Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2140/2024 30.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu İddiaçı ASC-nin (ləğv prosesində olan) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin (ləğv prosesində olan) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18 iyun 2019-cu il tarixli MBNP ***- *******FİMSA(B)180619-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 1771.52 (bir min yeddi yüz yetmiş bir manat 52 qəpik) manat məbləğində borcun-bundan 1748.78 (bir min yeddi yüz qırx səkkiz manat 78 qəpik) manat əsas və 22.74 (iyirmi iki manat 74 qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 37.72 (otuz yeddi manat 72 qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Gənclik filialı ilə Cavabdeh1 arasında bağlanmış 18 iyun 2019-cu il tarixli MBNP ***- *******FİMSA(B)180619-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 5 il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 2518.43 (iki min beş yüz on səkkiz manat 43 qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Cavabdeh1kredit verilərkən bank ilə Cavabdeh2 arasında 18 iyun 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)180619-01/ZM/1 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqavilsinin 2.2-ci bəndinə əsasən zamin borc alanın Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1, 1.2, 1.3 və 2.4.4 və 2.4.13-cü bəndlərinə əsasən Cavabdeh1bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar bank tərəfindən cavabdehlərə dəfələrlə şifahi müraciətlər olunmasına və 22 dekabr 2021-ci il tarixli **********243 nömrəli bildirişlə isə yazılı qaydada müraciət edilməsinə baxmayaraq cavabdehlər kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. xx.xx.2022-ci il tarixdə isə banka 50 (əlli) manat məbləğində sonuncu ödəniş edildikdən sonra kredit üzrə ödənişlər tam dayandırılmışdır. Cavabdeh1 18 iyun 2019-cu il tarixli MBNP ***- *******FİMSA(B)180619-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 1771.52 (bir min yeddi yüz yetmiş bir manat 52 qəpik) manat məbləğində borcu vardır. Bundan 1748.78 (bir min yeddi yüz qırx səkkiz manat 78 qəpik) manat əsas və 22.74 (iyirmi iki manat 74 qəpik) manat faiz borcu təşkil edir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18 iyun 2019-cu il tarixli MBNP ***- *******FİMSA(B)180619-01 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC tərəfindən Cavabdeh1 5 il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 2518.43 manat məbləğində krеditin verilməsi məqsədilə bağlanmışdır. İş materiallarında olan 18 iyun 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)180619- 01/ZM/1 nömrəli Zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh2 arasında Krеdit müqaviləsi üzrə öhdəliklərin təminatı оlaraq imzalanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 1748.78 manat məbləğində əsas, 22.74 manat faiz borcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli **********243 nömrəli bildirişdən görünür ki, iddiaçı tərəf cavabdehi borc barədə məlumatlandırmış və 3 iş günü müddətində ödənişin təmin edilməsini tələb etmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Eyni zamanda zaminlik müqaviləsinə əsasən, zamin qeyd edilən müqavilə üzrə borcalan tərəfindən öhdəliklərin icrasının pozulacağı təqdirdə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımaqları öhdələrinə götürmüşlər. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739, 470 və 472-ci maddələrinin göstərişinə əsaslanaraq, məhkəmə hesab edir ki, həmin pul cavabdehlərdən birgə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18 iyun 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)180619-01 nömrəli kredit müqaviləsinə əsasən 1748.78 manat məbləğində əsas, 22.74 manat faiz borcu və iş üzrə ödənilmiş 37.72 manat məbləğində dövlət rüsumu müştərək qaydada alınaraq İddiaçı ASC-yə (ləğv prosesində olan) ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-29, 227, 233, 284-5.3, 152-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18 iyun 2019-cu il tarixli MBNP ***- *******FİMSA(B)180619-01 nömrəli kredit müqaviləsinə əsasən 1748.78 manat məbləğində əsas, 22.74 manat faiz borcu və iş üzrə ödənilmiş 37.72 manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ASC-yə (ləğv prosesində olan) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Tağıyev Иш № e-2(003)-2140/2024 МЯЩКЯМЯ ИЪЛАСЫНЫН ПРОТОКОЛУ ХЯЗЯР РАЙОН МЯЩКЯМЯСИ Mən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Tağıyev Zaur Müzəffər oğlu, İddiaçı ASC-nin (ləğv prosesində olan) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə 11 yanvar 2024-cü il tarixdя, saat 15:00-da мящкямяnin inzibati бинасында (Бакы шящяри, Хязяр району, Мярдякан гясябяси, Телман 4) baxdım. Hakim mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsilə müəyyən olunmuş qaydada baxır. Hakim Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən qətnamə qəbul edir. Protokol 11 yanvar 2024-cü il tarixdə tərtib edildi. Hakim: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-2140/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2140/2024
30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver