasən sutkanın 10 saat üçün hesablanmalıdır. Odur ki, məhkəmə hesab edir ki, itirilmiş qazın dəyəri PQ-4 üçün 360 m3 (1.2 x 10 saat x 30 gün), QSSQ üçün 450 m3 (1.5 x 10 x 30), cəmi 810 m3 həcmində, 81 manat (810 m3 x 0.10 manat) dəyərində dəymiş zərər müəyyən edilməlidir. -xx.xx.2020-ci il tarixli akt əsasında itirilmiş qazın dəyərinin hesablanmasından görünür ki, PQ-4, QSSQ və Dəmir soba qurğusu nəzərə alınmaqla dəymiş zərər cəmi 1422 m3 hesablansa da məhkəmə qeyd edir ki, dəymiş zərərin dəmir soba nəzərə alınmaqla hesablanması əsassız olmuşdur. Belə ki, cavabdehin ünvanında dəmir sobanın olması müəyyən edilməmişdir Odur ki, məhkəmə hesab edir ki, itirilmiş qazın dəyəri PQ-4 və QSSQ qurğusu nəzərə alınmaqla 386 m3 həcmində 38,6 manat (386 m3 x 0.10 manat) müəyyən edilməlidir. Həmçinin məhkəmyə qeyd edir ki, xx.xx.2016-cı, xx.xx.2018-ci, xx.xx.2019-cu, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 aktlar əsasında itirilmiş qazın dəyərinin hesablanması isə qanunvericiliyin tələblərinə uyğun qaydada olmuşdur. Beləliklə, məhkəmə iddia tələbinin dəymiş zərərlə bağlı hissəsinə qiymət verərək qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən iddia tələbi həmin hissədə qismən əsaslıdır və məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, xx.xx.2016-cı il tarixli akt əsasında 106,4 manat, xx.xx.2016-cı il tarixli akt əsasında 51,48 manat, xx.xx.2018-ci il tarixli akt əsasında 87,6 manat, xx.xx.2018-ci il tarixli akt əsasında 132,8 manat xx.xx.2018-ci il tarixli akt əsasında 126,8 manat, xx.xx.2018-ci il tarixli akt əsasında 212,2 manat, xx.xx.2018-ci il tarixli akt əsasında 63,2 manat, xx.xx.2019-cu il tarixli akt əsasında 66,6 manat, xx.xx.2019-cu il tarixli akt əsasında 66,6 manat, xx.xx.2019-cu il tarixli akt əsasında 66,6 manat, xx.xx.2019-cu il tarixli akt əsasında 66,6 manat, xx.xx.2019-cu il tarixli akt əsasında 66,6 manat, xx.xx.2019-cu il tarixli akt əsasında 81 manat, xx.xx.2020ci il tarixli akt əsasında 81 manat, xx.xx.2020-ci il tarixli akt əsasında 81 manat, xx.xx.2020-ci il tarixli akt əsasında 38,6 manat, həmçinin xx.xx.2016-cı il tarixli akt əsasında 252 manat, xx.xx.2018-ci il tarixli akt əsasında 72,20 manat, xx.xx.2019-cu il tarixli akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli akt əsasında 32,40 manat olmaqla cəmi 1913,68 manat zərər dəymişdir. Bundan başqa məhkəmə hesab edir ki, cavabdehin abonent hesabına 2020-ci ilin may ayında 499,90 manat borcun hesablanması əsassız olmuşdur. Belə ki, iş materiallarında olan “Gasrep” çıxarışından görünür ki, həmin borc 2012-ci ildə yaranmış 47,30 manat, 2013-cü ilin yanvar ayında yaranmış 100 manat, 2013-cü ilin iyun ayında yaranmış 216,80 manat, 2013-cü ilin sentyabr ayında yaranmış 50,40 manat, 2018-ci ildə yaranmış 83,40 manat və 2020-ci ilin mart ayında yaranmış 2 manat borcun cəmi məbləğindən ibarətdir ki, abonent saldosuna nəzər yetirdikdə müəyyən olunur ki, qeyd olunan müvafiq aylarda yaranmış borc istehlakçı tərəfindən ödənilmişdir. Eyni zamanda 2020-ci ilin mart ayında olan sərfiyyatın məbləği isə 18,30 manatdan ibarətdir ki, həmin aya əlavə 2 manatın hansı əsaslarla hesablanması müəyyən edilməmişdir. Məhkəmə, iddia tələbinin debitor borcun cavabdehdən tutulması hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə də qismən əsaslıdır. Belə ki, abonent saldosundan görünür ki, 2020-ci ilin mart ayından 2023-cü ilin mart ayınadək istifadə edilmiş lakin dəyəri ödənilməmiş (limitdən artıq istifadələr və ödənilmiş məbləğlər nəzərə alınmaqla) cəmi 2633,75 manat debitor borc mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadəyə görə 1913,68 manat məbləğində dəymiş zərər və 2633,75 manat məbləğində debitor borc, cəmi 4547,43 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin ödənilmiş 116,93 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 65,47 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan məbləğ isə iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehdən təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadəyə görə 1913,68 manat məbləğində dəymiş zərər, 2633,75 manat məbləğində debitor borc, cəmi 4547,43 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 65,47 manat tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan 54,46 manat hissəsi İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi (elektron kabinet vasitəsilə) ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №e-2(003)-2125/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2125/2023
04.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver