Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2168/2025 02.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əli oğluna qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borc” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əli oğluna qarşı kiçik iddialara dair işlər üzrə sadələşdrilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əli oğlundan birgə qaydada 3258,92 manat əsas borc, 151,36 manat faiz borcu, 4,05 manat kredit müqaviləsinin müddəti bitəndən sonra illik 5%-lə əsas borca hesablanmış faiz borcu olmaqla, cəmi 3414,33 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 54,14 manatın İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə bağlanmış xx.xx.2019-cu il tarixli MBNP 007-71013FİMSA(B)210819-01 saylı kredit müqaviləsinə əsasən ona illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il müddətinə 3266,45 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir və eyni zamanda Cavabdeh2 Əli oğlu ilə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər iddiaçı qarşısında öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdirlər. Nəticədə cavabdehlərin birgə 3258,92 manat əsas borc, 151,36 manat faiz borcu, 4,05 manat kredit müqaviləsinin müddəti bitəndən sonra illik 5%-lə əsas borca hesablanmış faiz borcu olmaqla, cəmi 3414,33 manat borcu yaranmışdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli MBNP 007-71013FİMSA(B)210819-01 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 1 faiz dərəcəsi ilə 5 il müddətinə 3266,45 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. İş materiallarına daxil olan xx.xx.2019-cu il tarixli 007-71013FİMSA(B)210819- 01/ZM/1 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Əli oğlu 007- 71013FİMSA(B)210819-01/ZM/1 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehdən yaranmış tam borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən aralarında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il müddətinə 3266,45 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Cavabdeh2 Əli oğlu ilə bağlanmış zaminlik müqaviləsi ilə o kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Bunlara baxmayaraq, onlar öhdəlikləri lazımi qaydada icra etməmiş və kredit müqaviləsi və zaminlik müqaviləsinin şərtlərini pozmuşdurlar. Onların iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə 3258,92 manat əsas borc, 151,36 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il il tarixli Plenum qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Buna görə də cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə kredit müqaviləsinin müddəti bitəndən sonra əsas borca hesablanmış 4,05 manat məbləğində faiz borcu tutulmalıdır. İş materiallarına əlavə olunmuş ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 54,14 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ərizə, 54,14 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması hissəsində də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ASC-nin xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əli oğlundan birgə qaydada 3258,92 manat əsas borc, 151,36 manat faiz borcu, 4,05 manat kredit müqaviləsinin müddəti bitəndən sonra illik 5%-lə əsas borca hesablanmış faiz borcu olmaqla cəmi 3414,33 (üç min dörd yüz on dörd manat otuz üç qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 54,14 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-2168/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2168/2025
02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver