Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2132/2025 12.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli nağd kredit müqaviləsi üzrə 4546,27 manat əsas, 1836,04 manat faiz borcu olmaqla, cəmi 6382,31 manat borcun; xx.xx.2020-ci il tarixli tam kart müqaviləsi üzrə 567,1 manat əsas, 207,09 manat faiz borcu olmaqla, cəmi 774,19 manat borcun və 97,09 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,8 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 göstərdi ki, Məmmədov Eldar Xanəhməd oğlu ilə bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 24% dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, Məmmədov Eldar Xanəhməd oğlu ilə bağlanmış xx.xx.2020-ci il tarixli tam kart müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 24% dərəcəsi ilə 1500 manat məbləğində kredit xətti açılmışdır. Kredit müqavilələrinin şərtlərinə əsasən cavabdeh öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürmüşdür. X3 Xanəhməd oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Cavabdeh adına vərəsəlik işi açılmışdır. X2 Xanəhməd oğlunun xx.xx.2025-ci il tarixə xx.xx.2021-ci il tarixli nağd kredit müqaviləsi üzrə 4546,27 manat əsas, 1836,04 manat faiz borcu olmaqla, cəmi 6382,31 manat borcu; xx.xx.2020-ci il tarixli tam kart müqaviləsi üzrə 567,1 manat əsas, 207,09 manat faiz borcu olmaqla, cəmi 774,19 manat borcu yaranmışdır. Cavabdeh miras qoyan Məmmədov Eldar Xanəhməd oğlunun "xxxx" ASC qarşısında olan öhdəliklərini icra etməmişdir. Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq borcun qaytarılmasını təmin etməmişdir. İddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli tam kart müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Məmmədov Eldar Xanəhməd oğluna 36 ay müddətində illik 24 faiz dərəcəsi ilə 1500 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Məmmədov Eldar Xanəhməd oğluna 48 ay müddətində illik 24 faiz dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 346455 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Eldar Xanəhməd oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarıda olan xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Eldar Xanəhməd oğlunun vərəsəsi Cavabdeh TƏBİB “X1” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubuna əsasən 3445,54 AZN pul vəsaitindən ibarətdir. İş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli maliyyə arayışlarından görünür ki, Məmmədov Eldar Xanəhməd oğlunun xx.xx.2021-ci il tarixli nağd kredit müqaviləsi üzrə 4546,27 manat əsas, 1836,04 manat faiz borcu olmaqla, cəmi 6382,31 manat borcu; xx.xx.2020-ci il tarixli tam kart müqaviləsi üzrə 567,1 manat əsas, 207,09 manat faiz borcu olmaqla, cəmi 774,19 manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehdən kredit müqavilələri üzrə yaranmış borcun 3 gün müddətində ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmədə müəyyən olundu ki, Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Məmmədov Eldar Xanəhməd oğlu arasında xx.xx.2020-ci il tarixdə tam kart müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Məmmədov Eldar Xanəhməd oğluna 36 ay müddətinə illik 24% dərəcəsi ilə 1500 manat məbləğində kredit xətti açılmışdır. Eyni zamanda, Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Məmmədov Eldar Xanəhməd oğlu arasında xx.xx.2021-ci il tarixdə nağd kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Məmmədov Eldar Xanəhməd oğluna 48 ay müddətinə illik 24% dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Məmmədov Eldar Xanəhməd oğlu xx.xx.2023-cü il tarixdə vəfat etdiyi üçün öhdəliklərini yerinə yetirə bilməmişdir. Onun iddiaçı qarşısında icra edilməmiş xx.xx.2021-ci il tarixli nağd kredit müqaviləsi üzrə 4546,27 manat əsas, 1836,04 manat faiz borcu olmaqla, cəmi 6382,31 manat borcu; xx.xx.2020-ci il tarixli tam kart müqaviləsi üzrə 567,1 manat əsas, 207,09 manat faiz borcu olmaqla, cəmi 774,19 manat borc öhdəliyi yaranmışdır. Cavabdeh adına 5 saylı “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cu il tarixli, 2(102)-900/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə uyğun olaraq, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə Cavabdeh Məmmədov Eldar Xanəhməd oğlunun vərəsəsi olaraq ümumilikdə 3445,54 manat miras qəbul etdiyi göstərilsə də, mirasın notarius tərəfindən siyahıya alındığı barədə və başqa miras qəbul etmədiyi barədə sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Bununla da Cavabdeh Məmmədov Eldar Xanəhməd oğlunun vərəsəsi olaraq qəbul etdiyi mirasın Məmmədov Eldar Xanəhməd oğlunun kredit borcundan az olması sübut edilə bilməmişdir. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli nağd kredit müqaviləsi üzrə 4546,27 manat əsas, 1836,04 manat faiz borcu olmaqla, cəmi 6382,31 manat borcun; xx.xx.2020-ci il tarixli tam kart müqaviləsi üzrə 567,1 manat əsas, 207,09 manat faiz borcu olmaqla, cəmi 774,19 manat borc tutulmalıdır. İş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 97,09 manat məbləğində dövlət rüsumu və 0,8 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 97,09 manat məbləğində dövlət rüsumu və 0,8 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli nağd kredit müqaviləsi üzrə 4546,27 manat əsas, 1836,04 manat faiz borcu olmaqla, cəmi 6382,31 (altı min üç yüz səksən iki manat otuz bir qəpik) manat borcun; xx.xx.2020-ci il tarixli tam kart müqaviləsi üzrə 567,1 manat əsas, 207,09 manat faiz borcu olmaqla, cəmi 774,19 (yeddi yüz yetmiş dörd manat on doqquz qəpik) manat borcun və 97,09 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,80 manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-2132/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2132/2025
12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver