Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2130/2022 19.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı Cavabdeh2, Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh2 Cavabdeh1 qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh2 Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, alimentin miqdarını dəyişdirərək, cavabdehdən onun xeyrinə 23 aprel 2017-ci il təvəllüdlü X6, 17 iyul 2015-ci il təvəllüdlü X7 və 02 avqust 2017ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər 2 uşaq üçün 193 manat, 02 avqust 2017-ci il təvəllüdlü X2 xəstəliyini nəzərə alıb 300 manat, cəmi 879 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə qeyri-rəsmi nikahlarından olan 23 aprel 2017-ci il təvəllüdlü X6, 17 iyul 2015-ci il təvəllüdlü X7 və 02 avqust 2017-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-2091/2018 saylı qətnaməsinə əsasən, 23 aprel 2017-ci il təvəllüdlü X6, 17 iyul 2015-ci il təvəllüdlü X7 və 02 avqust 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 110 manat aliment tutulub ona ödənilməsi qət edilmişdir. Uşaqların bütün qayğılarını və ehtiyaclarını o özü çəkir, onun üçün çox çətindir. Həmçinin, 02 avqust 2017-ci il təvəllüdlü X3 hemimeqalansefaliya və simptomatik epilepsiya, serebral iflic diaqnozu qoyulmuşdur, ona daimi müalicə və xüsusi qulluq tələb olunur. Qeyd olunanlara əsasən, alimentin miqdarını dəyişdirərək, cavabdehdən onun xeyrinə 23 aprel 2017-ci il təvəllüdlü X6, 17 iyul 2015-ci il təvəllüdlü X7 və 02 avqust 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay iki uşaq üçün 193 manat, 02 avqust 2017-ci il təvəllüdlü X2 xəstəliyini nəzərə alıb 300 manat, cəmi 879 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh2 iddia tələbinə uyğun izahat verərək, uşaqların bütün qayğılarını və ehtiyaclarını özünün çəkdiyini, onun üçün çox çətin olduğunu bildirmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək, maddi imkanının olmadığını bildirmiş, birinci nikahından 3 övladı olduğunu onlara da baxmalı olduğunu əlavə etmişdir. İddiaçının hazırda ailə qurduğunu, hazırki ərinin ona kömək etməli olduğunu vurğulamışdır. Qeyd olunanlara əsasən, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, iddiaçı Cavabdeh2 ilə Cavabdeh1 qeyri rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan üç uşaqları – 23 aprel 2017-ci il təvəllüdlü X6,17 iyul 2015-ci il təvəllüdlü X7 və 02 avqust 2017-ci il təvəllüdlü X5 doğulmuşdur. İşin materiallarında olan Nəsrəddin Tusi adına klinikanın çıxarışından görünür ki, 02 avqust 2017-ci il təvəllüdlü X3 “uşaqda anadan gəlmə nadir serebral inkişaf abnormaliyasısağ tərəfli meqalensefaliya və müvafiq heterotopiya kompleksi” diaqnozu qoyulmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-2091/2018 saylı qətnaməsinə əsasən, 23 aprel 2017-ci il təvəllüdlü X6, 17 iyul 2015-ci il təvəllüdlü X7 və 02 avqust 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh1 hər ay hər uşaq üçün 110 manat, cəmi 330 manat sabit pul məbləğinin tutularaq Cavabdeh2 ödənilməsi qərara alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-2091/2018 saylı qətnaməsinə əsasən iddiaçıya ödəməli olduğu vəsait yetkinlik yaşına çatmayan uşaqların, 23 aprel 2017-ci il təvəllüdlü X6, 17 iyul 2015-ci il təvəllüdlü X7 və 02 avqust 2017-ci il təvəllüdlü X1 üçün onun minimum xərclərini ödəmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1. maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-2091/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq cavabdehdən uşaqların saxlanması üçün 23 aprel 2017-ci il təvəllüdlü X6, 17 iyul 2015-ci il təvəllüdlü X7 və 02 avqust 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay iki uşaq üçün 193 manat, 02 avqust 2017-ci il təvəllüdlü X2 xəstəliyini nəzərə alıb 300 manat, cəmi 879 manat sabit pul məbləğində alimentin tutulması məhkəmədən xahiş olunmuş, lakin iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq qaydada öz iddia tələbini əsaslandıran, yəni cavabdehin tələb edilən məbləğdə alimenti ödəmək imkanının olmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, artırılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasinin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, 02 avqust 2017-ci il təvəllüdlü X2 xəstəliyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını, maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 23 aprel 2017-ci il təvəllüdlü X6, 17 iyul 2015-ci il təvəllüdlü X4, 02 avqust 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-2091/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq Cavabdeh1 iddiaçı Cavabdeh2 xeyrinə hər ay hər uşaq üçün 115 manat olmaqla, əlavə olaraq 02 avqust 2017-ci il təvəllüdlü X2 xəstəliyinə görə 40 manat məbləğində, cəmi 385 manat sabit pul məbləğində aliment tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-2091/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh1 iddiaçı Cavabdeh2 xeyrinə 23 aprel 2017-ci il təvəllüdlü X6, 17 iyul 2015-ci il təvəllüdlü X4, 02 avqust 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 115 manat, əlavə olaraq 02 avqust 2017-ci il təvəllüdlü X2 xəstəliyinə görə 40 manat məbləğində, cəmi 385 (üç yüz səksən beş) manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-2130/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2130/2022
19.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver